“Sağdan soldan siqnal verirlər ki, “müəllim, necəsiz?” Qurban Qurbanov
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimində maraqlı açıqlamalar verib.
“Qafqazinfo”nun məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, son zamanlarda avtomobili ilə hərəkət edərkən ona siqnal verib salamlayanlar çoxalıb:
“Rayonda, kənddə işıq olmur, amma siz daim bizlərlə olursuz. Futbola o vəziyyətdə baxırsız və inanın biz bunların hamısını düşünürük, görürük. Çünki biz özümüz ordan çıxmışıq, o lampa işığında böyümüşük, o kasıbçılığı görmüşük və gəlmişik. Kibrit işığında dərs oxuyurduq. Həyatımızın ləzzəti də budur. Daim qalibiyyət olsa, nə marağı qalar? Kim danışacaq, kim acılayacaq, kim tənqid edəcək?
İnanın ki, mən hər şeyi normal qəbul edirəm. Təsəvvür edin ki, maşında gəlirəm və bu, son vaxtlar həddindən artıq çoxalıb: sağdan biri siqnal verir “müəllim, necəsiz?”, soldan siqnal verirlər “sizə təşəkkür edirəm, uğurlar arzu edirəm”. Mən neqativ heç nə görməmişəm. Sadəcə yazılardır, hansısa yazı çıxır ortaya, nələrsə olur.
Amma mən həmişə xalqın arasındayam, sizinləyəm. Həmişə çalışacam ki, məğlub olsaq da, həvəsdən düşməyim, çəkinməyim, qorxmayım və hamının üzərinə gedim”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















