Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır

Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azərbaycanın inkişafını təmin edən, qüdrətini artıran çox mühüm amillərdən biri ölkədə xalq-iqtidar birliyinin mövcud olması və dövlətin öz vətəndaşlarına hərtərəfli dəstək göstərməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının bütün qərarlarında, imzaladığı fərman və sərəncamlarda dövlətin vətəndaşa hərtərəfli qayğısı aşkar şəkildə görünür. Müharibədən əvvəl, müharibə zamanı və savaşdan sonra istər daxili, istərsə də xarici media orqanlarına müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bunu vurğulayıb ki, dövlət hər zaman ordusunun, qazilərinin və şəhid ailələrinin yanındadır.

Xarici ekspertlərin yazdığı məqalələrə nəzər saldıqda da görə bilərik ki, onlar da bu qayğıya müsbət yanaşırlar. Onlar da bildirirlər ki, şəhid ailələrinin dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilməsi təqdirəlayiq haldır.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə bu məqam öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Bu, həm dövlətin öz vətəndaşlarına, həm də həssas sosial qrup olan şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqət nümunəsidir.

Yeri gəlmişkən, 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Prezident İlham Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdırmışdı. O bildirmişdi:

“Artıq göstəriş verdim ki, Dövlət qaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır”.

Bu çıxış özü də bir daha isbat edir ki, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ölkə başçısının diqqət mərkəzindədir.

Yenilik bu kateqoriyadan olan insanların müraciətlərinin daha çevik araşdırılması və həllinə xidmət edir. Qısaca belə deyə bilərik ki, dövlət bütün qüvvəsiylə çalışır ki, şəhid ailələlərinin, qazilərin, habelə ümumi olaraq müharibə iştirakçılarının heç bir problemi yaranmasın. Yaransa belə ən qısa müddətdə aradan qaldırılsın.

Əlbəttə, yerli icra hakimiyyəti orqanlarında belə bir şöbənin yaradılması bu qurumların üzərinə xüsusi məsuliyyət qoyur. Bu yenilik həm də yerlərdəki müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə daha sistemli və çevik şəkildə məlumatlanmağa, onların üzləşdiyi çətinlikləri operativ həll etməyə imkan verir. Bir növ, yerli icra hakimiyyətinin müvafiq şöbəsi bu sahədə ixtisaslaşır ki, bu da şəhid ailələrinin, müharibə veteranlarının müraciətini qısa zamanda araşdırıb həll etməyə yardımçı olacaqdır.

Bu həssas qrupa aid olan vətəndaşlarımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi iştirakçılarının ailə üzvlərinə qayğıkeş münasibət, məşğulluq problemlərinin həlli, müalicələrinin təşkili, dövlət tərəfindən onların növbəli şəkildə mənzil və avtomobillərlə təmin olunması söylənilənlərə əyani misaldır.

Prezident İlham Əliyev eyni zamanda vurğulayıb ki, sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Ölkə rəhbəri məmurlara da səslənərək onlara bunu heç vaxt unutmamağı tövsiyə edib. Eyni zamanda, qeyd edib ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib.

“Bunu ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək. Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür”- deyə ölkə rəhbəri vurğulayıb.

Bu ənənənin davamı kimi Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi təsis olunub. 2021-ci il 27 sentyabr tarixdə isə dövlət başçısı İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciət edib. O, İkinci Qarabağ müharibəsinin şanlı tariximiz olduğunu, bu Qələbənin tarixdə əbədi qalacağını vurğulayıb. Prezident Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əydiyini diqqətə çatdıraraq, onlara Allahdan rəhmət diləyib, şəhidlərin qanının yerdə qalmadığını dilə gətirib. Bildirib ki, Azərbaycan xalqı şəhidlərini öz qəlbində əbədi saxlayacaq. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq, elə həmin gün Bakı şəhərində yürüş təşkil edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Dövlətimizin başçısı Vətən, torpaq uğrunda öz canlarını fəda edən şəhidlərimizlə, qəhrəman əsgər və zabitlərimizlə daim fəxr edildiyini dilə gətirib, onların qanının yerdə qalmadığını, qisaslarının döyüş meydanında alındığını vurğulayıb. Bildirib ki, məhz onların qəhrəmanlıqları sayəsində doğma torpaqlarımız düşməndən azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Ölkənin ali rəhbərliyi, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilməsi, məhz qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanıldığının xüsusi olaraq vurğulanması onların daim hörmət və ehtiramla əhatə olunmasını təmin edir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi hörmətlə yad edir, onların əziz xatirəsini əbədi olaraq qəlbində yaşadır.

Ölkə başçısının sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti orqanları da bu yenilikdən irəli gələn vəzifə öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın öz dövlətinə inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə xidmət edəcək.

Aysel Aslan

Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri