Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır:Dəhşətli məqamlar
Icma.az, Bakupost saytına istinadən bildirir.
“Neftçi” PFK-nın sabiq prezidenti, “Neftçi” İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, 60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur. Bildirilir ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən hadisələr psixoloji durumuna mənfi təsir göstərib.
Məlumatlara əsasən, Sadıq Sadıqovun ölümündən əvvəl sosial şəbəkələrdə onun adı ətrafında geniş müzakirələr aparılırdı. Xüsusilə xaricdə yaşayan azərbaycanlı bloqerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən bir sıra səs yazıları və digər materiallar yayılıb.
Həmin səs yazılarında Sadıq Sadıqovun müxtəlif şəxslər barədə kompromat xarakterli məlumatların yayılması, bəzi adamların tənqid və təhqir olunmasının təşkil edilməsi ilə bağlı müraciətlər etdiyi, eləcə də müəyyən şəxslərin əlaqə vasitələrini təqdim etdiyi iddia olunur.
Yayılan materiallarda onun ölkədə tanınmış bir sıra şəxslər haqqında ifşaedici məlumatların dövriyyəyə buraxılmasında maraqlı olduğu da iddia edilir. Bu materiallar qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və müxtəlif müzakirələrə səbəb olub.
Məlumatlarda bildirilir ki, həmin materialların yayılmasından sonra Sadıq Sadıqov ciddi psixoloji gərginlik keçirib. Hətta onun “Neftçi” İdman Klubundakı işinə də bir neçə gündür getmədiyi qeyd olunur.
Eyni zamanda, müxtəlif mənbələr Sadıq Sadıqovun son illərdə karyerasında yaşanan dəyişikliklərin, əvvəlki nüfuz və təsir imkanlarının zəifləməsinin də onun psixoloji durumuna təsirsiz ötüşmədiyini bildirirlər.
Müşahidəçilər hesab edirlər ki, son dövrlər ardıcıl şəkildə yayılan videolar, səs yazıları və onun ətrafında yaranmış ictimai rezonans Sadıq Sadıqovun onsuz da gərgin olduğu bildirilən psixoloji vəziyyətini daha da ağırlaşdırmış ola bilər.
Qeyd edək ki, Sadıq Sadıqov uzun illər Azərbaycan idmanının və futbolunun tanınmış simalarından biri olub. O, müxtəlif dövrlərdə “Neftçi” PFK-nın prezidenti, “Neftçi” İdman Klubunun rəhbərliyində təmsil olunub, həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.
Elnur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 06 İyun 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















