Icma.az
close
up
RU
SABİR RÜSTƏMXANLI 80

SABİR RÜSTƏMXANLI 80

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turan Uğur
AYB-nin üzvü

Türk dünyasının böyük şairi, Milli azadlıq hərəkatının öncüllərindən olan, “Ömür kitabı” ilə ömrümüzə yazılan Xalq şairi Sabir Rüstəmxanlını 80 yaşının tamam olması münasibətilə təbrik edirəm.Şadam ki, Sabir bəyin istiqlal ideyalarının gerçəkləşməsinə birgə tanıqlıq etdik və 44 günlük Zəfər savaşında fərəhli anları yaşamağımız hamımıza nəsib oldu.Düşünürəm ki, Qarabağın hürr günlərini görmək Rüstəmxanlının ən doğal və ən halal haqqı idi. Bu yubiley günlərində mən də Sabir bəyi “Bakı-Təbriz şairi” essesi ilə təbrik edir, ömrünə bərəkət diləyirəm.

BAKI -TƏBRİZ ŞAİRİ

Bu millətin Sabirləri...
Bu millətin Sabirləri bu millətin səbrindən doğulub.
-Neçə Sabiri var bu məmləkətin?
-Mirzə Ələkbər Sabir kimi şair Sabiri var, yazıçı Sabirləri var: Sabir Əhmədli, Sabir Azəri kimi. Bu günlərdə sinni 78-ə çatan daha bir Sabirimiz var: Rüstəmxanlı Sabir.Millətin səbrindən çıxan həmin Sabiri mən də tanıyıram.Elə tanıya-tanıya da ürək antenalarımı tuşlayıram:
-Londona?-Əsla!
-Parisə?-Heç vaxt!
-Madridə?-Məbadə!
-Bəs haranı verəcək bu dalğa?
-Hamarkəndi, Yardımlını.
Yardımlı yolları, Hamarkənd, Sarıbulağ, Haçayurd, Şahnişin, yamaclar, təpələr, dağlar, dərələr Sabirlə əl sıxmağa hazır görünürlər.Gedək Sabirin gəldiyi yerə, əbədi vətəninə-çocuqluğuna.
-O sirli dünyada zimistan dağlara çəkilərmi?
-Çəkilər, bəs sonra nə baş verər?
Yaz buta verər bağlara, hər il olan şeydi, nosun ki, nə var burada. Yox “nosun ki” deməyək, darqursaq olmayaq, gözləyək.
-Nəyi?
-1946-cı ili.
Mayın 20-sini - bu millətin Sabirinin doğulacaq gününü. Sabirlər bulağı qurumadığı üçün əvvəlcə izin verin bir az şadlıq eyləyim, əkin-biçinin şıdırğı vaxtında, şair gəlişindən məmnun olum.Xudu kişinin oğlunu Xudanın əlindən aldığımız üçün hətta sevinməli, sevinib öyünməli, sonra da baxmalıyıq ki, insanı ürək yerinə sinədən necə asanlar var şairlərimiz arasında.Ustalıqla, ehtirasla, lazım gəlsə lap amansızlıqla.
Cəllada baxeeeee.Cəllad şairə baxxxxx, Sabirə bax.
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə… (S.Rüstəmxanlı)

Şairin o kövrək qəlbinin titrək anları Hamarkəndə bağlıdır -desəm əcəb etmiş olaram.Hələ çoxuşaqlı ailənin, böyük bir külfətin ilkgüzarı Sabirdir-desəm, 9 qardaşın ağabəyi desəm, atasına “qağa”, anasına “bacı” deyən Sabirin çocuq vaxtlarından onlara hər işdə yardımçı olmağı varmış-desəm yenə dürüst alınar.Tiydaşdan su gətirən, təsərüffatda köməkçi olan 14 uşağın ən böyüyü idi Sabir.Sözün hər mənasında: həm yaşda, həm də başda.Tiydaş adını bihudə çəkmədim, ondan bica bəhs etmədim ki...Bu ocağın bütün uluları, güvəncləri, ağsaqqalları o bulağın suyunu içib sonra ömürlərini qalanlarına bağışlardılar.Dövransürmüşlər bir növ Tiydaşı aman yeri, özək yeri, təməl yeri biliblər. Həm də Rüstəmxanlıların “sağol” yeri, “xudahafiz” yeri olub Tiydaş. Ziyan etməz! Bunlar,
-“Atam məni həyatı sevdirmişdi, ölümü də sevdirdi” -deyən Sabiri qorxutmaz.
Sabir riyaziyyatçı olmaq da istəmişdi, filoloq da. O dağları, gədikləri aşıb sonsuzluğa, nəhayətsizliyə üz qoymaq körpəlik arzusu olsun şairin.Cavad kişi də olsun bu arzunun ocağına kömür atan körükçü: Qazax elinin vicdanlı bir müəllimi:
Ay Cavad müəllim, nə yaxşı ki, yeniyetmə Sabiri rəqəmlərin əlindən alıb, verdiniz onun yaxasını sözün əlinə.İki əliniz bir yaxasında olsun!
Yurdun, uca Türkün sərhədlərinə yaxşı bələd idi gənc Sabir.Bizi güneydən ayıran Şahnişindəki tikanlı məftilləri onu hələ çocuq ikən dalamış, ağrıtmış, köksünə neştər kimi sancılmışdı.Ona görə də əli çörəyə çatanda, namı dillər əzbəri olanda türk ellərini qarış-qarış gəzəcək, Monqolustanda, Orta Asiyada türk torpaqlarında tikanlı məftillərin acığına Orxonla görüşə də çıxacaqdı.Fəqət öncə Bakıda didərgin ömrü yaşamaq vardı Sabirin tələbəlik illərində.
-Didərgin niyə?
- Didərgin deyildi, bəs nə idi? Başqa, yad xalqların evində, kirayəşin qala-qala doğma Bakıda illər uzunu evsiz olacaqdı.”Milyon-milyon yanan işıqlı evlərin arasında bəs mənim niyə çırağım yanmasın” -deyib giley-güzar edən də yenə şair Sabir olacaqdı.Neçə min kvadrat məmləkətdə yadların evi olsun, sənin yox-bu da ayrı bir dərd olsa gərək.Evi yox idi şairin, amma vətəni vardı.O vətən ki, özü demiş: 21 Azərin qanı ilə sulanırdı, o vətən ki Cavad xanın qətl yeri idi.O vətən ki, Sabirin gözündə durnanın lələyi, bir əlçim bulud, bir ömür umud idi.
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə” şeiridi,
Dağları dumanda itən-
Vətən... Vətən!

Şair Sabiri meydanlara aparan Cavad xanın portreti, əcdadlarımıza sayğısı və sevgisidir, bir şərtlə ki, meydanlardan ürəklərə gedən yollara nəzər salaq.O yolların sınandığı məqamlar da az olmayıb axı...
-Onda Sabir neynərdi?
-Küsərdi.Yolları çən bağlasaydı çəndən, işdi-şayət sən bağlasaydın səndən küsərdi.
Küsəndə qalaq-qalaq xatirələr başda tozanaq qoparar, rahat buraxmazlar şairi, gənclik xatirələri boy verər, bir saçıyoluğun, bir zülfü pərişanın dağınıq telləri Sabirin şux qamətinə əyilər, şairin baxımlı, səliqəli, gözoxşayan saçlarını darayar, həmin o görüşlər aranar, arandıqca çox göllərdə çox sular bulanardı.O bulanıq sular bəzən şərab yerinə içilər, bəzən göz yaşını əvəz edər:
-Əldə bir qədəh şərab onu əvəz edərdimi?
-Etməzdi!
-Şəkillərdə baxışı necə? Yox, amma şairin ana dilimizdə cəh-cəh vurmağı onu milyonların sevimlisi elədi.Hələ o dilin şəhdi-şirəsi şair dodağından süzülərdisə.
Görək hara tuşlanacaq, ürək antenamız.Hansı dalğanı tutacaq? “Ömür kitabı”-nı, “Qan yaddaşı” şeirini, “Ölüm zirvəsi” romanını, ilk müstəqil qəzetimizi “Azərbaycan”-ı, yoxsa dostlarla görüşləri tutacaq, Məmməd Aslanla görüşü tutacaq, Nüsrət Kəsəmənli, Fərman Kərimzadə, Sabir Əhmədli ilə görüşlərə tuşlanacaq. Məmməd İsmayıl, Çingiz Əlioğlu, Tofiq Hüseynlə dostluqları andıracaqmı bizə?
Hələ bəzilərini xatırladıqca üzümüzə təbəssüm də qonacaq.Məsələn, heç olarmı şair Qabili xatırlayaq, amma dodaqlarımız qaçmasın, könlümüz açılmasın?!
-Sabirin hələ çox gənc ikən - 21 yaşı olanda –
“Starik, amma sən yaxşı qalmısanhaaa” - deyib dilxoşluq eləyən də baməzə şair Qabil idi.
Bir də Məmməd İsmayılla deyişmələri var şairin.Kolleqa iclaslarında baş redaktorlar oturardılar, sonra natiqləri dinləyərdilər, uzun-uzadı söhbətlərdən sıxılardılar, ahbablar usanardılar, bezərdilər, başlarmışlar xısın-xısın danışıb, bir-birilərilə xosunlaşmağa. Yerindəcə, bədahətən şeir qoşmağa başlardı Allahın bəlası Sabir.Gözünə döndüyüm Məmməd əmi də cavabsız qoymazdı onu.Eh nə günlər vardı, nə günlər!
Vaxtilə neçə ilin Vətən ağrısı şairin çiyinlərinə qurğuşun təki çökmüşdü. Belə günlər də vardı.Yediyi hər təamı zəhər bilərdi onda.”Bu qədər qaçqının ürəyi kabab ikən, neynirsən Bakıda kababxananı”-deyib şair toppuzunu arada-bir vurmağı da vardı, çünki vaxtilə Cıdır düzündə şeşələnən yağının xəbis niyyətini canına sindirə bilmirdi.
44 günlük Zəfər sevincimizdən qəlbi uçunan şairimizin indi çiçəyi çırtlayır, odur ki, ardı kəsilmədən qələbəmizə şeirlər, poemalar yazır. Bu dəm isə Sabir Rüstəmxanlı ürəyinin anteanları nə Londona, nə Madridə uzanır, heç Paris həndəvərinə də yan almır, ancaq Təbrizə sarı boylanır.
İpək nəğmələrim gülləbatmazdı
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz! (S.Rüstəmxanlı)

Şair arzusu budur, Sabir arzusu budur:
-O taylı bu taylı yurdumuzda ana dilimiz üçün sərhəd olmasın gərək! Sənədlər yırtılsın, havada uçuşsun, üfüqdə isə şirin, zəngin türkcəmizin gözəlliklərini göstərən bu sözlər həkk olunsun:
-BAKI-TƏBRİZ şairi!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri