Icma.az
close
up
RU
Şagirdlərə qəbul haqda məlumat gəlib Nazirlik isə qəbulu dayandırıb

Şagirdlərə qəbul haqda məlumat gəlib Nazirlik isə qəbulu dayandırıb

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Onlarla tanınmış musiqiçi, eləcə də beynəlxalq və respublika müsabiqələrinin laureatlarını yetişdirən təhsil ocağına bu ildən qəbul dayandırılıb. 

Milli.Az xəbər verir ki, növbəti il üçün imtahan keçiriləndən və 70 şagirdə rəsmi məlumat daxil olandan sonra məktəbdə şagird qəbulunun dayandırıldığı məlum olub.

"Burada iki nəvəm təhsil alır. Bu il isə üçüncü nəvəm də qəbul olub. Amma xəbər gəlib ki, şagird qəbulu olmayacaq. İndi biz necə edək?", - valideynlərdən biri gileylənib.

Digər valideyn isə deyib ki, övladı 98 bal toplayıb. Övladının başqa məktəbdə təhsil almasını istəməyən ata, bunun uşağının təhsilinə də zərəri olacağını vurğulayıb. 

Mədəniyyət Nazirliyi tərəfindən Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbinə 1-ci sinfə şagird qəbulunun dayandırılması haqda verilən məlumat valideynləri çaşqın hala salıb. Çünki növbəti tədris ili üçün imtahan verib yüksək bal toplayan 70-dən çox şagird var. Onlar iyun ayında qəbul imtahanında iştirak ediblər. Yekun balları da elektron qaydada elan olunub. 

Məktəbin direktoru Şəmsiyyət Əsgərova valideynlərin haqlı tələbini başa düşdüyünü, məsələ ilə bağlı Mədəniyət Nazirliyinə müraciət edərək 1 il möhlət verilməsini xahiş etdiklərini bildirib:

"May ayında nazirliyimizin rəsmi göstərişi ilə sənəd qəbulu oldu. İyun ayının 17-də rəsmi olaraq imtahanlar başladı. Bütün ixtisaslar üzrə birinci siniflərə qəbul imtahanları keçirildi. Mən də bilmirəm bu nə məsələdir. Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa, gərək bu barədə may ayında deyilərdi". 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, musiqi, incəsənət məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb:

"Şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Bu mərhələ yekunlaşmadan hansı məktəbə nə qədər şagirdin qəbul olunmasını demək mümkün deyil. Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdirməklə icra olunacaq". 

Qeyd edək ki, Şəki rayonu üzrə 5 musiqi məktəbi fəaliyyət göstərir. 3 saylı Uşaq Musiqi Məktəbində isə 350 şagird təhsil alır.  /ATV

Milli.Az  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri