Icma.az
close
up
RU
Sadıkovun müavini olmuş general məhkəmə qarşısında

Sadıkovun müavini olmuş general məhkəmə qarşısında

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”.

Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib: “Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”.

Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər: “Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxımışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi. Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, “lak” vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”.

İddiaçı isə əlavə edib ki, qarşı tərəg evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib.

İddiaçı tərəf buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmə müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib.

Məhkəmənin növbəti iclası 18 marta təyin edilib.

Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir.

Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Fevral 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri