Icma.az
close
up
RU
Şagird qaydanı pozsa, məktəb nə edir? Dünyadan fərqli təcrübələr

Şagird qaydanı pozsa, məktəb nə edir? Dünyadan fərqli təcrübələr

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkildiyi iddia olunan görüntülər ciddi narahatlıq yaradıb. Görüntülərdə məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür.

Bu hadisə cəmiyyətdə narahatlıq doğurmaqla yanaşı, təhsil müəssisələrində nəzarət məsələsini də gündəmə gətirib.

AZXEBER.COM dünyanın müxtəlif ölkələrində məktəblərdə nizam-intizamın necə qorunduğunu, qayda pozan şagirdlərə qarşı hansı tədbirlərin görüldüyünü araşdırıb.

Finlandiya

Finlandiyada məktəbdə qaydaların pozulmasına görə tətbiq edilən intizam tədbirləri qanunvericiliklə müəyyənləşdirilib.

Ölkənin Təhsil Agentliyinin məlumatına görə, tədbirlər pozuntunun ağırlığından asılı olaraq mərhələli şəkildə tətbiq olunur. Bunlara dərsdən sonra əlavə tapşırığın yerinə yetirilməsi, dərsdən sonra saxlanılma, yazılı xəbərdarlıq və müəyyən müddətə məktəbdən uzaqlaşdırma daxildir.

Məsələn, şagird dərsi pozur və ya məktəbin qaydalarını pozursa, müəllim və ya direktor onu maksimum iki saatlıq dərsdən sonra saxlanılma tədbirinə cəlb edə bilər.

Burada diqqət çəkən məqam odur ki, tədbir yalnız cəza xarakteri daşımamalıdır. Şagirdə verilən tapşırıq onun tərbiyəsinə, təhsilinə və inkişafına xidmət etməli, pozuntunun ağırlığına və uşağın yaşına uyğun olmalıdır.

Yaponiya

Yaponiyada məktəblərin öz daxili qaydalarını müəyyənləşdirməsinə icazə verilir. Lakin bu qaydalar təhsil məqsədlərinə uyğun və zəruri olmalıdır.

Yaponiya hökumətinin məlumatına əsasən, şagirdə qarşı intizam tədbiri görülərkən onun davranışının səbəbləri və konkret vəziyyət nəzərə alınmalı, şagirdə öz mövqeyini izah etməsi üçün imkan verilməlidir. İntizam tədbirinin məqsədi sadəcə cəzalandırmaq deyil, tərbiyəvi nəticə yaratmaqdır. Yaponiyada fiziki cəza isə qanunla qadağandır.

Bu yanaşmada məktəb qaydaları gündəlik davranışın formalaşdırılması üçün istifadə olunur, lakin müəllim və məktəb rəhbərliyinin şagirdə qarşı fiziki zor tətbiq etməsinə yol verilmir.

Cənubi Koreya

Cənubi Koreyada məktəb rəhbərliyinin şagirdə intizam tədbiri tətbiq etmək səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilib.

Məktəb rəhbəri təhsil baxımından zəruri hesab etdiyi halda, qanun və məktəbin daxili qaydalarına əsasən şagirdi intizam məsuliyyətinə cəlb edə bilər. Lakin bunun üçün şagirdə və ya onun valideyninə öz mövqeyini bildirmək imkanı verilməlidir.

Qanunvericilikdə məktəbdaxili xidmət, ictimai xidmət, xüsusi təhsil proqramında iştirak, müəyyən müddətə dərsdən uzaqlaşdırma və ən ağır hallarda məktəbdən xaric edilmə kimi tədbirlər nəzərdə tutulur. Məktəbdən xaric edilmə isə məcburi təhsil alan şagirdlərə tətbiq edilə bilməz.

Məktəb zorakılığı ilə bağlı hallarda isə tədbirlər daha genişdir. Buraya zərərçəkmişdən yazılı üzr istəmək, zərərçəkənlə əlaqənin qadağan edilməsi, məktəbdaxili və ictimai xidmət, xüsusi təlim və ya psixoloji müalicə, dərsdən uzaqlaşdırma, sinfin dəyişdirilməsi, başqa məktəbə köçürülmə və müəyyən hallarda xaric edilmə daxildir.

Sinqapur

Sinqapur məktəblərində intizam sistemi daha sərt yanaşması ilə seçilir.

Məktəb qaydalarının pozulmasına görə tədbirlər pozuntunun xarakterindən və təkrar olub-olmamasından asılı olaraq dəyişir. Məsələn, dərsə gecikmə, dərsdən yayınma, tapşırıqları davamlı olaraq yerinə yetirməmə və məktəb geyim qaydalarını pozma kimi hallarda şagirdə xəbərdarlıq, düşünmə və məsləhətləşmə tədbirləri tətbiq edilə bilər.

Qaydaların təkrar pozulması isə daha ciddi tədbirlərə, o cümlədən məktəbdən müvəqqəti uzaqlaşdırmaya səbəb ola bilər.

Daha ağır pozuntulara, məsələn, dava, vandalizm, oğurluq, qumar, siqaret çəkmə, təhqiramiz davranış və məktəb əməkdaşlarına qarşı itaətsizlik kimi hallara görə daha sərt intizam tədbirləri nəzərdə tutulur. Sinqapurun məktəb qaydalarında fiziki cəza da müəyyən hallarda nəzərdə tutulur. Mövcud qanunvericiliyə əsasən, bu tədbir qız şagirdlərə tətbiq edilə bilməz, oğlan şagirdlərə isə yalnız müəyyən edilmiş qaydalar çərçivəsində tətbiq oluna bilər və bunun üçün məktəb rəhbərliyinin səlahiyyəti tələb olunur.

2026-cı ildə Sinqapur parlamentinə verilən açıqlamada da bildirilib ki, çubuqla cəza yalnız digər tədbirlərin kifayət etmədiyi və pozuntunun ciddi olduğu hallarda nəzərdən keçirilir. Bunun üçün xüsusi prosedurlar tətbiq olunur və məktəb şagirdin sonrakı vəziyyətini də izləyir.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri