Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Şagird və müəllimləri sosial şəbəkələrdən necə qoruyaq? Dünya təcrübəsi

Şagird və müəllimləri sosial şəbəkələrdən necə qoruyaq? Dünya təcrübəsi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugün dünyanın bir çox ölkələrində təhsilalanların tədris keyfiyyətini, onların şəxsiyyətyönümlü formalaşma effektivliyini artırmaq üçün iki detala xüsusi diqqət yetirilir:

-təhsilalanların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi və ona nəzarətin gücləndirilməsi;

-Təhsil prosesində milli dəyərlərin tətbiqi. 

Birinci bəndə misal olaraq deyə bilərik ki, artıq dünya təcrübəsində gəncləri yad təsirlərdən, psixoloji zərbələrdən xilas etmək üçün sosial şəbəkələrlə bağlı zəruri addımlar atılır. 

ABŞ-nin  bir neçə ştatında Sosial Media Tənzimləmə Qanununa əsasən 18 yaşına çatmayanların sosial media hesabı açması üçün valideynin razılığı tələb olunur. Axşam saat 22:30-dan səhər 06:30-a qədər yaşı 18-dən aşağı olanların sosial mediaya daxil olmasına icazə verilmir. Valideynlərə və qəyyumlara övladlarının hesablarına və sosial mediadakı yazışmalarına daxil olmaq imkanı da verilir. Eyni zamanda, şirkətlərdən valideynlərə və qəyyumlara uşaqların sosial mediadan istifadəsinə vaxt məhdudiyyəti qoymağa imkan verən alətlər təklif etmələri tələb edilir. 

Uşaqların izləyiciləri və ya dost siyahısında olmayanlardan birbaşa mesajlar qadağan edilir.

Böyük Britaniyada da onlayn təhlükəsizlik haqqında qanun layihəsi 2023-cü ilin sonlarında qüvvəyə minib.

Bu layihə yetkinlik yaşına çatmayanların onlayn platformalardan istifadə edərkən təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Fransada isə kiberzorakılıq, sosial media asılılığı və sosial platformalarda zərərli məzmuna məruz qalma ilə bağlı problemləri həll etməyə çalışan qanun layihəsi artıq təsdiqlənib. 2023-cü ilin iyununda Fransa Senatında qəbul edilən qanun layihəsi valideynlərin övladının 15 yaşdan kiçik olduğu təqdirdə sosial mediaya çıxışına icazə verməməsini tələb edir. Platformalardan uşaqların onlara sərf etdiyi vaxtı məhdudlaşdıran alətlər təqdim etmələri tələb olunur.

Bunlar çoxsaylı nümunələrdən yalnız bir neçəsidir. Cəmiyyətimizdə gələcək kadr bazamız hesab edilən gəncliyin milli ideyalar ətrafında inkişaf etdirilməsi üçün  sosial şəbəkələrlə bağlı göstərilən nümunələr çərçivəsində addımlar atılması çox zəruridir.

Şagirdləri yad təsirlərdən qorumağın, onların böyük dəyərlər fonunda formalaşmasının ən vacib üsullarından biri də hər xalqın özünəməxsus olan milli dəyərlərin məktəblərdə tətbiqidir. 

Yaponiyada ibtidai təhsilin əsas məqsədi regional və milli adət ənənələrin şagirdlərə öyrədilməsi, riyaziyyat, ana dili, musiqi, ədəbiyyat kimi elmlərin tədris edilməsidir. Azyaşlı yapon şagird müxtəlif elmləri öyrənməzdən qabaq öncə aid olduğu ölkənin milli dəyərlərini mənimsəyir. Ümumiyyətlə, bu xətt yapon təhsilinin əsas qayəsidir. 

Bu yapon mədəniyyəti, adətləri və hətta genetikası ilə bağlıdır. Lakin əsas diqqəti çəkən yaponların təhsil sistemidir.

Sırf bu səbəbdən də yapon təhsili çalışqanlıq, şəxsin özünü sorğu-sual etməsi, nizamlı şəkildə oxumağın vacibliyi prinsipi üzərində qurulub.

Şagirdlərin təhsil həyatının böyük bir hissəsi əxlaqi keyfiyyətlərin öyrənilməsi və özünü inkişafa həsr olunub. Məktəbin dərs sistemi yapon cəmiyyətinin və mədəniyyətinin öyrənilməsinə yönəldilib. 

Bütün bunlarla yanaşı, mütləq deməliyik ki, yapon tələbələrin akademik göstəriciləri beynəlxalq standartlardan üstündür. Sistemin əsas xarakteri məktəblərin sayının çox olması və dərslərə davamiyyətin məcburiliyidir. Özəl məktəblər də eyni sistem üzərində qurulub.

Koreyada  ibtidai  təhsil  dövlət  tərəfindən  ödənişsiz  şəkildə  verilir  və  6 il  davam  edir. İbtidai  təhsilin  ilk  iki  ilində  şagirdlərə  Koreya  dili, riyaziyyat  və  həyat  bilgisi  kimi  fənlər  tədris  edilir. Üçüncü  sinifdən  etibarən  isə  həftədə  bir  və  ya  iki  saat  ingilis  dili, elmi  məlumatlar, sosial  məlumatlar və  musiqi  kimi  fənlər  keçirilir.

Amma bütün bunlardan əvvəl xüsusi olaraq əxlaq  normaları  da ayrıca  fənn kimi tədris edilir. Koreya məktəbləri tədrisin tərbiyə sistemi ilə sintezinə xüsusi önəm verən və bunun faydalılığını görən müəssisələrdirlər.

Finlandiya təhsil sistemində əsas məsələ şagirdləri həyata hazırlamaqdır ki, bu prosesdə əxlaq normaları, milli və bəşəri dəyərlər üstünlük təşkil edir. Fin təhsilində  əsas istiqamətlərindən biri də konkret fənn əvəzinə hadisələri öyrənməkdir. Dərs yerinə şagirdlər 6 həftə ərzində bir mövzunu müxtəlif cəhətlərdən öyrənirlər. Məsələn, miqrant mövzusu coğrafiya, mədəniyyət nöqteyi-nəzərdən öyrədilir. Uşaqlar özləri suallar fikirləşib onları cavablandırırlar. Bu istiqamətdəki dərslərdə milli və bəşəri dəyərlər əsas rol oynayır. 

Ümumiyyətlə, fin təhsilində dəyərlərin təlqini lap uşaq yaşlardan başlayır. 

Buradakı ailə qrup bağçaları bir növ maraq klubuna bənzəyir: valideynlər övladları ilə birlikdə gildən heykəl düzəldir, rəsm çəkir, nağıl oxuyur, oyun oynayırlar. Bu bağçalarda məşğələlər pulsuzdur. Məşğələlərin əcnəbi dildə keçirildiyi məktəbəqədər müəssisələr də fəaliyyət göstərir. 

Bağçalar qarşısında qoyulan əsas tələb öyrənmədə müxtəlifliyi təmin etmək və əlverişli mühit yaratmaqdır. Finlandiya məktəbəqədər təhsilinin vahid proqramı yoxdur, ancaq bu prinsiplərə əsaslanır:  sevgi, hörmət həm uşaqlara, həm də onların tərbiyəçilərinə verilən fəaliyyət azadlığı. 

İsveç təhsili son illərin ən inkişaf etmiş təhsil modellərindən hesab edilir.  Burada multikultural dəyərlərə də xüsusi diqqət yetirilir. Sami dillərində (Sami dil ailəsinə Ərəb, İvrit, Aramey, Suriya (Aysor) və Tunis dilləri, Həbəş-zənci dilləri və ölü dil sayılan akkad dili daxildir) danışan milli azlıqların təhsil almasına imkan yaratmaq məqsədilə Sami məktəblər fəaliyyət göstərir. Sami məktəblərdə icbari təhsilin ilk altı ilini əhatə edən Sami təmayüllü təhsil verilir.

Avstraliya təhsil sistemində də əxlaq normaları, tərbiyəvi dəyərlər üstünlük təşkil edir və bu məktəbəqədərdən başlayır.  Tərbiyəçilərin yaxşı bacarıqları və uşaqlara qarşı xüsusi münasibəti qeyd olunmalıdır: onlar uşağın düzgün tərbiyə olunmamasına, yaxud nəyisə bacarmamasına görə valideynlərə şikayət etmirlər. Nəyisə bacarmaq UŞAĞIN BORCU DEYİL. Tərbiyəçilər normal uşaq davranışına, yəni paltarının ciblərinə qum və ya çınqıl yığmağa, yerdə sürünməyə, boya ilə albomu deyil, özünü rəngləməyə və s. mane olmurlar. Onlar valideynlərlə əl-ələ verib tərbiyə prosesinə töfhə verirlər. 

Dostcasına münasibət avstraliyalıların milli xüsusiyyətidir və bu onların təhsilində, xüsusən də uşaq bağçalarında xüsusilə nəzərə çarpır. Avstraliya uşaq bağçasında hamı gülərüzlə qarşlanır. İstər uşaqlarla, istərsə də valideynlərlə ünsiyyətdə laqeydlik, soyuqluq və təkəbbür yolverilməzdir. 

Keçirilməli olan vacib dərs

Dünyanın ayrı-ayrı ölkələrinin bu istiqamətdə təcrübələri ilə tanış olduq. Amma bizim məktəblərdə görülməli olan ən vacib iş, atılası ən zəruri addım öncə media savadlılığı istiqamətində biliklərin artırılmasıdır. 

“Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.

Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir.

XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri