Şagirdlərin zəhərlənməsinin detalları açıqlandı FOTO
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində kütləvi zəhərlənmə olub.
Metbuat.az xəbər verir ki, məktəbinin iki sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyrə ediliblər.
"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















