Icma.az
close
up
RU
Şagirdlər peşə məktəbində avtomobillə bağlı peşələrlə tanış olublar

Şagirdlər peşə məktəbində avtomobillə bağlı peşələrlə tanış olublar

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Laçın məktəbliləri peşə məktəbində ekskursiyada oldular. Avtosfer.az xəbər verir ki, bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyada Laçın rayon 21 nömrəli tam orta məktəbin VII-IX sinflərində təhsil alan 23 nəfər şagird və 2 nəfər müəllim iştirak edib.

Şagirdlər öncə əmək bazarının tələblərinə uyğun peşələr öyrədilən auditorya və emalatxalarda olublar. Şagirdlər İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik  mühəndisliyi, avtomatlaşdırma, inşaat sahəsində peşələr öyrədilən auditoriya və emalatxanalarda olub, tədris şəraiti ilə əyani tanış ola  biliblər. Ekskursiya müddətində şagirdləri müşayət edən layihə rəhbəri Gülsarə Həsənova və layihə təlimçisi Əsmər Baxışova şagirdlərə tədris olunan peşələrlə bağlı izahat veriblər.

Daha sonra şagirdlərlə keçirilən görüşdə şagirdlərə həyata keçirilən layihə ilə bağlı məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Peşə öyrən, işsiz qalma!” - Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi 5 məktəbi əhatə edib. Layihə çərçivəsində, ümumilikdə, 102 nəfər şagird, 3 nəfər müəllim peşə liseyində təhsil imkanları ilə tanış ola biliblər.

Daha sonra layihənin təlimçisi Əsmər Baxışova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən ixtisaslarla bağlı şagirdlərə məlumat verib. Ekskursiya müddətində şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlərlə əyani tanış ola biliblər.

Ekskursiya zamanı layihə rəhbəri Gülsarə Həsənova və layihənin təlimçisi Əsmər Baxışova şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri