Icma.az
close
up
RU
Sahib Alıyev: Sputnik Azərbaycan ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur

Sahib Alıyev: Sputnik Azərbaycan ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat deyib ki, media yarandığı gündən müsbət və mənfi anlamda fərqi yoxdur, bütün hallarda təsir aləti kimi çıxış edib: “Böyük dövlətlər isə ondan həm də xarici təsir aləti olaraq faydalanmağa çalışıblar və bu gün də eyni siyasət xeyli fərqli şəkildə davam etdirilir. Fərqli deyərkən bu gün medianın ayrı-ayrı dövlətlərin əlində ilk növbədə hibrid savaş alətinə çevrilmələrini nəzərdə tuturam. Rusiya burada digər dövlətlərdən onunla fərqlənir ki, hərbi gücdən istifadə edərkən, dəqiqlik, incəlik, ancaq hədəfi vurmaq kimi məsələlər unudulduğu kimi informasiya siyasəti də bu baxımdan çox fərqlənmir. Məhz bu cür kobud informasiya müdaxilələrinin, heç bir norma tanımamağın nəticəsidir ki, onlarla dövlət Azərbaycanda da bağlanan "Sputnik" agentliyinin fəaliyyətini qadağan edib. Həm də təkcə "Sputnik" yox, Rusiyanın RT kimi təbliğat və dezinformasiya resurslarına da Qərbdə qadağa qoyulub. ABŞ-da başladılan araşdırma onların çirkli pulların yayılmasından tutmuş təsir şəbəkələri formalaşdırmalarına qədər bir sıra qaranlıq fəaliyyətlərinin üstünü açdı”.

Sahib Alıyev qeyd edib ki, belə bir reallıq ortada ola-ola Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyini bağlamasını və orada jurnalist adı altında qanunsuz fəaliyyət göstərən iki xüsusi xidmət əməkdaşını həbsini söz azadlığına qəsd kimi qiymətləndirməsi, bununla bağlı beynəlxalq qurumlara çağırış etməsi adekvatlıqdan tam uzaq bir addımdır: “Ancaq çox təəssüf ki, biz son vaxtlar qonşu dövlətin bir çox strukturlarının da eyni davranışını görürük və ona görə də buna artıq elə də təəccüblənmirik. Bununla yanaşı onu da qeyd etməyi lazım bilirəm ki, əgər beynəlxalq qurumlar, özəlliklə də insan haqları üzrə ixtisaslaşanlar son zamanlar Rusiyada qafqazlılara və Mərkəzi Asiyadan olanlara yanaşmada yol verilən ayrı-seçkiliyə, qətllə nəticələnən vəhşi davranışlara adekvat reaksiya versə idilər, bəlkə də ayıblarına kor olub Rusiya Jurnalistlər İttifaqı belə bir çağırış etməzdi”.

Deputat hesab edir ki, əgər Rusiya Jurnalistlər İttifaqını doğrudan da jurnalistlərinin taleyi narahat edirsə, onda azərbaycanlı Orxan Camal da daxil olmaqla onlarla qələm adamlarının qətlinə, Ukraynaya qarşı təcavüz başladılandan üzü bəri bununla razılaşmayan yüzlərlə jurnalistin isə həbsinə, ölkədən didərgin salınmalarına münasibət bildirməlidir: ‘Həmən qurumun jurnalist kimi təqdim etdiyi İqor Kartavıx və Yevgeni Belousova gəldikdə, onların sadəcə, sosial şəbəkədəki akkauntlarına baxmaq yetər ki, jurnalistikaya heç bir dəxilləri olmadığı üzə çıxsın. O da üzə çıxsın ki, Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri