Icma.az
close
up
RU
Qlobal maliyyə sistemində nə baş verir? Qızıl erasında partlayacaq sabun köpüyü ANALİZ

Qlobal maliyyə sistemində nə baş verir? Qızıl erasında partlayacaq sabun köpüyü ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dünya maliyyə sistemində fundamental dəyişikliklərin sürətlənməsi qlobal bank və birjalarda təlatümlər yaradır. Son dövrlərdə iri dövlətlərin durmadan qızıl alması və öz ehtiyatlarını qızıla çevirməsi, həmçinin Rusiya, Çin, Hindistan, İran, Braziliya, CAR və s. Ölkələrin qarşılıqlı əməliyyatlarda dollardan imtina edərək öz valyutalarına keçməsi dolların qlobal hegemonluğuna son qoymaq üzrədir.

Son illərdə bu prosesə qoşulan ölkələr, xüsusən, Çin və Rusiya böyük həcmdə qızıl alışı həyata keçirib və qızılın qiymətinin fasiləsiz bahalaşması fonunda öz aktivlərinin dəyərini xeyli artırıb. Getdikcə daha çox ölkə rezervlərini qızıla çevirir və bu da arxasında heç nə dayanmayan, boş kağız kütləsinə çevrilmiş olan dolların qlobal valyuta statusunu məhv edir.

Bu ilin ilk yarısında qızıl alışında liderlər sırasında Rusiya (4,75 ton), Avstraliya (3,99 ton), ABŞ (3,35 ton), Qazaxıstan (2,56 ton), Böyük Britaniya (2,77 ton) var.

Qlobal bank və birja maxinasiyalarından ən çox əziyyət çəkən və dollardan imtinaya start verən Rusiyanın külçə qızıl ehtiyatlarını artırmaq strategiyası öz bəhrəsini verib və ölkə bundan uğur qazandı. Rusiya iri həcmdə qızıl alışına başladıqdan- 2006-cı ildən sonra onun qiyməti demək olar ki, 850 faiz artıb. Beləliklə, Rusiya öz rezervlərinin dəyərini dəfələrlə artırmış oldu və maliyyə sabitliyini sığortaladı. Ölkənin 2326,5 tonluq qızıl ehtiyatı hazırda 302 milyard dollardan çox qiymətləndirilir.

Çin və Hindistanda da təxminən belə etdi. Artıq ölkələrin qlobal fondlarda dollar və avroda saxladıqları vəsaitlər geri çəkilərək qızıla yatırılır. Nəticədə son həftədə qızılın qiyməti bir unsiya üçün 4000 dolları ötüb və ekspertlər indi onun qısa müddətdə 5000 dollara çatacağını gözləyirlər.

Lakin qlobal “qızıl qızdırması”nın yeni dalğası təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Belə ki, qlobal rezerv valyutaların sahibi olan Qərb koalisiyası bundan özlərinə tabe olmayan ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bundan ən çox zərər çəkən də Rusiyadır. Rusiyada qarşı saysız-hesabsız sanksiyalar tətbiq edən Qərb onun qlobal valyuta əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Lakin bu ölkə beynəlxalq hesablaşmalarda alternativ valyutalara keçməyə və rezervlərini qızıla çevirməyə başlayandan sonra bu təzyiq üsulları effektlivliyini itirib.

Rusiya bu syasəti uzaqgörənliklə həyata keçirdi. Artıq 2006-cı ildə aydın idi ki, Rusiya Qərb gərginliyi artır və ehtiyatların bir hissəsi risk altındadır. Həmin ildən etibarən Rusiya Mərkəzi Bankı qızılın xalis satıcısından xalis alıcıya çevrildi və dünyada ən böyük ehtiyatlardan birini topladı.

Krım Rusiyanın tərkibinə keçdikdən sonra Rusiya ABŞ dövlət xəzinədarlıq istiqrazlarını sürətlə və tam qurtarana qədər aktiv şəkildə satmağa başladı.

Qızılın qiymətini şərtləndirən əsas amillər mərkəzi bankın metal alışlarının artması, həmçinin pərakəndə pul vəsaitlərinin birja fondlarına rekord axınıdır.

Buna həftədə 7 milyard dollar itirən ABŞ hökumətinin bağlanması və nüvə elektrik stansiyalarına pilotsuz təyyarələrin hücumları da daxil olmaqla Ukraynada artan hərbi münaqişə də əlavə edilib. Bütün bunlar stress yaradır, investorların daha çox qızıla sığınmasına, portfellərini yenidən təşkil etməsinə səbəb olur.

Ölkələrin strateji rezervlərinin Qərb fondlarında saxlanması çox təhlükəlidir. Qərb istənilən vaxt müxtəlif bəhanələrlə bu vəsaitlərə əl qoya bilər. Yaxın tarix bunun nümunələri ilə doludur. Tabe olmayan ölkələrin (Rusiya, Türkiyə, Venesuela və s) rezervlərinin qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilir.

Məhz bu səbəbdən strateji düşünən dövlətlər öz rezervlərini qızıla çevilib öz ölkələrində saxlamağa çalışır. Bugünkü reallıqda qızılın əsas üstünlüyü ondan ibarətdir ki, o, fiziki olaraq Qərb ölkələrinin əli çatmayan yerdə saxlanılır. Rusiya və Çin də belə edir.

Çin Rusiyanın qızıl strategiyasına daha sonra qoşuldu: o, yalnız 2020-ci ildən sonra aktiv şəkildə ABŞ xəzinələrini dempinq etməyə və qızıla investisiya qoymağa başladı. Çinin ABŞ xəzinədarlığına bir trilyon dollardan çox sərmayə qoyduğu tarixi maksimumdan sonra, proses geriyə doğru getdi-indi bu, 700 milyard dollardan azdır, yəni üçdə biri artıq satılıb. Bu pulun bir hissəsi qızılda saxlanır. Qiymətli metalllar əlbəttə, təkcə qızıl deyil, həm də son vaxtlar qiyməti rekordlar qıran gümüş və platin və s. də var.

Çinin yeni siyasəti ölkəni qızılın saxlanma mərkəzinə çevirməkdir. Pekin həmçinin yuanı qızıla bağlamaq və onun möhkəm və dəyərli valyuta kimi qəbul etmək siyasəti yürüdür. Rusiya da eyni yolla gedir. Nəticədə Qərbdən edilən çoxsaylı maxinasiyalara və təzyiqlərə baxmayaraq rublun məzənnəsi aşağı düşmür.

Bundan başqa, ölkənin qızıl ehtiyatının çox olması onun iqtisadi və maliyyə dayanıqlılığını göstərir və bu da investorları da cəlb edir. Nəticədə iqtisadi aktivlik artır, ÜDM-in artımı baş verir.

Qızıla investisiya edən ölkələrin böyük gəlirlər əldə edəcəyi şübhəsizdir. Qızıl sürətlə bahalaşır və uzağı gələn unsiya üçün 5 min dollara çatacağına analitiklər şübhə etmir.

Bu vəziyyət ABŞ və bəzi Avropa ölkələrindən başqa bütün ölkələrə sərfəlidir. ABŞ-da və Avrozonada isə prosesi həyəcanla izləyirlər- bu, dolların və avronun çökmə prosesi kimi qəbul olunur. Yalnız qərb dövlətlərinin mənafelrini təmin etmək üçün qurulmuş qlobal maliyyə sistemi dağılır. Dünyanın siyasi, iqtisadi, hərbi və maliyyə cəhətdən güc mərkəzi Şərqə keçir.

Qızıla üz tutan əsas bazar iştirakçıları arasında mövcud maliyyə sisteminə dərin inamsızlıq var. Yeni qlobal valyutanın yaradılması üçün işlər aparılır- ola bilsin ki BRİCS-in vahid valyutası dövruiyyəyə buraxılsın. Burada çoxlu texniki problemlər olsa da, bunun baş verməsi mümkündür. Hansısa qızıl əsaslı valyuta səbəti və ya bir növ rəqəmsal valyuta əsasında bunu etmək olar.

Hər bir halda hazırkda dünyada iqtisadi və maliyyə sabitsizliyi dövrü başlayır. Daha doğörusu mövcud qlobal sistemdə. Çökməkdə olan köhnə sistemin sürətlə yeniə sistemnləm əvəzlənməsi baş verə bilər. Artıq Qərb koalisiyası əllərində olan maliyyə-bank-birja sistemi vasitəsilə istədikləri var valyutaların məzənnəsini dəyişərək və qlobal əmtəələrin qiymətlərini dəyişərək digər ölkələrin sərvətlərini və pullarını talaya bilməyəcək.

Ümumiyyətlə, bir ölkənin ehtiyatlarının başqa ölkədə saxlanması axmaq fikir idi və bu ABŞ və bir neçə Qərbi Avropa ölkəsindən başqa heç kimə sərf etmir. Bu rezervlər ortalama 1 faizlə yerləşdirilir, lakin həmin ölkələr bu vəsaitləri dövriyyəyə daxil edərək 5-10 qat artıq gəlir əldə edirlər. Hər ölkənin rezervi özündə saxlanmalıdır və mövcud qeyri-stabil qlobal situasiyada bundan təhlükəsiz variant yoxdur. Ona görə də ağıllı hökumətlər rezervlərini qızıla çevrilib ölkəyə gətirir, xaricə yönəltdiyi imnvestisiyaları isə öz ölkəsinə sərmayə edərək iqtisadiyyatı gücləndirməyə çalışırlar.

Azərbaycan da son illərdə rekord qızıl alışları həyata keçirib və ehtiyatlarının əhəmiyyətli bir hissəsini qızılda saxlamağa çalışır. Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir ki, qızıl alışına görə Azərbaycan dünyanın ilk 5 ölkəsi sırasındadır. Son 1 ildə ölkəmizin qızıl ehtiyatı təxminən 25 faiz artıb və hazırda 180 ton civarındadır. 2025-ci ilin ilk yarımilində Azərbaycan 3 milyard dollar dəyərində 35 ton qızıl idxal edib. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən dəyərdə 5 dəfə, həcmdə 4 dəfə yüksəkdir!

Lakin hələ də Neft Fondunun rezervləri əsasən dollar və avroda saxlanılır. Mümkün qədər tez və daha çox həcmdə qızıla, gümüşə çevrilməsinə və ölkəyə gətirilməsinə ehtiyac var. Bir neçə il əvvələdək Fondun rezerv portfelində qızılın payı 1 faizə çatmırdı. Hazırda Neft Fondunun ehtiyat portfelində qızılın payı 30 faizə yaxındır.

Yeri gəlmişkən, ötən il Azərbaycanda 2663 kiloqram qızıl istehsal edilib. Ölkə daxilində yanvar-iyun aylarında çıxarılan qızıl isə cəmi 1,6 ton olub, deməli ilin yekununa qızıl istehsalı 3 tonu keçəcək. Həm istehsal, həm də idxalın artması müsbət tendensiyadır. Hazırki qlobal şəraitdə ən etibarlı rezerv qızıl olaraq qalır. Ona görə də, elə öz istehsalımız olan qızılı alaraq strateji rezerv kimi saxlamaq daha təhlükəsiz olar, nəinki həddən artıq şişirdilmiş və tezliklə partlayacaq sabun köpüyü olan dolları.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see283

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see164

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see140

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see121

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri