Icma.az
close
up
RU
Sabir Rüstəmxanlıdan sərt cavab: “Belələri müsəlman ola bilməz!”

Sabir Rüstəmxanlıdan sərt cavab: “Belələri müsəlman ola bilməz!”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Sabir Rüstəmxanlı Türkiyədəki bəzi saytlarda dərc olunan “Azərbaycan Siyonizmə təslim olur” başlıqlı yazıya münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, siyasətçi paylaşımında qeyd edib ki, “Türk dünyası kızılelma” toplumuna daxil olan saytlarda 3–6 noyabr 2025-ci il tarixində Mustafa Doğanın imzası ilə yayılan həmin yazıda Azərbaycanı “Qafqazdakı İsrailə çevirmək istədiyinə görə” Prezident İlham Əliyev tənqid olunur. Rüstəmxanlı bu cür iddiaları və paylaşılan şarjı jurnalist etikası ilə bağdaşmayan “sərsəmləmələr” adlandırıb.

O yazıb: 

“Mən Mustafa Doğanın, Süheyla Betül Kentin, Ayşə Mine Dağdelenin və onları dəstəkləyənlərin kimliklərini bilmirəm. Lakin Azərbaycan Respublikasının Prezidenti haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj onu göstərir ki, onların ürəyində Azərbaycana və bütövlüklə Türkə heç bir sayqı yoxdur. Bunlar, eyni zamanda İlham Heydər oğlunu yəhudi kimi qələmə verməyə çalışan, Azərbaycanla Türkiyənin arasına inciklik salmağa çalışan cahil və dünyadan xəbərsiz adamlardır”.

Rüstəmxanlı qeyd edib ki, Azərbaycan Prezidentinin onun müdafiəsinə ehtiyacı yoxdur, lakin sosial mediada fikir bildirən hər kəs sözünün məsuliyyətini anlamalıdır:

“Azərbaycanla İsrailin əlaqələri haqqında fikir bildirmək olar, lakin Azərbaycanın dövlət maraqlarını heç kim öz istədiyi kimi yoza və Fələstinin maraqlarına bağlaya bilməz. Mən Türk düşməni olan və Azərbaycan-Ermənistan münaqişəsində ermənilərin yanında dayanan, İslam abidələrinin dağıdılmasına sakit baxan müsəlman ərəbdənsə, bizi beynəlxalq səviyyədə müdafiə edən yəhudini daha yüksək tuturam”.

Xalq şairi həmçinin vurğulayıb ki, Azərbaycan xalqı Qəzzada İsrailin törətdiyi cinayətləri pisləyir, lakin bu münasibət bütövlükdə yəhudi xalqına yönəlməməlidir:

“Bu savaşda guya Azərbaycanın İsraili dəstəklədiyi kimi yalanı ortaya atmaq ağılsızlıqdır. Biz millət olaraq dar gündə düşmənimizə yardım edən müsəlmana yox, pis gündə də yanımızda olan yəhudiyə dəyər verməliyik”.

Sabir Rüstəmxanlı türkiyəli qardaşlara da çağırış edib:

“Məscidlərimizi uçuran xristiana “qardaş” deyib tarixən müsəlman olmuş azərbaycanlıları düşmən elan edən birinin İslam dinindən olması mənim üçün heç bir mənaya malik deyil. Türkiyəli qardaşlarımız yalnız müsəlman birliyi ideyasını bayraq edib tarixin və yaxın keçmişin həqiqətlərinə göz yummamalıdırlar. Bəli, biz ‘Bir Millət, İki Dövlətik’ və bu birliyi xalqın dini həssaslığından sui-istifadə edən kimsə poza bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri