Icma.az
close
up
RU
Strateji münasibətlərin inkişafına mühüm töhfə

Strateji münasibətlərin inkişafına mühüm töhfə

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni geosiyasi reallıqlar fonunda dəyişən beynəlxalq düzəndə Azərbaycanın xarici siyasət prioritetləri qlobal oyunçularla yanaşı, regional güc mərkəzləri ilə də möhkəm əməkdaşlıq zərurətini ortaya qoyur. Bu baxımdan, Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyib, həm də yeni çağırışlar kontekstində strateji tərəfdaşlığa çevrilib.

Xatırladaq ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Cənab İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra bu münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu dövr ərzində Azərbaycan liderinin bu ölkəyə 5 səfəri baş tutub.
Mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Budapeştə işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir baxımından böyük əhəmiyyətə malik siyasi hadisədir. Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışəqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır.
2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir. Bu sənədlər arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıqdır. Rusiya – Ukrayna müharibəsinin davam etməsi Avropa qitəsində enerji təhlükəsizliyinin aktuallığını gücləndirir. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələr üçün bu problemin həll edilməsi ilə paralel olaraq, həm də Azərbaycan üçün enerji bazarlarının genişlənməsi deməkdir.
Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın bu qurum daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.
Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir.
İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir.
Qarşılıqlı əlaqələr bütün müstəvilərdə bir-birini tamamlayan aspektlər üzərində qurulur. 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Azərbaycan-Macarıstan münasibətlərinin parlament ölçüsü də kifayət qədər səmərəli və məhsuldardır. Qanunvericilik orqanlarının rəhbərlikləri səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər və bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən artıq sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Ölkələrimizin qarşılaşdıqları problemlərin həllində parlament diplomatiyasının əhəmiyyəti çox böyükdür. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları mütəmadi olaraq faydalı fikir mübadiləsi vasitəsilə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar.
Bu nəticənin əldə olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi mövqeyi və diplomatik addımları müstəsna əhəmiyyətə malikdir. Macarıstanın Baş naziri Viktor Orbanın ”Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” kimi səmimi etirafı dövlət başçımızın dünya çapında güclü lider obrazının qürur yaşadan təcəssümüdür.
Nəzərdən qaçırmaq olmaz ki, Macarıstan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Birliyində və NATO-da yetərincə güclü mövqeyə malikdir. Bu prizmadan yanaşsaq, görərik ki, ölkələrimiz arasında getdikcə möhkəmlənən qarşılıqlı münasibətlər Azərbaycanın Avropa məkanında yeni siyasi və iqtisadi dividentlər əldə etməsi üçün daha münbit şəraitin formalaşmasına güclü impuls verə bilər. Budapeştdə keçirilmiş yüksək səviyyəli görüşlərin yekununa dair mətbuata verdiyi bəyanatında tarixi köklər, coğrafi mövqe və geosiyasi vəziyyət baxımından ölkələrimizin oxşar cəhətlərinin mövcud olduğuna diqqət çəkən Prezident İlham Əliyev demişdir: “Biz dost ölkələrik, strateji tərəfdaşıq... Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var... Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Macarıstanı müstəqil siyasət aparan nadir ölkələrdən biri kimi dəyərləndirən dövlətimizin başçısı əlavə etmişdir: “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik”.
Bütün bunlar ictimai şüurda və siyasi aləmdə belə bir əminlik yaradır ki, hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Macarıstan münasibətlərinin çox güclü bünövrəsi qurulub və strateji müttəfiqliyin genişlənməsi və daha vüsətlə inkişaf etdirilməsi üçün möhkəm zəmin mövcuddur.

Əli Hüseynli
Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri