Icma.az
close
up
RU
Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda konfrans keçirilib

Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransın “Azərbaycan nümunəsi: hüquqi dövlət və mənəvi dəyərlərin harmoniyası” mövzusuna həsr olunan birinci panel sessiyasına Komitənin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov “Hüquqi dövlətdə mənəvi dəyərlərin tənzimlənməsi siyasəti: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, hüquqi dövlət normativ sistemlə yanaşı, mənəvi dəyərlər və ictimai həmrəyliklə möhkəmlənir, tolerantlıq və multikulturalizm siyasəti bu harmoniyanı təmin edir.

İnstitutun müəllimi İbrahim Quliyev “Milli-mənəvi dəyərlərin mahiyyəti, onların qorunmasına təhdid yaradan ünsürlər və üzərimizə düşən vəzifələr” mövzusunda çıxış edərək, milli-mənəvi dəyərlərin xalqın varlığını qoruduğunu, onların itirilməsinin millətin kimliyinin və mənəvi bütövlüyünün sarsılması ilə nəticələnəcəyini deyib. Qeyd edib ki, buna görə də hər bir şəxs bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün məsuliyyət daşıyır.

“Dəyərlərin əhəmiyyəti: dinin və dindarların dəyərlərin qorumasındakı rolu”nu şərh edən Aİİ-nin müəllimi Elnur Əzimli vurğulayıb ki, dəyərlər cəmiyyətin düşüncəsində birlik yaradaraq sosial bütünlüyə və həmrəyliyə xidmət edir. Hər bir xalqın adət-ənənəsi, əhəmiyyətli gördüyü prinsiplər onun dəyərlərini təşkil edir. Dəyərlərin formalaşmasında və qorunmasında din əhəmiyyətli yer tutur.

Konfransın ikinci paneli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “İdeoloji təhdidlər və mübarizə metodları” mövzusuna həsr edilib.

Paneldə çıxış edən İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov “Məzhəblərin ideoloji təhdidə çevrilmə prosesi” barədə danışıb. O, məzhəbçiliyin ictimai parçalanma və radikallaşma risklərini artırdığını, bunun qarşısının düzgün dini təhsil və maarifləndirmə ilə alınacağını bildirib.

İnstitutun müəllimi Qadir Səfərov rəqəmsal mühitdə irfani təlimlərin kreativ adaptasiyasının onlayn radikalizmin qarşısının alınmasındakı əhəmiyyətindən danışıb. Bu prosesin həssas və səriştəli yanaşma tələb etdiyini diqqətə çatdırıb.

Milli-mənəvi dəyərlərimizə qarşı təhdidlərlə mübarizədə din xadimlərinin rolu haqqında fikirlərini bölüşən Sabirabad şəhəri “Heydər” məscidinin imam müavini Yusif Bağırov qeyd edib ki, din xadimləri insanları birliyə, həmrəyliyə və milli dəyərlərə sədaqətə səsləməklə məzhəb ayrı-seçkiliyinin qarşısını almaqda, radikallaşma risklərini azaltmaqda mühüm rol oynayırlar. Bu mənada məscidlərdə maarifləndirici fəaliyyətlərin artırılması əhəmiyyətlidir.

Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, din öz mənəvi-əxlaqi sərhədlərindən kənara çıxdıqda əsl mahiyyətini itirir. O, bu kimi halların qarşısının alınmasında din xadimlərinin roluna toxunaraq onların cəmiyyətin birliyinin qorunmasında və ideoloji təhlükəsizliyin təmin edilməsində mühüm bir missiyanı yerinə yetirən maarifçilər olduğunu deyib. Vurğulayıb ki, rəqəmsal texnologiyalar, süni intellekt dövrünün yeni reallıqları din xadimləri haqqında ənənəvi stereotipləri dəyişmək zərurəti yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see374

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see199

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see163

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri