Icma.az
close
up
RU
Sağlam olmaq istəyənlərə MÜHÜM TÖHFƏ: Daha çox heyvan, yoxsa bitki mənşəli yağları istifadə etməliyik? KONKRET

Sağlam olmaq istəyənlərə MÜHÜM TÖHFƏ: Daha çox heyvan, yoxsa bitki mənşəli yağları istifadə etməliyik? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məişətdə istifadə etdiyimiz yağların mənşəyi fərqlidir. Heyvan və bitki mənşəli yağlar insan orqanizminə fərqli tərzdə təsir edir. Doymuş və doymamış yağlardakı zülallar, vitaminlər də fərqlidir. Bəs insanlar hansı yağa üstünlük verməlidirlər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, gün ərzində enerjili olmaq, orqanizmin sağlam inkişafını təmin etmək üçün mütləq şəkildə yağ qəbul edilməsi vacibdir:

“Hər bir insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə görə qəbul edəcəyi yağ miqdarı fərqlidir. Yağ insan orqanizmində parçalnmasına görə daha çox enerji tələb edir. Ona görə də mütləq şəkildə keyfiyyətli, mənşəyi bəlli olan yağlardan istifadə etmək lazımdır. Adətən yağları heyvan və bitki mənşəli qidalardan alırıq. Heyvan mənşəli yağlar süddə daha çox olur. Ətlərdə də yağ var ki, bu da heyvan mənşəli yağlardır və əsasən tərkibi doymuş yağ turşularından ibarətdir. Bu orqanizmin enerji ehtiyacının ödəyicisidir. Düzgün şəkildə hormon balansının təmin olunmasında əsas rol oynayır. Tərkibində A,D,E vitaminləri və bir çox digər vitaminlər var ki, heyvanların növünə görə dəyişir. Eyni zamanda heyvan yağları orqanizmində çoxlu kalori yaradır. Heyvan yağlarının qəbulunda diqqətli olmaq lazımdır. Bu yağlar əsasən immun sisteminin güclənməsi, sümüklərin sağlamlığı üçün də əvəzsiz vasitədir. Amma nəzərə almaq lazımdır ki, ət və süd məhsullarındakı heyvan yağları yüksək miqdarda doymuş yağlar olduğuna görə daha çox orqanizmdə xolosterol səviyyəsini artırır. Bu da müəyyən xəstəliklərin sürətlənməsinə səbəb olan amildir. Həddindən artıq çox heyvan mənşəli qida qəbul etdikdə artıq çəki, piylənməyə gətirib çıxarır”.

“Bitki yağlarına gəlincə, İnsan orqanizmində bu yağların da öz rolu var. Bitki yağlarında əsasən doymamış yağ turşuları mövcuddur. Omeqa-3, Omeqa-6 yağ turşuları bitki yağlarında daha çoxdur. Daha çox ürək-damar sisteminin yaxşılaşdırılmasında, mərkəzi bəyin sisteminin güclü işləməsində bitki yağlarının rolu böyükdür. Adətən insanlar öz yaşadığı iqlimə, coğrafi mövqeyə görə olan bitkilərin yağlarından istifadə edir. Bizdə də əsasən istifadə etdiyimiz zeytun və günəbaxan yağlarıdır. Bununla yanaşı başqa ölkələrdə fərqli bitkilərdən istifadə olunur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri