Icma.az
close
up
RU
Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş Alimlərdən xəbərdarlıq

Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş Alimlərdən xəbərdarlıq

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidalarla zəngin pəhrizlər ürək-damar xəstəliklərindən tutmuş psixi pozğunluqlara qədər 30-dan çox sağlamlıq probleminin riskini artırır.

Milli.Az xəbər verir ki, avstraliyalı alim Dr. Emma Beckett isə insanların sağlam hesab etdiyi, lakin əslində yüksək dərəcədə emal olunmuş qidaların siyahısını açıqlayıb.

BBC Science Focus jurnalında yayımlanan yazıda Beckett qeyd edir ki, bu məhsulların qablaşdırmasında "sağlam" imic yaradılsa da, onların tərkibi və hazırlanma üsulu ciddi sağlamlıq riskləri daşıyır.

Qablaşdırılmış hazır yeməklər

Marketlərdə "balanslı yemək" kimi satılan hazır yeməklər tez-tez konservantlar, stabilizatorlar və yüksək miqdarda duz ehtiva edir. Bu, həm dadı artırmaq, həm də uzunmüddətli saxlama məqsədi daşıyır. Lakin bu tip məhsulların tərkibində tərəvəzlər az, balans isə zəif olur.

Bitki mənşəli südlər

Süd məhsullarına alternativ kimi təqdim edilən bitki südləri - yulaf, badam, soya və s. - yüksək dərəcədə emaldan keçir. Bu südlər az miqdarda bitkidən hazırlanır, kalsium kimi əlavə maddələr sonradan qatılır və tez-tez dibinə çökür. Beckett onların uzunmüddətli təsirlərinin hələ kifayət qədər öyrənilmədiyini bildirir.

Ət əvəzediciləri

Bitki əsaslı "süni ətlər" sağlam alternativ kimi təqdim olunsa da, çox zaman yüksək dərəcədə işlənmiş bitki inqrediyentlərindən hazırlanır. Beckett xəbərdarlıq edir: "Əsl fayda təbii şəkildə qəbul edilən bitkilərdən gəlir, emal olunmuş formalarından yox."

Yemək əvəzedici içkilər

Arıqlamaq və ya vaxt çatışmazlığı səbəbilə istifadə edilən bu içkilər hər nə qədər qida baxımından zəngin görünsə də, bioaktiv maddələrdən və yemək müxtəlifliyindən məhrumdur. Davamlı istifadəsi orqanizmdə qida balanssızlığına yol aça bilər.

Səhər yeməyi taxılları

Bazarda olan bəzi taxıl növləri (məsələn, yulaf) faydalı olsa da, bir çox səhər yeməyi taxılları yüksək şəkər və əlavə maddələr səbəbilə desertə daha çox bənzəyir.

Qranola və protein barları

Bu qəlyanaltılar sürətli enerji mənbəyi kimi təqdim olunur, lakin tez-tez şəkər, duz və əlavələrlə doludur. Beckett bildirir ki, əgər bu barlar balanslı qidalanmanı əvəz edirsə, sağlam deyil. Lakin zərərli qəlyanaltılar yerinə yeyilərsə, faydalı ola bilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 May 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri