Icma.az
close
up
RU

Şağan sakininin xurma ağacları quruyur “Gözəl gəldilər” ekoloqdan AÇIQLAMA + FOTOLAR

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“1979-cu ildən bitkiçiliklə məşğulam. 1979-cu ildə bir paket xurma almışdım. Xurmanı yedim, tumunu həyətə atdım. Xurma ağacları bir-birinin yanında idi, sonra böyüyüb kol olduqca ayırdım. Burada məndə 40 illik ağaclar var ki, gül açır, amma bəhər vermir. Xüsusi bir qulluq da etmirəm, budayıram, torpağını boşaldıram. Əslində çətin ağac da deyil, çox rahatdır. 3 xurma ağacım ötən il bar verib”.

Bunu Moderator.az-a açıqlamasında Şağan kənd sakini Arzuman Cəbiyev deyib. Bir neçə xurma ağacının həyətində olduğunu deyən kənd sakini bildirib ki, təkcə bir ağacdan 120 kiloya qədər bar götürüb. Amma ağac bu il bar verməyib.

“Ağacın 4 çubuğu var idi. Hər çubuqda da 3 kilo meyvə var idi. Tərəzi ilə çıxıb çəkdim də. Ağac tikanlı olduğuna görə əlimə batırdı. Salxım çox yatırdı aşağıya. Deyirdim sınar da. Mən onu bel remeni ilə bağlayırdım ki, sınmasın. Mənim arzum idi ki, xurma ağaclarım bar versin. Hətta İrandan budaqların üstündə xurma da gətizdirib üstünə vurmuşdum ki, ağac bəhər versin. Bunu edəndən sonra 4 ağac bəhərə düşdü. İndi ağaclarıma xəstəlik düşüb. 3 ağacım quruyur, çürüyür. Zəng edib soruşmuşam, deyirlər ki, indi dərman vurmayın, onun vaxtı var. Martdan sonra dərmanlamaq lazımdır. Baytar həkim mənə deyir ki, bunun kötüyü, palma ağacının kötüyü kimi şirin olduğuna görə qurd ona girir, başlayır yeməyə. Mənə dedilər ağacların gözə gəldi. Ola da bilər. Gəlib çəkib göstərdilər. İrandan, Türkiyədən mənə zəng etdilər ki, sən artıq xurma yetişdirirsən? Çünki ağac bəhərə düşəndən sonra hər il bar verir. Hazırda 8 xurma ağacım var. Yanındakı balaca kolları saymıram. Bu xurmanın digər xurmalardan fərqi ondadır ki, içində tumu yoxdur. Tumsuz idi. Mədinə xurmasıdır”, - deyə kənd sakini bildirib.

Coğrafiya institunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, həmin ağacların problemini torpaqda axtarmaq lazımdır:

“Onların kökü çox dərinə gedir. 8-10 metr. Mən Bağdadda olmuşam. Bağdadın hər tərəfi xurma bağlarıdır. Hardasa 20 metrə qədər də qalxır. 200 ilə qədər də yaşayır. Azərbaycan ərazisində ola bilər ki, müəyyən çatışmazlıq var. Birinci variant o ola bilər ki, ağac normal qidalanmayıb, yaxşı baxılmayıb. Havalar isti olanda müəyyən qədər kök sistemi quruya bilər. İkincisi də o ola bilər ki, ağacın kökü bu qurunt sularına dirənə bilər. Bu ağaclara mənfi təsir göstərir. Bu ağaclar soyuğadavamlı olmadığı üçün onu isti ədyalla bürümək lazımdır. Belə olan halda ağaclar yenidən bar verə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri