Icma.az
close
up
RU
SADIKOV FAZİL MƏMMƏDOVDAN BU BARƏDƏ XAHİŞ ETMİŞDİ...” Milyonların necə talandığı açıqlandı

SADIKOV FAZİL MƏMMƏDOVDAN BU BARƏDƏ XAHİŞ ETMİŞDİ...” Milyonların necə talandığı açıqlandı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"AzPolitika" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Mürsəl Əliyev bildirib ki, təqsirləndirilən şəxsi tanımır: “Təqsirləndirilən şəxslə tanışlığım yoxdur. Mən “Bakı” jurnalında baş mühasib vəzifəsində çalışmışam. Bir neçə dəfə “Şahin CO”nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. “Bakı” jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də görmüşəm”.

Dövlət ittihamçısının “AES Kapital” MMC-nin yaradılmasında məqsədi barədə sualına cavab olaraq bununla əlaqəsi olmadığını bildirib. Onun istintaqa verdiyi ifadə ilə indiki ifadə arasında ziddiyyət olub.

Məhkəmə onun ifadəsini elan edib.

O, ifadəsində bildirib ki, “AES Kapital” MMC Dəyanət Quliyev və Fərid Hüseynovun göstərişi ilə yaradılıb: “Şahin CO”ya kredit ayrılması Fazil Məmmədovun göstərişi ilə olub. Sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov Fazil Məmmədovdan bu barədə xahiş etmişdi. Ona kredit ayrılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb”.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təkzib edib. O, məhkəməyə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra iş üzrə növbəti şahid İltifat Ağayev ifadə verib.

Şahid ifadəsində 1997-2015-ci illərdə bankda müxtəlif vəzifələrdə işlədiyini, 2015-2017-ci illərdə isə bankın İdarə heyətinin formal üzvü olaraq çalışdığını bildirib: “Şahin CO”nun sadəcə, adını eşitmişəm, amma ordan kimləsə şəxsi tanışlığım olmayıb. Təqsirləndirilən şəxsi tanımıram. 2015-ci ilin sonundan başlayaraq banka kənardan müdaxilələr oldu. Bu qədər məbləğin qısa zaman ərzində verilməsi mümkün deyil. Bu məbləğin verilməsi üçün müəyyən proseslər həyata keçirilməli, mərhələli şəkildə işlər aparılmalıdır. Təcrübəmə əsasən deyə bilərəm ki, bu işə kənardan müdaxilə edilib”.

Şahid əlavə edib ki, kreditin ayrılması üçün onun da imzası olub: “İmzam olub, lakin mən İdarə Heyətinin formal üzvü olmuşam, fiziki olaraq iştirak etməmişəm. İmzalamışam, amma bu imzalanma müzakirədən 1-2 ay sonra olub. İmza atmağım mənim nöqsanımdır”.

Proses aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATA Bank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Mart 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri