Icma.az
close
up
RU
Sağlam yuxunun sirləri: Hansı pozada yatsanız, özünüzü daha yaxşı hiss edərsiniz?

Sağlam yuxunun sirləri: Hansı pozada yatsanız, özünüzü daha yaxşı hiss edərsiniz?

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Yuxu sadəcə istirahət deyil, həm də bütöv bir elmdir. İnsanın yatdığı poza həzmə, tənəffüsə və hətta dərinin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

BAKU.WS Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı kardioloq və yuxu mütəxəssisi Nataliya Zolotaryova Gazeta.ru-ya müsahibəsində danışıb.

Mütəxəssisin fikrincə, böyrü üstə, xüsusilə də sol böyrü üstə yatmaq həzm sistemi üçün daha faydalıdır. Mədə anatomik olaraq solda yerləşir, buna görə də qravitasiya qüvvəsi qidanın təbii şəkildə mədə-bağırsaq traktından (həzm yolu) keçməsinə kömək edir və qıcqırma hissi və turşu reflüsü riskini azaldır. Ancaq sağ tərəfdə yatmaq, əksinə, bu problemləri daha da ağırlaşdıra bilər.

"Lakin bu pozanın mənfi tərəfləri də var: çiyin və ya bud nahiyəsinə təzyiq bəzən uyuşmaya səbəb olur, üzün yastığa sürtünməsi isə "yuxu qırışları" - zaman keçdikcə qalıcı ola biləcək qatların yaranmasına gətirib çıxarır. Məsləhət görülür ki, sürtünməni azaltmaq üçün orta sərtlikdə yastıq və ipək yastıq üzlükləri seçilsin", - deyə Zolotaryova bildirib.

Onun sözlərinə görə, beli üstə yatmaq onurğa sağlamlığının və dərisinin gözəlliyinin qayğısına qalanlar üçün ideal seçimdir. Bu pozada bədən neytral vəziyyətdə olur ki, bu da boyun və bel bölgələrinə düşən yükü azaldır. Bundan əlavə, üz yastıqla təmasda olmur ki, bu da qırışların və qıcıqlanmaların yaranma riskini azaldır.

"Amma bir nüans var: beli üstə yatarkən tez-tez xoruldama və obstruktiv apnoe (nəfəs almada fasilələr) baş verir, çünki dil qırtlağın önünü bağlaya bilər. Əgər buna meyillisinizsə, çarpayının başını qaldırmağa və ya yan tərəfə dönməyə çalışın", - deyə mütəxəssis qeyd edib.

Natalya Zolotaryova, həmçinin əlavə edib ki, bir çox insanın sevdiyi qarnı üstə yatmaq ən problemli pozadır. Bu vəziyyətdə baş yan tərəfə çevrilir ki, bu da onurğanın boyun nahiyəsinə artıq yüklənmə verir və ağrıya səbəb ola bilər. Döş qəfəsi sıxılır, dərindən nəfəs almaq çətinləşir, mədəyə təzyiq isə bəzən narahatlıq yaradır.

"Dəri üçün də bu yaxşı variant deyil: üz bütün gecəni yastığa "yapışır", bu da qırışlara, şişkinliyə və hətta səpkilərə səbəb olur. Əgər bu pozadan imtina etmək çətindirsə, o zaman nazik yastıqdan istifadə edin və ya boyun əyriliyini azaltmaq üçün yastıqsız yatın", - deyə həkim vurğulayıb.

Bundan irəli gələrək, Natalya Zolotaryova bir neçə məsləhət verib: mədə qıcqırması zamanı sol böyrü üstə yatmağı seçmək daha yaxşıdır, qırışların qarşısını almaq üçün beli üstə yatmaq idealdır, əgər xorultudan əziyyət çəkirsinizsə, beli üstə yatmaqdan çəkinin, dərinin rahatlığı üçün ipək yastıq üzlüklərindən istifadə edin.

"Unutmayın: hər kəs üçün ideal poza yoxdur. Orqanizminizin xüsusiyyətlərini nəzərə alaraq sınaqlar keçirin və sonra yuxu sağlamlıq uğrunda mübarizədə sizin sadiq müttəfiqinizə çevriləcək", - deyə kardioloq bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Aprel 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri