Icma.az
close
up
RU
Sadəliyin bətnindəki təntənə “Şahid olmaq istəyirsən?”

Sadəliyin bətnindəki təntənə “Şahid olmaq istəyirsən?”

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Orxan Həsəninin “Həyatla kirlənmək – Vüqar Vanın hekayəsi haqqında” yazısını təqdim edir.

Vüqar Vanın “Şahid” adlı qısa hekayəsi keçən həftə dərc olundu və ədəbi mühit bu qısa və gözəl hekayənin üstündən səssiz-səmirsiz ötüb keçdi.

Belə sakit bir hekayəyə sakit münasibət təəccüblü olmamalıdır, ancaq sakitlik yalnız üzdə görünəndir, gözünün ucu ilə baxanlar üçün, əlbəttə, batində hikmətlər vardır.
Batindəki hikmətlər barədə bir azdan...
Əvvəl hekayənin süjeti barədə
“Şahid” süjeti məsciddə Quran dərslərinə gedən uşağın perspektivindən danışır. Həmin gün dərsə həmişəkindən tez gəlib və məscidin boş olmasını fürsət bilib həvəslə əylənir, qadağaların üstündən keçir, – gah o tərəf bu tərəfə qaçır, gah minbərə çıxıb aşağı tullanır, gah yumşaq xalçaların üstündə dombalaq aşır, gah qadınlar üçün ayrılmış tərəfə girib gizlincə, bir az günahkarlıq duyğsuyla ətrafa baxır, gah üst-üstə düzülmüş döşəkçələrin üstündən yerə hoppanır, gah təsbehləri qoluna dolayır, gah da azan aparatını qurdalayır.
Uşaq pəncərədən bayıra baxanda məscidin həyətində kişi və qadın görür. İndi onun bu saatda məsciddə olması kimi bu qadın və kişinin gəlişi də qeyri-adidir. Onlar məscidə girirlər və kişi uşaqdan Quranın yerini soruşur. Uşaq ona Quranın yerini göstərir. Kişi deyir:
“Şahid olmaq istəyirsən?”
Qadın əlini Qurana tutub and içir, uşaq şahid olur və beləliklə, hekayə bitir.
İlk baxışdan heç nə ilə fərqlənməyən adi və sadə bir süjet.
Bəs bu hekayəni fərqləndirən cəhətlər hansılardır? Ən əsası hekayənin gücü harada gizlənmişdir?
Nəhayət, batindəki hikmətlər barədə...
Vüqar Van “Şahid” hekayəsində sadə və dinamik bir dildən istifadə edir. Qəhrəman aydın, səhnə aydın, süjet aydın. Sadə və yalın bir dildən istifadənin faydaları haqqında dəfələrlə yazmışam deyə onları təzədən qeyd eləməyə lüzum görmürəm.
Bu yazı stili bizi tezliklə hekayənin atmosferinə salır, səhərlər məscidə Quran dərslərinə gələn uşağın dünyasını hiss edir, beləliklə, o dünyanın parçasına çevrilirik.

