Icma.az
close
up
RU
Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?

Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Qonşu ölkələrdə də bu xəstəliyə yoluxanların olması bizi də düşündürür və təşvişə salır. Əhalini maraqlandıran əsas suallar da elə bu virusdan qorunma yolları, yoluxma olarsa, müalicə üsullarıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni yayılmış metapnevmovirus haqqında danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev xəstəliyin müalicəsi, qarşısının alınması və simptomları ilə bağlı məlumat verib.

"Bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta pnevmoniyasına səbəb ola bilir. Hava-damcı yolu ilə yoluxur ki, bu da önəmli məqamdır. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar, körpələr, xroniki orqan çatışmazlığı olan xəstələr bu xəstəliyi daha ağır formada keçirə bilir. Bu xəstəliyi ağır keçirən şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir.

Yanaşı xəstəliyi olmayan şəxslərdə bu xəstəlik yüngül formada keçir. Öskürək, burun axıntısı, nəfəs darlığı, temperatur, sinədə xışıltı xəstəliyin əsas əlamətləridir. Xəstəliyi digərlərindən ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu virusa qarşı peyvənd araşdırma mərhələsindədir, yəni təsdiqlənmiş bir peyvəndi yoxdur. Müalicə yollarından isə ən doğrusu simptomatik müalicədir. Xəstəliyin erkən mərhələlərində antibiotik, sistem istifadə etmək xəstənin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Bu baxımdan, səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə etmək ən doğru seçimdir. İlk vacib olan məsələ bu xəstəliyə yoluxmamaqdır. Buna görə də bu xəstəliyə yoluxan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsi saxlayıb, gigiyena qaydalarına uymaq virusa yoluxmamanın ən etibarlı yoludur. Xəstə şəxslərə məsləhətim odur ki, ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addımdır. Hətta risk qrupuna daxil olan insanlar xəstəlikdən sağalmış şəxslərdən belə virusa yoluxa bilərlər. Buna görə də sağalmış şəxləri belə bir müddət nəzarətdə saxlamaq lazımdır", - deyə həkim vurğulayıb.

Həkim-infeksionist Mərdan Əliyev isə bildirib ki, bu virus koronavirus kimi pandemiya yaratmaq potensialına malik deyil.

"Metapnevmovirus hazırda yayılmaqdadır. Çində başladı və bizə qonşu ölkələrdə də müşahidə olunur. Amma bu yeni bir virus deyil. Koronavirus kimi epidemiya, pandemiya yaratmaq potensialı da yoxdur. Çünki bu əvvəllər keçirdiyimiz viruslardandır. Ola bilər ki, biz buna nə vaxtsa yoluxmuşuq və sağalmışıq, sadəcə xəbərimiz olmayıb, onu da sadə qrip hesab etmişik. Ona görə də metapnevmovirusdan qorxmaq lazım deyil. Sadəcə olaraq indi sürətlə yayılır və bu da narahatlıq yaradır", - deyə o qeyd edib.

Həkim bildirib ki, Azərbaycanda da, digər yerlərdə də payız-qış mövsümü ilə əlaqədar yuxarı tənəffüs yolunun kəskin iltihabı olan xəstəliklər çox yayılıb:

"Düşünürəm ki, narahatlığa əsas yoxdur. Qarşısını almaq üçün qripə və digər hava-damcı yolu ilə keçən viruslara qarşı olan tədbirlər var. Əllərin tez-tez və yaxşı yuyulması, insanların sıx olduğu yerlərdən qaçmaq, əgər şübhəli xəstələr varsa, onlar olan yerlərdə maskadan istifadə etmək virusdan qorunmağın əsas yollarındandır. Ən əsası, immun sistemini yaxşı vəziyyətdə saxlamaq xəstəliyə yoluxmamaq, yoluxma olsa belə, daha yüngül keçirməyə kömək edir. Onu da deyim ki, bu xəstəlik yüngül gedişli xəstəlikdir, 3-4 günə sağalır. Yalnız 2 yaşa qədər uşaqlarda və 70 yaş üzəri şəxslərdə ağır gedişata səbəb ola bilər".

Yeni yaranmış virusun uşaqlara təsiri və qorunma üsulları ilə bağlı Trend-ə danışan pediatr Aytən İsmayılzadə isə qeyd edib ki, uşaqlarda metapnevmovirusa yoluxma halları olarsa, digər viruslara qarşı hansı tədbirlər görülürsə, həmin tədbirləri görmək lazımdır.

"Xüsusi bir şeyə ehtiyac yoxdur. Onsuz da söhbət ağırlaşmadan gedərsə, adi qrip belə ağırlaşma yarada, pnevmoniyaya səbəb ola bilir. Hər bir virusda sadəcə düzgün yanaşma, risk qrupunda olan şəxsləri nəzərə almaq, vaxtında müayinə üçün müraciət etmək, ən əsası, yubanmadan doğru tədbirləri görmək lazımdır. Bu virusa uşaqlarda yoluxma halları olarsa, hərarətli günləri nəzarətdə saxlamaq, ağırlaşma ilə bağlı qan analizləri vermək, ağırlaşma olarsa, həkim təyinatı ilə antibiotik qəbul etmək, ağırlaşma yoxdursa, virus əleyhinə müalicə, bol maye qəbulu, ümumi vəziyyətin nəzarətdə saxlanılması çox önəmlidir. Metapnevmovirus üçün xüsusi tədbirə, qorxuya gərək yoxdur", - deyə həkim əlavə edib.
 

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri