Icma.az
close
up
RU
Şahgəldiyev Səmədovla bağlı çox adamın eşitmədiyi faktları açıqladı İdmanXəbər

Şahgəldiyev Səmədovla bağlı çox adamın eşitmədiyi faktları açıqladı İdmanXəbər

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun ad günüdü.

İdmanxeber.az-ın məlumatına görə, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Səmədovla bağlı maraqlı paylaşım edib. O, PFL prezidentinin bu günə kimi etdiyi jestlərdən bir neçəsini öz sosial şəbəkə hesabından paylaşaraq, təbrik edib. 

Həmin paylaşımı oluğu kimi sizə təqdim edirik:

***

Elxan Səmədovun ad günüdü. Ağlıma da gəlməzdi ki, 40 yaşımdan sonra kimdənsə nəsə öyrənərəm. Elxan müəllimdən alicənablığı, işçiyə tam dəstəyi, sadəliyi, necə lider olmağı öyrənməyə çalışdım. PFL prezidenti olmayana kimi heç vaxt görüşməmişdik. Haqqında ancaq xoş sözlər deyirdilər. Amma futbol sahəsində çalışan çox az adama inanıram, burda yalan çoxdu. Bir yerdə çalışanda nə dediyinə və nə etdiyinə baxdım. Adam dediyi hər şeyi etdi. Çox az danışır, bəlkə də boş danışmaqdansa, iş görməyi üstün tutduğu üçündü. Bu qədər savadlı, maddi imkanı yaxşı olan biri necə belə sadə ola bilir? İlk dəfə Şamaxıya oyuna gedəndə, vaxt çox az idi deyə yeməyi avtovağzaldakı ucuz dönərxanada (səhv etmirəmsə dönər 1,5 manat idi) yeyəndə şok olmuşdum.

Sağ əlin verdiyini, sol əl bilməməlidi. Razı deyiləm, əksinə yaxşı işləri demək lazımdır ki, digərləri üçün də stimul olsun. Sosial şəbəkələrə neqativ əlindən girmək mümkün deyil, çox nadir halda xoş nəsə qarşına çıxır. Həyatdı sabah nə olacağını bilmək olmur. Demək, danışmaq lazımdı. Əməkdaşlarımıza qısa müddət ərzində çox böyük dəstək göstərdi

*Əməkdaşımız atasının ürək əməliyyatını etmək üçün avtomobilini satmaq istəyirdi, bilən kimi əməliyyatın xərclərini üzərinə götürdü.

*Uzun illər övladı olmayan əməkdaşımızın müalicə xərclərini həll etdi, şükür Allaha bir övladı dünyaya gəldi.

*Başqa bir əməkdaşımızın övladı ölkəmiz üçün çox vacib sahədə çalışır qolunda şiş yaranmışdı, ciddi əməliyyata ehtiyacı var idi, səhv əməliyyat olsa əlindən məhrum ola bilərdi, məsələni həll etdi.

*Digər bir əməkdaşımızın həyat yoldaşında “zəhrimar”xəstəlik yarandı, övladları yeni olmuşdu, şükür Allaha əməliyyat olundu, indi daha yaxşıdı.

*Bir əməkdaşımızın uzun illər əməliyyata ehtiyacı olmasına baxmayaraq imkansızlıqdan edə bilmirdi, bilən kimi dərhal həll etdi.

Başqa nələr, nələr… Bəlkə də kimin üçünsə adi bir şey sayıla bilər, amma əməkdaşların rifahı üçün əlindən gələn hər şeyin ən yaxşısını etməyə çalışdı. Qəzadan sonra Elgizə, Sənana, Zaura, mənə maksimum dəstək verdi. Özü çox ağır vəziyyətdə olmasına baxmayaraq güclə eşidiləcək, xırıltılı səslə mənə atdığı “Siz narahat olmayın, əgər dünyada sizi ayağa qaldıracaq həkim varsa, mən ya o həkimi sizin yanınıza gətirəcəm, ya da sizi onun yanına aparacam, siz gəzəcəksiz” səsi hələ də qulağımdadı. Belə bir deyim var “sağlamlıq insanların başında bir tacdır, amma onu ancaq xəstələr görür”. İnşallah tezliklə siz də tam sağalasız və o tacı görməyəsiz. Ad gününüz mübarək, BÖYÜK ÜRƏKLİ ADAM!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri