Icma.az
close
up
RU
Sarı Aşığın ruh qovşağında Ələsgər Əlioğlu yazır

Sarı Aşığın ruh qovşağında Ələsgər Əlioğlu yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ələsgər ƏLİOĞLU

Sarı Aşıq bizim söz dünyamızın  bayatı səltənətində əbədiyyət qazanmış bir sənətkar kimi həmişə də təzə-tər görünür. Onun düzüb-qoşduğu söz incilərinin işığı hər zaman poeziyamızda şölələnməkdədir... Bu incilərdən baş qaldıran sonsuz sevgi hissləri sevən ürəklərə təpər gətirir...

...Yaddaşımda anidən doğan bu hisslər məndə şair Nazim Əhmədlinin poeziyasına son zamanlarda, dərindən bələd olduqdan sonra yaranmağa başlamışdır. Maraqlısı odur ki, Nazim Əhmədli bayatı yazmır. Ancaq yazdıqları yeddi-səkkiz hecalı poetik nümunələrdən həmişə də bayatı qoxusu hiss olunur... Bəlkə də bu, bir zamanlar Sarı Aşığın qol-qanad açdığı Laçın dağlarının havasından və durub  dinşədiyi Həkəri çayının şaqraq nəğməsindən irəli gəlir...

Şeirə-sənətə Sarı Aşığın ruh qovşağında bənd alan bu şairin  şeirləri intonasiya cəhətcə çox  maraqlıdır. Onun şeirlərinin quruluşuna diqqət yetirməsən, ilk baxışda bayatı olduğunu zənn edərsən:

oyum-oyum oyulasan,

qıyma-qıyma soyulasan;

səni görüm, ayılasdan,

dönüb soyuna gedəsən.

Yaxud:

bir dəli dua yazdırın,

dərin quyuya basdırın;

aparın məni azdırın,

dərd məni güldürən yerdə.

Nazim Əhmədlinin yaradıcılığına nəzər yetirərkən belə bir qənaətə də gəlmək olur ki, müəllif üzünü oxucularından çox, göylərə tutur... Bu məqamlarda o, böyük türk dünyasının ürfan şairi, "bir mən   vardır məndə, məndən içəri" deyə   hayqıran Yunis Əmrəni xatırladır...

Ürəyini göylərə açan N.Əhmədlinin mifik baxışları oxucularda xoş ovqat yaradır. Onun yaradıcılıq manerası lirik "Mən" üzərində dolanmaqla söz meydanında bir sıra   fəlsəfi baxışlarına aydınlıq gətirir.

Şair həyatda qarşılaşdığı bütün görüntülərə öz içərisindən boylanıb  baxmaqla kifayətlənmir, əksinə, öz haqq səsini ucaltdıqca - ucaldır. Əksər hallarda şeirinin misraları sanki vəhy ilə gəlir. Hər bir poetik parçada fikirin dayaq nöqtəsi sanki   göy üzündə qərar tutur:

 gəl bir az da dua edək,

əllərini qoy üzümə;

sən soruş, Tanrı hardadı,

mən də baxım göy üzünə.

Yaxud:

dərdi deyib, şəri deyib,

göyü deyib, yeri deyib;

mənə dərd şairi deyib,

göy üzü verib butamı.

Nazim Əhmədli çox az şairlərimizdəndir ki, təqvimi mövzulara girişməyə meyil göstərmir. Ancaq yaşadığımız mürəkkəb və ziddiyyətli Əsrin görüntülərinə də heç zaman laqeyd münasibət bəsləmir. Hamıya adi görünən fikirlərə elə don geydirir ki, bu zaman oxucuda yüksək aura yaranır. Misraların ardıcıllığında gələn gözlənilməz qafiyələr də  cəlbedici olur.

Nazim Əhmədlinin yaradıcılığında yurd-yuvaya bağlılıq hissləri də məxsusi bir tərzdə özünü göstərir. Üzünü göylərə tutaraq ürəyini boşaldan şair hər an üzərində gəzdiyi torpağı başının tacı bilir. Bu torpağa arxalanır, bu torpaqdan səsini ucaldır, bu torpaqdan güc-qüdrət alır:

bir şirincə bayatı,

qulağıma pıçılda;

Gedim axtarım, tapım,

Ruhum qalıb Laçında.

Nazim Əhmədli qələmə sarılanda  yazmaq məsuliyyətini gözəl dərk edir. Hər bir fikrə, hər bir deyim tərzinə diqqətlə yanaşır ki, bu da onun şeir-sənət yollarında daha sərrast addımlamağına münbit şərait yaradır. O, şeir qarşısında məsuliyyətini gözəl dərk edərək fikrini belə ifadə edir:

 ürəyinə qəm düşəndə,

bircə misra kəm düşəndə;

əlindən qələm düşəndə,

şair şeirdən yıxılır.

Allahın himayəsi altda dünyamızın  yaradıcı qüvvəsi sayılan analar  şairlərin əzəli və əbədi mövzusu   olmuşdur. Bu baxımdan Nazim Əhmədlinin ana itkisi ilə bağlı yazmış olduğu "Gözümü açdın dünyaya" şeiri hisslərimizə ürfani bir ruhda təsir göstərir. Həmin poetik nümunədə ana itkisinin  insan üçün nə demək olduğunu dəyərləndirmək elə də çətin deyil:

neynirdin, ay anam, məni,

bulud saçlı sonam məni;

sən bizdən ayrılan günü,

fələyin üzünü gördüm.

Bu fikrin şərhinə heç bir ehtiyac yoxdur. Deyilənləri araşdırıb anşlaq üçün nəsə əlavə etmək istəsən də, şeirin yanında çox sönük görünəcək. Doğrudan da ana itkisini   sonsuz kədərli hisslərlə qarşılayan şair sanki fələyin üzünü indi görür...

Nazim Əhmədlinin məhəbbət mövzusunda olan şeirləri də şairlərimizin bu tematikada olan düzüb-qoşduqları nümunələrdən seçilir.

gəl, mən bir tək səni sevim,

səndən ayrısı olmasın;

hər gün sənə çiçək dərim,

təkcə sarısı olmasın.

Oxucu istər-istəməz düşünməli olur.  Dərilən çiçəklərin içərisində niyə sarısı olmasın?.. Cavab özünü elə də çox gözlətmir... sarı rəng həsrətin rəmzidir...

Nazim Əhmədli yaradıcılığından söz açan tədqiqatçı-ədəbiyyatşünas Qurban Bayramov "Göy üzünün yaddaşı..." məqaləsində şairin yaradıcılığını yüksək dyərləndirməklə yazır: "...Nazim Əhmədlinin şeirlərinin yanından elə-belə ötüb keçmək mümkün  deyildir. Onun hər bəndi oxucunu  tutub saxlayır, diqqəti çəkir, həndəvərində dolandırır, misrayanı qeydsiz, "ptiçkasız" ötüşmək olmur".

Yuxarıda sitat gətirdiyimiz fikirlər bir daha bizim nəzər-diqqətimizi təsdiqləyir və şeirimizdə yeni bir üslubun - Nazim Əhmədli üslubunun yer tutmasına sevinməli oluruq. Yəqin ki, Nazim Əhmədlinin yaradıcılığına dərindən bələd olan hər bir kəs onun söz dünyasından laqeydcəsinə ötüb keçməz. Ən azından dürlü-dürlü fikirlərin cazibəsində dilindən belə bir xoş söz çıxar: "Poeziya budur!.."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri