Icma.az
close
up
RU
SAHİB İBRAHİMLİNİN LİRİK ŞEİRLƏRİ Ələsgər ƏLİOĞLU yazır

SAHİB İBRAHİMLİNİN LİRİK ŞEİRLƏRİ Ələsgər ƏLİOĞLU yazır

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Sahib İbrahimlinin imzası ilə hələ ilk  tələbəlik illərindən tanışam...Yetmişinci illərin ikinci yarısında  Gəncəbasarda şeir-sənətlə məşgul olan gənc  müəlliflərin arasında üç-dörd nəfərin imzası çox seçilirdi.Onu da qeyd edim ki, onların  hər biri də sonralar ədəbi meydanda öz sözlərini deyə bildi və ədəbi prosesdə öz imzasını daha geniş müstəvidə  təsdiqləməyi bacardı...

Bu seçilən imzalar arasında bu gün  Sahib İbrahimlinin də adı səslənir. Onun hələ gənclik illərində qələmə almış olduğu bəzi nümunələrin ayrı-ayrı bəndləri hələ  də mənim yaddaşımda ilişib qalmışdır:

Qərib durnalara daş atma,oğlum,

Təbrizin, Bağdadın xətrinə dəyər.

Onları yolundan yubatma, oğlum,

Tanrı əyməyəni qəriblik əyər.

  ( “Qərib durnalara daş atma...")

Gərək cəbhələrdə, o ağır gündə,

Nakam ölənləri düşünəm, anam.

Dava kəlməsini hər an qəlbində,

Köhnə qəlpə kimi gəzdirir anam.

 ("Əsgər gedəcəyəm")

Yadıma cəbhələr düşdü gör harda,

Qarşımda torpağın bərəkət toyu.

Ovçu tüfəngini atmasın burda,

Sünbüllər qısalar bir giliz boyu.

("Taxıl zəmisi") və s.

Sahib İbrahimlinin  bu gün şair  xoşbəxtliyi ondadır ki, o öz dünyasını qələmə alır, öz dünyasından  çıxış edir, bir sözlə, özünü yazır. Bu da onun  fikirlərinin ifadə tərzində  bir özünəməxsusluq yaradır. Buna görə də .diqqətini cəlb edən hər bir  mövzunun dərin qatlarına enməkdə çətinlik çəkmir.

O, ilk baxışda sadə görünən hər bir detalı ustalıqla mənalandırmağı,ona yeni bir don geydirməyi gözəl bacarır. Bu mövzulu şeirlərin iç qatına nəzər yetirərkən həmişə də biz tər-təzə bir ruhla,

yeni bir mənalandırma, yeni bir poetik araşdırma ilə qarşılaşırıq.  Bu baxımdan "Süni çiçəklər"  şeirini  xatırlatmaq yerinə düşər. Təbii çiçəklərlə süni çiçəklərin fonunda müəllif bədii paralellər aparmaqla təzadlar yaratmağa nail olmuşdur. Süni  çiçəklərə üz tutan şair fikrini belə tamamlayır:

 Yazın gəlişindən oyanmazsınız,

Çatmaz bu nəğmədən sizə səs-səda.

Bəzi dönüklərtək duyammazsınız,

Kökdən ayrılmağın ağrısını da.

Bu şeirdə süni çiçəklərlə təbii çiçəklərin  arasındakı xarakterik fərqli cəhətlər yığcam bir şəkildə müqayisə obyektinə çevrilir. Oxucu  bir qədər də irəli getməklə  həssaslıq nəticəsində yeni bir düşüncəyə  də sahib çıxır. Bu, kökə  bağlılıq hissləridir...

Ümumiyyətlə, Sahib İbrahimlinin təbiət şeirləri də poeziyamıza yeni bir ab-hava gətirir.Onun bu mövzulu əsərləri oxucunu öz arxasınca çəkib aparmağa qadir nümunələrdir. Ayrı-ayrı təbiət lövhələrinə nəzər yetirərkən bir anlıq da olsa özünü həmin məkanda hiss edirsən. "Gercə qanadını Göy gölə sərir", "Sahil etüdləri", "Ağ göl sahilində düşüncələr", "Hər bahar ümidlə göyərir söyüd", "Yenə də dağlara gəlmişəm qonaq", "Məni bu dağlardan tez aparmayın", "Dağlara yaz gəlib","Yazla üz-üzə", "Payız yağışları", "Dağların sovqatı" və bu kimi başqa-başqa poetik nümunələrin hər biri göz qarşısında  maraqlı tablolar yaradır. Hətta müəllif   bu tabloları yaratmaqla kifayətlənmir, hər bir təsvirini öz fəlsəfi baxışları ilə ümumiləşdirməyə də nail olur. Bu fikrin dəqiqiiyi ilə bağli sadəcə olaraq bir-iki şeirin sonluğuna nəzər yetirmək kifayət edər:

Ürəyim dönübdür bəzən bir neyə,

Xəyalım dumanda, çəndə azıbdır.

Təbiət nəzərə gəlməsin deyə,

Qayalar köksündən tikan asıbdır.

 ("Yaz lövhələri")

Budaqlar səmadan yapışıb bərk-bərk,

Yarpaqlar çimirlər şəfəqdə yenə.

Qaya da ağacın ana kökütək,

İşləyib torpağın dərinliyinə.

 ("Qayanın qaşında tənha bir ağac") və s.

Ədəbiyyatımızda insan ömrünün bər-bəzəyi, məna-məzmunu, maddi-mənəvi dəyər ölçüsü sayılan zəhmət  haqqında çox yazılmış və yenə də  yazılmaqdadır.Bu ənənəvi mövzu üzərində düşünərkən ilk olaraq dahi şairimiz Nizami Gəncəvinin "Kərpickəsən qocanın hekayəti"ni xatırlamalı oluram. Bu gün bu ənənəvi mövzuda yazıb-yaradan sənətkarlarımızdan biri də Sahib İbrahimlidir. Onun "Asfaltsalan" və "Bənna" şeirləri  bu mövzuda yazılan əsərlərdən  çox-çox fərqlənir. İstər asfaltsalan, istərsə də bənna  təkcə hər hansı bir işi icra edən peşə sahibləri kimi deyil, eyni zamanda ürəklərində dünyanın qayğılarını yaşatmağa qadir bir insan kimi təsvir olunur. Hiss edirsən ki, şairin asfaltsalanı da, bənnası da öz işlərindən mənəvi zövq almaqla  yanaşı, dünyanın qayğıları ilə də yaşamağı bacaran  layiqli insanlardır.

Hərdən uşaqlarla dolur dörd yanı,

İşləyir, yollarda çuxur azalır.

Xəyalında isə hər gün dünyanın

Bərbad yollarını nizama salır.

 ("Bənna")

Şeirimizdə ana haqqında yazmayan  müəllifə yəqin ki, çətin rast gəlinər. Ata mövzusunda şeir yazanlarımız da az deyildir. Ancaq Sahib İbrahimlinin ana-ata haqqında qələmə almış olduğu nümunələr böyük bir silsiləni əhatə edir. Beləliklə, bu silsilənin ardıcıllığında ailəcanlı fədakar bir ana və yurd-yuva sevdalı, cəmiuyyət qarşısında xeyirxah əməllərilə məğrur dayanan bir ata obrazı yaranır. Oxucuların nəzər-diqqətini həmin silsilədəki  ayrı-ayrı şeirlərdən  iki bəndə cəlb etmək istəyirəm: 

    Ayıl, qurban olum yuxularına,

    Könlümdə uyuyan ümidi ayılt.

    Durnalar qayıdıb gələcək, ana,

    Sən də durnalara qoşulub qayıt.

("Qayıt,ana!..")

  Günlərim budaqda saralan yarpaq,

  Ömrümdə küləklər gəzdi, dolaşdı.

  Bir vaxt kürəyimi söykədiyim dağ,

  Eh, indi sinəmi göynədən daşdır.

("Atamın məzarı ilə söhbət")

    Sahib İbrahimlinin milli-mənəvi dəyərlərimizə poetik yanaşma tərzi də çox diqqət cəlbedicidir. Elə bir zamanda yaşayiriq ki, bəzi  milli-mənəvi  dəyərlərimiz  gündəlik yaşam tərzində tədricən  korroziyaya uğramaqdadır. Bu məqamlarda əsil söz adamlarının səsini ucaltması hava-su kimi çox  vacibdir.

Milli qaynarlığımızdan  irəli gələn keyfiyyətlərdən  biri də, hətta  deyərdim birincisi,   qızların ən çox and yeri qardaşlarının canıdır. O mənada ki, bacılar qardaşlarını tarixlər boyu özlərinin  mənəvi qürur yeri,  əvəzsiz arxa-dayağı sanmışlar...Qardaşı olmayan qızlara ən böyük xeyir-duaları da həmişə onlara qardaş diləmək olmuşdur.

Şairin "Qızlar çəkinirlər qardaşlarından"  şeiri  bu yönümdə olduqca həyati bir görüntü yaradır. Bu şeirdə qız  abır-icməti poetik bir məharətlə tərənnüm olunur. Şeirin sonluğu ilk baxışda bir qədər adi görünsə də, etik bir prizmadan yanaşarkən nə qədər yerinə düşdüyünü duyub-dərk etmək elə də çətinlik törətmir:

Qılzlar duyğulara alov ələyir,

Yolun özünü də yoldan eləyir.

Qardaşsız qızlara qardaş diləyir,

Qızlar çəkinirlər qardaşlarından.

Mən şair  Sahib İbrahimlinin lirık yaradıcılığından ötəri də olsa söz açdım. Ancaq o, bir dramaturq kimi də özünü tanıda bilmişdir. Əsərləri ölkəmizin ayrı-ayrı dram teatrlarında oynanılmış və rəğbətlə qarşılanmışdır. Özünün etirafından məlum olur ki, qırxıncı dram əsərini də yazıb tamamlamışdır.Ancaq mənim   məqsədim onun gözəl bir lirik şair olması ilə bağlı söz açmaq olmuşdur.

Yekunda bir məsələni xatırlatmaq istərdim.Təəssüf hissiylə qeyd etməliyəm ki,  otuz  ildən çox AYB üzvü olan, ölkədə öz imzasını tanıdan bir sənətkarın yetmiş illik yubleyi kiminsə  yadına düşməmişdir...

Əlbəttə, bu əsl sənət adamı üçün kiçik bir giley-güzardan o yana keçə bilməz. Ancaq söhbət ondadır ki, haqqında üç-dörd kəlmə söz açdığım sənətkar bütün bu kimi dəyərlərə layiqdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri