Şahdəniz dən indiyə kimə hasil edilən qazın həcmi açıqlanıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şahdəniz yatağından ilk hasilatdan 2025-ci ilin sonuna kimi hasil edilən qazın həcmi 264 mlrd. kubmetrə çatıb.
"APA-Economics" bu barədə BP-ə istinadən xəbər verir. Məlumata görə, kondensat hasilatının həcmi isə 52 milyon tona bərabər olub.
Qeyd edilib ki, ötən il "Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.
"Yekun investisiya qərarı qəbul edildikdən sonra Şahdəniz Kompressiya (ŞDK) layihəsi bir sıra iri müqavilələrin verilməsi ilə irəliləyib. Bu müqavilələr üzrə tikinti işləri qrafikə uyğun olaraq davam edir. Sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd edib" - BP əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















