Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Sabun köpüyü

Sabun köpüyü

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ekspertlər həyəcan təbili çalırlar

Sabun köpüyü... 2018-ci il inqilabı sonrası Ermənistanda qurulmuş Qərbyönümlü hakimiyyətin ölkə iqtisadiyyatının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri yekun nəticədə məhz belə qiymətləndirirlər. Əslində, Kreml rəsmiləri də Ermənistanın inkişafının Rusiyanın hesabına olduğunu dilə gətirirdilər, amma detallara getməyə, bir o qədər, həvəs göstərmirdilər. Niyə? Axı belə bir deyim var ki, “Alan razı, satan razı.” Zamanla, necə deyərlər, açıldı sandıq, töküldü pambıq. Hə, sabun köpüyü üzə çıxdı, bu, öz yerində. Amma onun təzahürləri nədən ibarətdir, yazımızda bu barədə söz açacağıq.

Aydındır ki, Ermənistan Rusiyanın sanksiya altında olan mallarının xarici bazarlara çıxarılması ilə məşğul olurmuş. Buna təkrar idxal deyilir. Eyni zamanda, İrəvan xaricdə Moskva üçün yasaq edilmiş malları da qarşı tərəfə çatdırırmış. Yəni, hər iki tərəf bir-birindən bəhrələnirmiş. Yoxsa, Rusiya–Ermənistan ticarət dövriyyəsinin həcminin birdən-birə 17 milyard dollara çatması proqnozu necə yaranardı?! Ermənistanda bunu qarşılayacaq infrastuktur varmı?! Əlbəttə ki, yox.

Ancaq Ermənistan, belə demək mümkünsə, “dövlət piratçılığı” yolu ilə də xüsusi bir iqtisadi irəliləyişə nail olmur. Axı “Quyuya su tökməklə sulanmaz!” Beləliklə, 2024-cü ilin yanvar–oktyabr aylarında ölkədə iqtisadi fəallığın 8,1 faiz əhəmiyyətli artımına baxmayaraq, ekspertlər və analitiklər iqtisadiyyatda ciddi struktur problemlərinin olduğunu qabardır və artımın səngiyəcəyi riskləri barədə söz açırlar. Bunu noyabrın 25-də Ermənistan statistika komitəsinin açıqladığı rəqəmlər də təsdiqləyir. Bildirilir ki, oktyabrda artım templərində azalma müşahidə olunub. Konkret olaraq, sentyabr ayı ilə müqayisədə, 4,6 faiz azalma var.

2024-cü ilin ilk on ayında iqtisadi artımın əsas amilləri ticarət (18,8 faiz), tikinti (15,5 faiz) və sənaye (11,7 faiz) olub. Xidmətlər sektoru üzrə cəmi 5,8 faizlə daha mülayim artım var. Xarici ticarətdə xüsusilə təsirli rəqəmlər qeydə alınıb: ümumi ticarət dövriyyəsi 67,6 faiz, ixrac 95,1 faiz, idxal isə 50,8 faiz artıb. Əlbətdə ticarətdə artımın nəyin hesabına olduğunu açıqladıq. Elə isə davam edək. Daha doğrusu, həyəcanverici tendensiyalara keçid alaq. Məsələn, iqtisadçı Suren Parsyan öz təhlilində, ilk baxışdan, müsbət perspektiv vəd edən bəzi rəqəmlərin arxasında gizlənən ciddi problemləri qeyd edib. Onun sözlərinə görə, Ermənistanda iqtisadi aktivliyin tempi oktyabrda 8,1 faiz azalmaqda davam edib və bu, ilk on ayın göstəricisidir. Ekspertin fikrincə, göstəricini doğuran səbəb bitkiçilik sektorunda 12 faiz azalmanın qeydə alınmasıdır. Əlbəttə, geriləməni doğuran həm də zərgərlik məmulatlarının istehsalı həcmindəki mənfi hallardır. Onun sözlərinə görə, qızılın təkrar ixracı faizlərinin azalması fonunda noyabr və dekabr aylarında azalma daha da dərinləşəcək.

Ermənistanın ümumi durumundakı xoş olmayan vəziyyəti şərtləndirən sırf iqtisadi amillər deyil. Ekspertlər dövlət idarəçiliyində sistemli problemlərin olduğunu bildirirlər. Məsələn, “Luys” analitik fondu 2024-cü ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasının nəticələrinə əsasən apardığı araşdırmada dövlət proqramlarının yerinə yetirilməsində kritik problemlər aşkarlayıb. Bu isə öz növbəsində, ümumi iqtisadi fəaliyyətə mənfi təsir göstərib. Məsələ ondadır ki, Ermənistanda ümumi büdcə və vergi gəlirlərinin artımı müvafiq olaraq 6,4 faiz və 7,8 faiz dəqiqləşdirilmiş plana çatmayıb.

Əsaslı məsrəflərlə bağlı vəziyyətdə də xüsusi narahatlıq var ki, həmin məsrəflərin yerinə yetirilməsi cari xərclərin tam yerinə yetirilməməsindən 3,2 dəfə çoxdur. “Bu, təkcə dövlət aparatının səmərəsizliyinə işarə etmir, həm də ölkənin iqtisadi artım potensialını sarsıdır”, – deyə sözügedən fondun analitikləri vurğulayıblar. Onlar ən problemli proqramların şəhərsalma, yüksək texnologiyalar və ətraf mühitin mühafizəsi sahəsini əhatə etdiyini önə çəkib və bildiriblər ki, mövcud istiqamətlərdə işlərin 69 faizi icra olunmayıb.

“Luys” ekspertlərinin fikrincə, Ermənistanda dövlət idarəçiliyinin səmərəsizliyi özünü daha çox təhsil müəssisələrinin tikintisi və modernləşdirilməsi proqramları üzrə göstərib. Belə ki, 121 milyon dollarlıq planla doqquz ayda cəmi 20 milyon dollar xərclənib ki, bu rəqəm həmin xərclərin təyinatı üzrə olmasını şübhə altına alır. Halbuki, plana görə, 300 məktəb və 500 uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdu.

Eyni zamanda, ölkə üçün strateji əhəmiyyət daşıyan hərbi-sənaye kompleksinin inkişafı proqramının tam icra edilməməsi və rəqəmsal transformasiya proqramının minimum, yəni cəmi 2,6 faiz icrası da ekspert dairələrində xüsusi narahatlıq doğurur. Analitiklər, həmçinin iqtisadi artımın ümumi zəifləməsi fonunda dövlət investisiyalarının qeyri-kafi səviyyədə olması ilə bağlı Ermənistan iqtisadiyyatı üçün ciddi risk faktorlarından söz açırlar.

Digər yandan, ekspertlər bildirirlər ki, artan geosiyasi risklər, hərbi münaqişə təhlükəsi, nəqliyyat məhdudiyyətləri və məhdud daxili bazar səbəbindən ölkə xarici özəl investisiyaların cəlb edilməsində ciddi problemlər yaşayır. Belə bir şəraitdə dövlət investisiya proqramlarının kifayət qədər maliyyələşdirilməsi iqtisadi inkişaf potensialını sarsıdır. Mövcud şəraitdə dövlət kapitalının inyeksiyasının problemli şəkildə həyata keçirilməsi xüsusilə təhlükəlidir. Çünki məhz iri dövlət layihələri işgüzar aktivliyi saxlamaq və xarici artım amillərinin zəifləməsini kompensasiya etmək üçün mühüm stimul ola bilər. Adekvat dövlət investisiyaları olmadan isə iqtisadiyyat vaxtından əvvəl tənəzzülə girmək riski ilə üzləşir ki, bunun da ölkənin uzunmüddətli inkişaf perspektivlərinə mənfi təsir göstərmə ehtimalı son dərəcə böyükdür.

