Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin rəhbəri dəyişib.
Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub. O, F.Ələkbərovun qardaşı Nizami Ələkbərovun oğludur. R.Ələkbərovun yerinə Anar Mustafayev təyin edilib.
A.Mustafayev bu təyinatadək şirkətlər qrupuna daxil “İmprotex Trucks and Buses” șirkətinin direktor müavini vəzifəsində çalışıb və hazırda paralel olaraq bu şirkətin də qanuni təmsilçisidir.
Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. Şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 28 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















