Sağdan yol kəsən sürücü qəza şəraiti yaratdı 10 TT 331 VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nərimanov rayonunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 17-də saat 20:21 radələrində Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
Belə ki, 10-TT-331 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü həm manevr, həm də zolaqdan istifadə qaydalarını pozub. Kadrlardan göründüyü kimi, sürücü sağdan — Azparking üçün ayrılmış zolaqdan hərəkət edərək görüntünü qeydə alan avtomobilin qəfil yoluna çıxıb və təhlükəli manevr edərək qəza şəraiti yaradıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, sürücü manevr zamanı digər nəqliyyat vasitələrinə mane olmamalı və təhlükəsizliyi təmin etməlidir. Həmçinin dayanma və parklanma üçün nəzərdə tutulmuş zolaqlardan hərəkət məqsədilə istifadə etmək qadağandır. Bu cür qayda pozuntuları yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