Başqa bir məqama diqqət yetirək. Ermənistanda iqtisadiyyatın ciddi şəkildə geriləməsi şəraitində hökumətin 2025-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmini əhəmiyyətli dərəcədə artırmaq istəyi ekspertlərin narahatlığına səbəb olur. Onlar biznesə vergi təzyiqinin sərtləşdirilməsini proqnozlaşdırırlar ki, bunun da ümumi investisiya mühitinə mənfi təsiri qaçılmazdır. Məsələn, Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan bildirib ki, hökumətin vergi inzibatçılığını sərtləşdirmək planları həyəcanverici durum formalaşdırır. “Bu, iqtisadiyyatda təhriflərə gətirib çıxaracaq və onsuz da ağır günlər yaşayan investisiya mühitinə mənfi təsir göstərəcək”, – deyən sabiq nazir xəbərdarlıq edib.

V.Aramyan, habelə, kapital axınının ciddi narahatlıq doğuran tendensiyasına da xüsusi diqqət yetirib: “Artıq bu ilin birinci yarısında biz Ermənistandan kapital axınını görürük. İlin birinci yarısı üçün birbaşa xarici investisiyaların ümumi saldosu mənfidir. Yəni, mənfi 55 milyon dollar. Xarici investorlar Ermənistan iqtisadiyyatını pul qazanmaq üçün cəlbedici mühit hesab etmirsə, ortada təhlükəli durum var”.

Bundan başqa, “Luys” fondunun analitikləri 2024-cü ilin doqquz ayı ərzində Ermənistanın dövlət borcunun 5,5 faiz artdığını və bu göstəricinin 12,5 milyard dolları keçdiyini qeyd edirlər. Daxili borcun 51,8 faizə çatan rekord payı xüsusi narahatlıq doğurur ki, bu da daha yüksək faiz dərəcələri səbəbindən, istər-istəməz, xidmət xərclərinin artmasına səbəb olacaq.

Həmçinin, iqtisadi sahənin mütəxəssisləri rüblər üzrə iqtisadi artımın sabit zəifləməsini qeydə alıblar. Belə ki, 2024-cü ilin birinci rübündə – bir il əvvəlki 11,8 faizə nisbətən 6,6 faiz, ikinci rübdə 6,4 faizə qarşı 9,3 faiz, üçüncü rübdə isə 7,4 faizə qarşı 5,2 faiz zəifləmə var. Durum Rusiya – Ukrayna münaqişəsi ilə bağlı xarici amillərin müsbət təsirinin zəifləməsi və iqtisadiyyata dövlət dəstəyinin effektiv tədbirlərinin olmaması ilə bağlıdır.

Bütün bunlara görə, fikirlərini az əvvəl diqqətə çatdırdığımız sabiq maliyyə naziri V.Aramyanın proqnozuna görə, Ermənistanın 2025-ci il büdcəsinin icrası ciddi problemlərlə üzləşəcək. Nəticədə planlaşdırılan iqtisadi artım tempinin 5,6 faizə çatması böyük sual altına düşəcək. Sonda qeyd edək ki, əlbəttə, Ermənistan rəhbərliyi gücü silahlanmağa verirsə, iqtisadi inkişafdan danışmağa dəyməz. Rəsmi İrəvan ölkəni Qərbin Cənubi Qafqaz avantürasının alətinə çevirirsə, heç dəyməz. Yalnız gələcək iflası proqnozlaşdırmaq olar. İflas ssenarsisi isə hər ötən gün özünü daha qabarıq göstərməkdədir. Qərb yönümlü Nikol Paşinyan administrasiyasının Ermənistanı regionda anti-Rusiya, anti-Azərbaycan cəbhəsi formalaşdırmaq üçün yalnız ofis kimi idarə etdiyi bir durumda başqa perspektiv mümkün də deyil.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri