Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı Xameneyiyə müraciət etdi: “İstefa verin...”

Sabir Rüstəmxanlı Xameneyiyə müraciət etdi: “İstefa verin...”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilməz”.

Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq Şairi Sabir Rüstəmxanlı İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə müraciət edib. 

Müraciətdə deyilir:

“İran İslam Respublikasının Ali rəhbəri

Ayətullah Seyid Əli Xameneyiyə

Cənab Xameneyi!

Bu müraciəti sizə Azərbaycan Respublikasının vətəndaşı və bir qələm sahibi olaraq, qonşu İran İslam Respublikasının dinc və əməksevər xalqına böyük sevgi və hörmət bəsləyən, özünü müsəlman olmağı ilə qürurlu sayan və müxtəlif vəzifələrdə uzun illər çalışmış, dünyanı az-çox bilən bir şəxs olaraq, dərin narahatlıq və mənəvi məsuliyyət hissi ilə yazıram.

Tutduğum vəzifə mənə 1990- cı illərin əvvəllərində Sizinlə üç dəfə görüşmək, sizi dinləmək və özəlliklə sənət, ədəbiyyat haqqında fikirlərinizlə tanış olmaq fürsəti verib. Bu söhbətlərdə Siz mənə humanist təbiətli, bir el ağsaqqalı təsiri bağılamışdınız. Hətta “Hünər” adlı bir kitabınızı Azərbaycan türkcəsinə çevİiib Bakıda nəşr etmişdik. Sonralar İranda gedən prosesləri, Azərbaycan türklərinə qarşı aparılan İslama və insanlığa sığmayan assimilyasiya siyasətini görüb Sizə bir açıq məktub da yazmışdım. Məktubda bildirmişdim ki, dinin siyasətə alət edilməsi doğru deyil; fars-şiə şovinizmi İranı bütün İslam dünyasına qarşı qoyur və ölkənin gələcəyi üçün böyük təhlükədir.

Kimlərəsə özündənrazılıq kimi görünə bilər, lakin deməliyəm ki, o məktubun beynəlxalq hüquqla və dövlətçilik prinsipləri, dinin cəmiyyətdəki yeri ilə bağlı bəzi məqamları nəzərə alınsa İranın bu cür hədəfə çevrilməsinin qarşısı alına bilərdi. Bunu düşünməkdənsə İranda mənə aşağı səviyyəli, təhqiramiz yazılarla cavab verdilər.

Mən bütün xalqların gələcəyini yalnız sülh, ədalət və insani dəyərlər üzərində qurulmuş bir dünyada görən şair və siyasətçiyəm.

Siz uzun illərdir İran İslam Respublikasının dini və mənəvi lideri kimi ölkəyə rəhbərlik edir, bu sahədə böyük zəhmət çəkirsiniz. Şübhəsiz sizə də məlumdur ki, bu gün İran xalqları öz tarixlərinin ən ağır və ağrılı dönəmlərdən birini yaşayırlar.

İsrail ilə davam edən açıq hərbi münaqişə təkcə İran üçün deyil, bütün bölgə və dünya üçün də ciddi təhlükələr doğurmuşdur. Minlərlə günahsız insan həyatını itirib, ölkə iqtisadiyyatı çökmək üzrədir, milyonlarla insan yaşayış imkanlarından məhrum olub, gənclər ölkəni tərk edir, xalq isə qorxu, aclıq və ümitsizlik içində yaşamaqdadır.

Mövcud vəziyyətin davam etməsi İranın:

-beynəlxalq aləmdə tam təcrid olunmasına,

-Qərbin Səlib müharibəsi yolunu davam etdirən böyük gücləri ilə qarşıdurma riskinin artmasına

və xalqın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır.

Hörmətli cənab Xameneyi!

Bir mənəvi liderin vəzifəsi təkcə ideoloji və dini şüarlarla deyil, həm də xalqının rifahı, təhlükəsizliyi və mənəvi rahatlığı ilə ölçülür. Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilməz.

Bu səbəbdən tarixi və mənəvi məsuliyyət tələb edən bir qərar vermək sizin vicdan və vətəndaş borcunuzdur.

Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin.

Bu addım müharibənin dayandırılması üçün diplomatik yolları aça bilər, İran xalqını beynəlxalq təcriddən azad edə və ölkəni sülh və rifaha aparan yola çıxara bilər.

Bu, nə zəiflik, nə də təslim olmaqdır. Əksinə, bu cəsarətli və mənəviyyata əsaslanan liderliyin müdriklik nümunəsidir.

Tarix bu qərarı, xalq isə bu mərhəməti əsla unutmaz.

Tanrı İran xalqlarına yar olsun!

Hörmətlə,

Sabir Rüstəmxanlı

Azərbaycan Respublikasının xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri

23 iyun 2025”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri