Icma.az
close
up
RU
Sağlam yaşamağın sirri nədir? ARAŞDIRMA

Sağlam yaşamağın sirri nədir? ARAŞDIRMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Alimlər İtaliya uzunömürlülərinin sağlam və uzun həyat sürməsinin sirrini araşdırıblar. Məlum olub ki, bu fenomen təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də qədim ovçu-toplayıcıların genetik irsi ilə əlaqəli ola bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "GeroScience" jurnalında dərc edilib.

Beynəlxalq tədqiqat qrupu yaşı 100-dən yuxarı olan 333 italiyalının genomunu İtaliyanın müxtəlif bölgələrindən olan 690 sağlam insanın DNT-si ilə müqayisə edib. Əldə olunan nəticələr son 20 min il ərzində Avropanın məskunlaşmasını əks etdirən 103 qədim genomla mezolit dövrünün ovçu-toplayıcılarından tutmuş neolit əkinçiləri və tunc dövrü maldarlarına qədər tutuşdurulub.

Təhlillər göstərib ki, uzunömürlü insanlarda son buzlaşma dövründən sonra Avropada yaşamış Qərbi Avropa ovçu-toplayıcılarından (WHG) gələn genetik mənşə daha çox rast gəlinir. 100 yaşdan yuxarı şəxslərdə bu qədim genetik irsin payı müasir İtaliya əhalisi üçün gözləniləndən xeyli yüksək olub. Digər qədim genetik xətlər isə uzunömürlülüklə bu dərəcədə sabit əlaqə göstərməyib.

Bundan əlavə, uzunömürlü şəxslərdə məhz WHG mənşəyinə xas olan mutasiyaların daha çox olduğu müəyyən edilib. Bu isə həmin genetik variantların yaşla bağlı xəstəliklərdən qorunmada rol oynaya biləcəyini göstərir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, ömür uzunluğu genetika və həyat tərzinin birgə təsiri nəticəsində formalaşır və aşkar olunan əlaqə birbaşa “uzunömürlülük zəmanəti” demək deyil. Bununla belə, alimlər hesab edirlər ki, qədim ovçu-toplayıcılarda iltihabla bağlı genlərin aktivliyi sonradan gəlmiş neolit əkinçiləri ilə müqayisədə daha aşağı olub. Müasir dövrdə isə xroniki iltihab qocalmanın əsas səbəblərindən biri sayılır.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri