Icma.az
close
up
RU
Sadəcə səkkiz dəqiqə... Məryəm Bağırova yazır

Sadəcə səkkiz dəqiqə... Məryəm Bağırova yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məryəm Bağırova

Müasir həyat insanları bir-birinə yaxınlaşdırmaq əvəzinə tez-tez ruhən uzaqlaşdırır. Texnologiyanın həyatımızı sürətləndirdiyi bir dövrdə yaşayırıq. Telefonlar, mesajlar, sosial şəbəkələr... Biz heç vaxt bu qədər “yaxın” olmamışdıq. Amma qəribədir ki, biz heç vaxt bu qədər “uzaq” da olmamışdıq. Sosial şəbəkələrdə yüzlərlə dostu olan bir insan belə, özünü dərin bir tənhalığın içində tapa bilər. Çünki insan üçün say yox, həqiqi bağ önəmlidir. Və bəzən bu bağı qorumaq üçün uzun söhbətlərə ehtiyac belə olmur. Bəzən sadəcə səkkiz dəqiqə kifayət edir.

Psixoloji araşdırmalar göstərir ki, insan çətin anında yaxın və güvəndiyi biri ilə qısa ünsiyyət qurduqda stress səviyyəsi azalır. Səbəb problemin həll olunması deyil. Əsas səbəb, insan beyninin təhlükə hissindən çıxaraq “mən tək deyiləm” mesajını almasıdır. İnsan ruhu üçün ən böyük təsəlli bəzən həll yolu deyil, varlıq hissidir. Çox vaxt düşünürük ki, kiməsə kömək etmək üçün böyük addımlar atmalıyıq. Halbuki bəzən ən böyük kömək sadəcə dinləmək, bir mesajı cavabsız qoymamaq və ya bir neçə dəqiqə diqqət ayırmaqdır. Çünki insanı ən çox yaralayan, problemlərin özü deyil, o problemlərlə tək qalmaq hissidir. Həyatın sürəti içində biz bəzən ən dəyərli şeyi unuduruq: sevdiklərimizə vaxt ayırmağı. Halbuki hər kəs ən vacib işinin içində belə səkkiz dəqiqə tapa bilər. Səkkiz dəqiqə heç nəyi dəyişmirmiş kimi görünə bilər, amma bəzən bu qısa zaman insanın qaranlıq düşüncələrdən uzaqlaşmasına, özünü dəyərli hiss etməsinə səbəb olur. Bu ideya bizə sadə bir həqiqəti xatırladır: dostluq insanın yükünü götürmək, bütün problemlərini həll etmək demək deyil. Dostluq bəzən sadəcə “Mən yanındayam” deməkdir. Bəzi insanlar çətin anlarında açıq kömək istəmək əvəzinə dolayı yollar seçirlər. Bu səbəbdən həyatımızda bir qayda qoymalıyıq: Sevdiyimiz insanlara diqqətli olmalıyıq. Əgər sevdiyimiz biri bizə yazırsa, onu sadəcə mesaj kimi yox, görünməyən bir “kömək çağırışı” kimi oxumalıyıq. Çünki bəzən bir mesaj sadəcə mesaj olmur. Bəzən bir sual sadəcə sual olmur. Bəzən insanın bütün həyatı dəyişməsi üçün saatlara, günlərə, illərə ehtiyacı olmur. Bəzən sadəcə səkkiz dəqiqə kifayət edir. Bir vaxtlar dostlara səbəbsiz edilən qısa telefon zəngləri vardı. Sadəcə hal-əhval tutmaq üçün. Sadəcə səsini eşitmək üçün. Bu gün isə bunu emojilərlə əvəz etmişik. Bir “necəsən?” sualını bir “like” işarəsinə sığışdırmışıq. Amma elm deyir ki, bu, eyni şey deyil. 2021-ci ildə aparılan araşdırmalar göstərdi ki, həftə ərzində bir neçə dəfə edilən qısa telefon danışığı belə insanlarda depressiya, tənhalıq və narahatlıq hissini əhəmiyyətli dərəcədə azaldır. Səbəb problemlərin həll olunması deyil. Səbəb sadəcə bir həqiqətdir: İnsan eşidildiyini hiss edəndə güclənir.  

Harvard Tibb Məktəbinin psixiatriya professoru Bob Valdinger deyir ki, insanın xoşbəxtliyi ən çox onun qurduğu münasibətlərin keyfiyyəti ilə bağlıdır. Yaxın münasibətlərə ayrılan vaxt insanın psixoloji sağlamlığı üçün görünməyən bir enerji mənbəyidir. Və bəlkə də buna görə “səkkiz dəqiqə qaydası” ortaya çıxıb: Sevdiyin insanlara uzun saatlar ayıra bilmirsənsə belə, heç olmasa 8 dəqiqə ayır. Çünki bəzən bir insanın dərdi həll olunmur. Amma o insanın tənhalıq hissi azala bilər. Bəzən bir insan sənə problemlərini danışmaq üçün yox, sadəcə yanında birinin olduğunu hiss etmək üçün ehtiyac duyur. Bunun canlı nümunəsi Simon və Kristina adlı iki yaxın dost arasında baş verib. Simonun sözlərinə görə, bir gün dostu uzun müddət depressiya ilə mübarizə apardığını ona etiraf edir. Simon ilk reaksiyasını belə ifadə edir:

- “Niyə mənə zəng etməmisən?”

Dostu sakitcə cavab verir:

- “Yazmışdım... Amma cavab vermədin”.

Simon dərhal telefonuna baxır və həqiqətən də mesajı görür:

- “Nə edirsən? Bu gün görüşək?”

Adi bir mesaj kimi görünürdü. Heç nə demirdi, ağlamırdı, qışqırmırdı. Heç bir kömək istəmirdi...

- “Bu yazdıqların bizim həmişə bir-birimizə göndərdiyimiz adi mesajlar kimi görünürdü. Mən haradan bilim ki, sən əslində kömək istəyirdin?” - deyə Simon əlavə edir. O gün onlar bir qərar verirlər. Bir şifrə sözləri olacaq. Əgər biri həqiqətən pisdirsə, sadəcə yazacaq:

- “8 dəqiqən var?”

Simon hər xatırladıqca hələ də ağladığını deyir. Bu hadisə ona insanların kömək istəməyin nə qədər incə və dolayı yollarını seçdiyini göstərir. İnsan ən çətin anında problemlərinin həllini yox, sadəcə tək olmadığını hiss etmək istəyir. Bunun üçün isə bəzi hallarda cəmi səkkiz dəqiqə kifayət edir. Səkkiz dəqiqə bir insanın içində qopan fırtınanı sakitləşdirə, gizlədilən göz yaşlarını dayandıra və bir ürəyə bu hissi verə bilər: “Mənim də yanımda biri var, mən tək deyiləm”.

Çünki çox insan zəif görünməkdən qorxur. Hər kəs “mən pisəm” deməyə cəsarət etmir. Amma çoxları “səkkiz dəqiqən var?” deməyə cəsarət tapa bilər. Hər kəs içində qırıldığını göstərmir. Çox insan güclü görünərək səssizcə kömək gözləyir. Və bəzən onların ehtiyacı olan böyük bir möcüzə deyil... Sadəcə onları anlayan bir insan, onları dinləyən bir ürək və səkkiz dəqiqəsini ayıran bir dostdur. Maya Angelounun da dediyi kimi: “İnsanlar dediklərinizi və ya etdiklərinizi unuda bilərlər, amma onlara necə hiss etdirdiyinizi heç vaxt unutmazlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1589
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri