Şahdəniz qaz yatağında yeni mərhələ: 50 milyard kubmetr əlavə qaz hasil olunacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.
Modern.az bu barədə bp Azərbaycan şirkətinə istinadən xəbər verir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