Hekayə ilə ilk təmasın uğuru bizi onun dərinliyinə baş vurmağa sövq edir. Həyatı uşaq gözləri ilə görmək. Bu nə deməkdir? Birinci növbədə uşağın peskpektivi ilə yazmaq yazıçını bəri başdan məhdudlaşdırır, onun perspektivindən kənara çıxa, sapmalara yol verə bilməzsən, əgər yol versən, inandırıcılığını itirəcəksən, mətnin reallığı ilə həyatın reallığı arasında ziddiyyət yaranacaq.
Ancaq unutmaq olmaz ki, ədəbiyyatın mahiyyətində həyata uşaq gözləri ilə baxmaq, yəni dərhal kəşf etmək, məna vermək, öyrənmək cəhəti vardır. Uşaq həyata baxanda təəccübləndiyi, ən adi şeylərdən həyəcana qapıldığı kimi sənətkar da yaratmaq istədiyi həyata təəccüblənir, ən adi həyat hadisələrindən həyəcana düşür, əgər belə olmasa, təəccübləndirə və həyəcanlandıra bilməz.
Vüqarın hekayəsindəki uşaq qəhrəman isə daha passivdir. O, sadəcə ətrafına tamaşa eləyir, iştirakçı yox, müşahidəçidir. Bununla belə onun xarakterində inkişafı və dəyişiklikləri görürük. Necə?
Qəhrəman hekayənin əvvəlində “uşaq”dır, hərəkətləri, qaydaları pozmaq həvəsi, günah hissi uşaqlığın əlamətləridir.
Həyatın ortasında bir uşaq qaydalarsız, sərbəst davranır. Hekayənin reallığında həyatla onun arasında qalın bir uşaqlıq pərdəsi çəkilib, onun həyata aiddiyyatı yoxdur, həyatın da ona.
Ancaq birdən uşağın azadlıq ərazisinə kişi və qadın daxil olur.
Kişi və qadın kimdir?
Hekayə uşağın perspektivindən danışdığı üçün təbii məhdudlaşdırmaya görə bu obrazların fonunu görmürük. Onların haradan, nə üçün gəldikləri, kim olduqları, qadının nə üçün Qurana and içdiyi, kişinin nə üçün uşağı şahid seçdiyi məlum deyil.
Müəllif marağımızı danışdıqları ilə yox, danışmadıqları ilə cəlb edir, bilərəkdən qoyduğu boşluqları biz - oxucular doldurmağa cəhd edirik və beləliklə, mətn və oxucu arasında əyləncəli bir oyun başlayır.
Oxucunun da hekayənin yazılma prosesinə daxil olduğu belə oyunları sevirəm.
Bəlkə, qadın kişinin evindən oğurluq eləyib? Yəni, kişi elə hesab eləyir, qadın onun evindən oğurluq eləyib, ancaq boynuna almır, boynuna almır, onda and içsin. And içsin ki, onun evindən oğurluq eləməyib.
Bəlkə, qadın və kişi ər-arvaddılar? Kişi arvadının hərəkətindən şübhələnib, sonra bu şübhə kişini ələ keçirib, içini didib-dağıdıb, sonda dözməyib bütün şübhələrinə nöqtə qoymaq üçün səhər o başdan gətirib məscidə ki, and içsin, daha içini didib-dağıdan şübhələrdən azad olsun.
Kim deyə bilər həyatda belə şeylər tez-tez olmur?
“Şahid olmaq istəyirsən?” – bu dəvətlə qadın və kişi hələ həyata aid olmayan uşağın dünyasına daxil olurlar, onu öz ziddiyyətlərinin parçasına çevirir, böyüdür, həyatla çirkləndirirlər, metaforik uşaqlıq cənnətindən qovmağa cəhd edirlər.
Hekayə cənnətdən qovulmanı, həyatla ilk təması təmsil edir. Nədir cənnətdən qovulma?
Cənnətdən qovulma, həyatla ilk təmas, ilk böyümə anı ədəbiyyatın elementar mövzularından biridir.
Bu süjet bütün Qərb və Yaxın Şərq ədəbiyyatında mərkəzi mifoloji motivlərdən biridir. Bibliyada (Tövrat və İncil) ilk günah anlayışı ilə əlaqədardır. Qərb mədəniyyətində insan təbiəti haqqında bütün fəlsəfi və ədəbi müzakirələrin təməl nöqtəsi hesab olunur.

Quranda isə Adəm və Həvva süjeti yer alır, onlar qadağan olunmuş meyvəni yedikləri üçün cənnətdən yerə qovulurlar və beləliklə, tarix, həyatla təmas, ilk çirklənmə baş verir. Bu mərkəzi mifoloji motiv dünya ədəbiyyatında gen-bol istifadə olunmuşdur. Dantenin “İlahi komediya”sı, Con Miltonun “İtirilmiş cənnət”i, Villiam Bleykin “Cənnət və cəhənnəmin evliliyi”, hətta Frans Kafkanın “Qəsr” əsərində belə bu motivə müxtəlif formalarda müraciəti görürük.
Vüqar Van “Şahid” hekayəsində eyni iddia ilə çıxış eləyir və qısa bir hekayədə həyatla ilk təması təsvirini göstərir. Vüqarın ilk təmas versiyasında “uşaq” (Adəm) ixtiyarsızdır, onu cənnətdən qovulmasına səbəb günah yox, saflıqdır və saflıq qəhrəmanın xarakterinin ən əsas hissəsi olduğundan belə bir qənaətə gəlirik ki, qovulma, çirklənmə mütləq baş verməliydi, yəni bu seçim yox, hökmdür.
– Bax ha, şahidlik elədin. Bu söhbət üçümüzün arasında qalmalıdır. Qiyamətdə... – Kişi nə fikirləşmişdisə, sözünün davamını gətirmədi.
Hekayə bu cümlələrlə bitir. Cənnətdən qovulan üçün yenidən cənnətlə əlaqə yalnız qiyamətdən sonra baş verə bilər. Kişinin şərtində “qiyamətdə...” sözü ardı gəlməyən cümlə yox, yuxarıda baş verənlərə simvolik bir cavabdır.
“Qiyamətdə...”
Bütün bunlar nə deməkdir? Cavab aydındır: sadəliyin arxasında gizlənən təntənə.

Vüqarın hekayəsinin uğuru sadəliyin bətnində təntənəni yarada bilməsidir.
Beləliklə, vaxtımı dondururam.

Azərbaycan və Özbəkistanın birgə mədəniyyət turu təşkil olunacaq Almodovardan İsraillə bütün əlaqələri kəsmək çağırışı Növbəti Nəsimi festivalı keçiriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri