Sabiq UFC çempionu “Evforiya” serialının aktyoru ilə rinqə çıxacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
2008-ci il Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu, UFC-nin yüngül və ən yüngül çəki dərəcələrində sabiq qalibi, 39 yaşlı amerikalı Henri Sehudo peşəkar boksda debüt etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, o, sentyabrın 26-da ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək “Misfits Boxing” liqasının turnirində məğlubedilməz 20 yaşlı boksçu və aktyor Ceyvon Uoltonla qarşılaşacaq.
Ceyvon Uolton peşəkar boks karyerasında 3 qələbə qazanıb, heç bir məğlubiyyəti yoxdur, bir döyüşü isə heç-heçə başa çatıb. O, həmçinin “Evforiya” və “Uorriol” kimi məşhur seriallardakı rolları ilə tanınır.
Henri Sehudo isə qarışıq döyüş sənətlərində (MMA) keçirdiyi 22 döyüşdə 16 qələbə qazanıb, bunlardan 8-i nokautla olub. Amerikalı döyüşçü 6 dəfə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 Sentyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















