Icma.az
close
up
RU
Sağlam və gənc qalmaq, gec qocalmaq haqqında

Sağlam və gənc qalmaq, gec qocalmaq haqqında

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər canlı əlbəttə bir gün ölümü dadacaqdır!

Hər canlı bir müddət əlbəttə qocalığı dadacaqdır deyə düşünmək daha düzgündür…Məncə.

Xəstəliklərin, o xəstəlikləriin gətirdiyi əziyyətin əksər hissəsi təbii olan yaşlanma prosesinin nəticəsidir. Hətta xərçəngin də… Mənim onkoloji dərslərimin çoxunda əslində yaşlanma haqqında danışıram.

Demək, xəstəlik və ölüm də təbii olan yaşlanmanın nəticəsidir…əksər hallarda.

Özünüzü cibinizdəki bir telefon kimi düşünün – səliqəli davransanız, telefon daha uzun müddət təravətli qalacaq, gec xarab olacaq. Səliqəsiz və pinti davransanız, daha tez xarab olur.

Orqanizm də elədir. Səliqə və qulluğu sevir.

İndi keçək eyni məsələnin o biri üzünə. Xəstələrin çoxu problem çıxdığı zaman o problemin ixtisasına yiyələnmiş həkimin yanına gedir. Məsələn, ürəkdə problem çıxanda kardioloqun, şiş çıxanda onkoloqun yanına gedirsiniz.

Bu, maşınınızın yağını vaxtında dəyişdirmədiyiniz üçün mühərrikin xarab olub motoristin yanına getməyinizə oxşayır. Vaxtında yaxğını dəyişdirsən də, əvvəl-axır mühərrik töküləcək, amma nə vaxt?!

Aradakı fərqi hiss etdiniz mi?!

Yaxşı, orqanizm üçün yağ dəyişdirmə yeri haradır?

Endokrinoloq və nutrisioloqlar.

Bu iki qrupla aranızı yaxşı tutun, daha uzun müddət sağlam qalacaqsanız, daha gənc qalacaqsınız, xəstəliklər də daha gec baş göstərəcək.

Amma, təbiilik zad axtarmayın ha, saqın!

Sizə dərman yazmayan, ümumiyyətlə kimyaya qarşı olduğu üçün dərman yazmayan nutrisioloqa heç inanmayın. Bu, mənim şəxsi fikrimdir – əsaslandıra bilərəm.

Dərman gözlük kimidir. Mən, 40 yaşıma qədər gözlük taxmamışam. İndi taxıram. Mənim yaşdakı Əliməmmədin niyə gözlük taxmadığına üsyan etməyim də yersizdir. O Əliməmməddir, mən isə mən. Onunku elə gətirib, mənimki də belə.

Gözlük taxmasam, nə olacaq ki?! Əslində o anda, qısa müddətdə ciddi heç nə olmayacaq, amma illərlə gözlük taxmadığım üçün daha pis vəziyyətə düşər, aradakı müddəti də daha əziyyətli yaşamış olaram. Rahat yaşamaq üçün gözlüyü kirimişcə taxmaq lazımdır.

Müəyyən müddətdən sonra müntəzəm olaraq dərman içəcəksiniz. İllərlə içdiyiniz dərmanın sayı artacaq. Bununla razılaşın!

Dərman adı deməyəcəm… Yaxşı, birini yazım, Ezetimib.

Ezetimib müntəzəm qəbul edən insanlarda ürək infarktı, insult və xərçəng daha az görülür.

O dəqiqə qaçıb aptekdən Ezetimib almayın. Prosesi başa düşmürsünüz. Sxemlər sadə qaydalar əsasında mürəkkəbdir zira.

Endokironoloq və nutrisioloqa gedin.

Uzman-doktor
Vasif İsmayıl

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 İyul 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri