Icma.az
close
up
RU
Saç ağarmasının bilinməyən sirri: Yaşlanma deyil, xərçənglə mübarizə siqnalıdır

Saç ağarmasının bilinməyən sirri: Yaşlanma deyil, xərçənglə mübarizə siqnalıdır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Güzgünün qarşısına keçirsiniz, baxırsız ki, saçınızda bir neçə ağ tel parlayır. Bir çox insan üçün bu, moral pozan mənzərə ola bilər. Ancaq Yaponiyada aparılan yeni bir araşdırma bu vəziyyətə tamamilə başqa bir pəncərədən baxır. Son tədqiqata görə saçların ağarması sandığımız kimi təkcə yaşlanmanın və ya stresin nəticəsi deyil. Bəs bu, orqanizmin xərçəngə qarşı inkişaf etdirdiyi təbii müdafiə mexanizmi ola bilərmi? Sherg.az mütəxəssisin fikirlərini təqdim edir.

Tokio Universitetində aparılan yeni araşdırma saçların ağarmasının əslində müsbət bir prosesin işarəsi ola biləcəyini göstərir. Tədqiqatçılara görə orqanizm zədələnmiş hüceyrələri bərpa etməyə çalışdıqda verdiyi bu reaksiya yaşlanmanın sadə bir əlamətindən daha çox şey ifadə edir. Saçların ağarmasının bioloji müdafiə mexanizmi ola biləcəyini deyən alimlər araşdırmada çox diqqətçəkən nəticələrə rast gəlib.

Tibbi Biologiya və Genetika üzrə türk mütəxəssis Prof. Dr. Korkut Ulucan, araşdırma çərçivəsində saçların ağarmasının arxasında yatan həqiqətləri izah edib.

Tokio Universitetinin yeni tədqiqatına əsasən saçların ağarması təkcə yaşlanma deyil, bəlkə də bədənin xərçəngi daha başlanğıc mərhələsində dayandırma üsuludur. Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə müəyyən piqment istehsal edən kök hüceyrələrin DNT zədəsi aldıqda bəzilərinin xərçəngə çevrilmək əvəzinə özünü məhv etdiyini, bunun da ağ tüklərə səbəb olduğunu aşkarlayıblar.

Bu prosesin p53-p21 adlı təbii anti-xərçəng mexanizmini işə saldığı bildirilir. Nəticələr “Nature Cell Biology” jurnalında dərc edilib və ağ saçların bədənin hüceyrə səviyyəsində xərçənglə mübarizə apardığının bir növ xəbərçisi ola biləcəyi vurğulanıb.

Alimlər sual verirlər:

“Niyə bəzi kök hüceyrələr zədələnəndə ölür, bəziləri isə sağ qalıb xərçəng hüceyrəsinə çevrilir?”

Bu sualı cavablandırmaq üçün saç rəngini yaradan melanosit kök hüceyrələri (McSC) araşdırılıb. Siçanlar güclü günəş şüası və kimyəvi maddələrə məruz qoyulub. Hüceyrələrdən bəziləri zədələndiyini anlayıb özünü məhv edib, nəticədə tük ağarıb. Digərləri isə zədələnməsinə baxmayaraq bölünməyə davam edib və xərçəngə yol açıb.

Tədqiqatçılar hüceyrələrə özünü məhv etməyi, yəni tüklərin ağarmasını siqnal verən xüsusi bir mexanizm aşkar ediblər. Bu siqnal pozularsa xərçəng riski arta bilər.

Alimlər deyir:

“Saçların ağarması yalnız yaşlanma deyil, bədənin zədəli hüceyrələri yox edərək xərçəng yolunu bağlayan bir müdafiə reaksiyası yaradır.”

Tədqiqatçılar onu da bildirirlər ki, saçların ağarması xərçəngdən tam qoruma yaratmır. Sadəcə bədənin zədələnmiş hüceyrələri aradan qaldırmaq üçün verdiyi reaksiyadır. Bu araşdırma yaşlanma ilə xərçəng arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edir.

Türkiyəli professor Korkut Ulucan bildirir ki, melanosit kök hüceyrələri yalnız saçda deyil, bir çox mexanizmdə rol oynayır. Melanin tirozin adlı amin turşusundan yaranır və bu prosesdə yaranan pozuntular saçların ağarmasına səbəb olur.

Lakin saç ağarması ilə xərçəng metabolizması arasında birbaşa əlaqə iddia etməyin elmi cəhətdən çox güclü olmadığını deyir:

“Hüceyrə ölümləri hər zaman xərçənglə əlaqələndirilə bilməz.”

Mutasiyaya səbəb olan kimyəvi maddələrə (mutagenlərə) qarşı hüceyrələr özlərini qorumaq üçün müxtəlif reaksiyalar yaradır. Əgər hüceyrə zədələnməni bərpa edə bilmirsə, apoptoz (özünü məhv etmə) prosesini işə salır.

Professor bildirir ki, saçların erkən yaşda ağarmasının səbəbi yalnız stres deyil. Bəzi insanlarda genetik irsiyyət, digərlərində isə hüceyrə metabolizmasının fərqli işləməsi səbəb ola bilər.

Professor Ulucan əlavə edir ki, B12, biotin, D və E vitaminləri, eləcə də mis, sink, dəmir kimi mineralların çatışmazlığı da erkən ağarmaya səbəb olur. Bir çox otoimmün xəstəliklər, tiroid pozuntuları, diabet və bəzi dərmanlar da prosesə təsir edir.

Nəticə olaraq Ulucan vurğulayır ki, saçların ağarması çox vaxt irsidir.

Xərçənglə birbaşa əlaqəni sübut etmək üçün daha geniş tədqiqat lazımdır.

Saç ağarması üçün genetik analizlər çox faydalı olmasa da, vitamin-mineral analizləri dəyərli məlumat verir.

Professor sonda deyir:

“Tiroid və otoimmün xəstəliklər genetik olmayan erkən ağarmanın əsas səbəblərindəndir. Bu mövzuda çoxlu araşdırma var.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri