Icma.az
close
up
RU
Sabiq xarici işlər naziri Bakıya qarşı qurulan planları İFŞA ETDİ

Sabiq xarici işlər naziri Bakıya qarşı qurulan planları İFŞA ETDİ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Xarici və daxili siyasətin, o cümlədən sosial və iqtisadi siyasətin uğuru birbaşa olaraq sabitlik kimi fundamental bir amildən asılıdır. Bu anlayış təbliğatda o qədər tez-tez işlədilir ki, bəzən onun həqiqi əhəmiyyəti itir və lazımi şəkildə dərk olunmur. Nəzəriyyəni kənara qoyaq, keçək reallıqlarımıza".

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

"Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi xarici qüvvələrin regiona təsir göstərməsi üçün əsas alət olub. Lakin bu gün aydındır ki, bu münaqişə idarəetmə vasitəsi kimi öz əhəmiyyətini itirir, çünki Azərbaycan bu mövzunu beynəlxalq gündəmdən çıxarmaq üçün ardıcıl strategiyasını həyata keçirir. Artıq Ermənistan da baş nazir Nikol Paşinyanın simasında, mənim fikrimcə, hələ yetərli olmasa da, sülh gündəmi üçün son dərəcə zərərli olan "miatsum", "Böyük Ermənistan" və "1915-ci il soyqırımı" kimi mövzuların bölgəyə təsir aləti kimi istifadə olunmaması üçün müəyyən addımlar atır. Bu anlayış formalaşır ki, bu mövzular sadəcə "siçan tələsindəki pendir parçası" kimidir - cəlbedici görünsə də, Ermənistanın dövlət kimi gələcəyi üçün ölümcül təhlükədir.

Beləliklə, əgər münaqişə mövzusu xarici qüvvələrin aləti kimi təsirini tamamilə itirərsə, alternativ yaratmaq cəhdi hansı formada görünəcək? Əslində cavab artıq var - əgər biz "ərəb baharı" hadisələrinə və ya Şərqi Avropa və postsovet ölkələrində müxtəlif rəng və çalarlarda "məxməri inqilablar" silsiləsinə nəzər salsaq bunu görərik. Şərti olaraq "Yanukoviçin qızıl çörəyi" iyrənc görünür, lakin onunla, daha doğrusu, Ukraynadakı bu "mübarizə"nin nəticələri ilə mübarizə, ölkədə bu "qızıl çörəyi" keçmiş illərin sabitliyi və rifahının demək olar ki, rəmzinə çevirdi...

Bəs bizdə necə olacaq? "Münaqişə idarəçiliyi sistemini nə ilə əvəz etməyə çalışacaqlar?" - sualının cavabı da aydındır. Daxildən vəziyyəti pozmağa cəhdlər olacaq. Bu məsələdə xalqın narazılığının səbəbi xarici oyunçular üçün həlledici əhəmiyyət daşımır. Onlar istənilən bəhanədən - istər real, istərsə də uydurma - istifadə etməyə çalışacaqlar. Liviyada, məsələn, əhalinin yaşayış səviyyəsi digər Afrika ölkələrindən xeyli yüksək idi, lakin informasiya təxribatçılarının hədəfli fəaliyyəti ölkənin dağılmasına və artıq ikinci onillikdir davam edən vətəndaş müharibəsinə səbəb oldu. Demək ki, bizim Qələbəmiz, təəssüf ki, Fukuyamanın dediyi kimi, hələ "tarixin sonu" deyil. Ayıq-sayıq olmaq lazımdır!", - T.Zülfüqarov qeyd edib.

Ətraflı videomaterialda:

Sabiq xarici işlər naziri Bakıya qarşı qurulan planları İFŞA ETDİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri