Icma.az
close
up
RU
Sahib Xudaverdiyev: İnsan özü ilə harmoniyada yaşamalı olduğuna dair postulatı qəbul etməlidir MÜSAHİBƏ

Sahib Xudaverdiyev: İnsan özü ilə harmoniyada yaşamalı olduğuna dair postulatı qəbul etməlidir MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 iyun, Tatyana İvanayeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanda fəaliyyət göstərən yoqa mütəxəssisləri ilə müsahibələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz yoqa ustası Hatha və Aştanga, Yoga Om studiyasının yaradıcısı, Rishikul Yogshala aşramda (Hindistan) və Hindistanda yoqa ustası Mitradan təhsil almış Sahib Xudaverdiyevdir. O, transformasiya üzrə məşqçi, yoqa terapevtidir, Bakıda sağlam həyat tərzini təbliğ edir. O, “Xoşbəxtlik istədiyinizə sahib olmaqda deyil, sahib olduğunuzu istəməkdir” iddia edən Hindistanın böyük yoqa ustalarından biri olan Svami Sivanandanın dediyi sözləri sanki öz nümunəsi ilə sübut edir.

- Yoqa sizin üçün nə deməkdir?

- Öncə yoqa düzgün həyat tərzidir. Baxmayaraq ki, yoqa mövzusu tükənməzdir. Çünki onun mesajlarını hər kəs fərdi şəkildə anlayır və qəbul edir. Nəzərə alsaq ki, bütün cərəyanlar və istiqamətlər üçün əsas insanın özünə olan diqqətlə və qayğı ilə yanaşmasıdır. Pis vərdişlərdən imtina etməyi onun bədəninin özü gizlicə söyləyir, çox vaxt mənfi şıltaqlıqlarla qazanılmış vərdişlərdə nəyisə diktə etməyə çalışan beynin antaqonistinə çevrilir. Odur ki, yoqa məhz bədənə bu mübarizədə üstünlük qazanmağa kömək edir. Çünki hamımıza xas olan şüurla insan elə bir hal seçir ki, orada bədəni və ruhu harmoniya tapsın. Doğru həyat tərzi bir fəlsəfədir. Yoqa çoxqatlılıq və çoxvektorluluqdur... Yoqa ətrafımızdakı hər şeyə, o cümlədən bədənimizə nüfuz edən enerjidir. Bu enerjini idarə etmək bacarığı yoqa təliminin əsaslarından biridir.

- Siz özünüz yoqaya necə gəldiniz? Sizi bu istiqamətə diqqət yetirməyə nə vadar etdi?

- On ildən çox vaxtımı fəlsəfə öyrənməyə həsr etmişəm. Ayurvedanı, mistik təlimləri həmişə xoşlamışam. Mən uzun müddət məşq etdiyim düzgün nəfəsalma, meditasiya üçün bir yanaşma seçərək, özümü mövcud məlumatlara qərq etməyə başladım. Yoqanın fiziki tərzi olan asanlara isə, depressiya yaşadığım bir dövrdə gəldim. Tam maddi təmin olunduğuma baxmayaraq, harmoniya, xoşbəxtlik tapa bilmirdim. Elə ilk məşqdən sonra bədənimin “açılmağa” başladığını hiss etdim. Mən bu təsiri, o zaman baş verən kimyanı, nəfəs almanın yaxşılaşmasını artıq təcrübə ilə başa düşürəm. Dərhal özümü əla hiss edərək, yoqa dərslərini gündəlik iş rejimimə daxil etdim. Elə həmin vaxt müxtəlif ustaların yanına getməyə başladım. Açıq etiraf edirəm ki, bu proses məni elə dərindən ovsunladı ki, nisbətən qısa müddət ərzində mən artıq uzun illər aparan asanları yerinə yetirirdim. Mən nail ola bildiyim hər şeyi sosial şəbəkələrdə paylaşırdım və bu, tədricən mənə abunəçilər gətirdi. Getdikcə daha tez-tez kənardan eşitməyə başladım ki, mənim özüm müəllim olmağımın vaxtıdır. Yavaş-yavaş gördüm ki, insanlar məni küçələrdə tanımağa başlayır, bəzi dəqiqləşdirmələr gətirmək üçün məni saxlayıb söz soruşurlar. Məhz o zaman anladım ki, müəyyən bir yolla gedirəm, hələ tam şüurlu deyil, amma bu, məni sadəcə olaraq düzgün istiqamətə aparan bir cərəyan idi. Bunu anlamaq və bilik əldə etmək üçün Hindistana getdim. Mən hələ də vaxtaşırı ora gedirəm, özümü bir müəllim kimi təkmilləşdirirəm, asan təcrübəsində təkmilləşirəm və enerji ilə işləyirəm.

- İstiqamətiniz barədə danışın.

- Niyə məhz Hatha Yoqanı seçdim? Çünki Hatha Yoqa Şivanın rəqsidir. Axı rəqsdən əslində bədən və şüür üçün müalicəvi terapiya olan hərəkətlər, plastika yaranıb. Düzgün yoqa nəfəslə işləməkdir. Həmin vaxt enerji axınları birləşərək bütün bədəndə dolaşmağa başlayır. Bunun sayəsində insan sağlam, gözəl, təkcə zahiri deyil, həm də daxilən səliqəli olur. Bir növ sehr baş verir. Hatha Yoqa açardır, təməldir. Yoqa dünyasında bir çox tendensiyaların yaranmasına səbəb olan başlanğıcdır. Bu gün geriyə baxanda deyərdim ki, Hatha Yoqa məni özü seçdi, sanki məni özümə qaytardı... Mən sadəcə olaraq bu üsluba aşiqəm. Bilirsiniz, Hatha Yoqa unikal sehrli aləmdə yaşayan yeddi mindən çox asanadır... Və onları nizam-intizamdan başlayaraq öyrənmək lazımdır.

- Yoqa dünyada nə üçün belə populyarlıq qazanıb və Azərbaycanda getdikcə populyarlaşır?

- Yaxşı sualdır... Yoqa dünyada hər gün daha da populyarlaşır, çünki getdikcə daha çox insan şüurla təmasda olur. Buna kosmik ölçülərə qədər hər yerdə baş verən transformasiya kömək edir. Bəşəriyyət daha çox üstünlük verilən sağlam həyat tərzi sahəsində tədricən müəyyən nəticələrə gəlir. Yəni sağlam olmaq və həyatı bütün gözəlliyi ilə hiss etmək. Bəli, seçim hər birimizdə qalır, lakin müasir tendensiyalar bizi qidalanma, həyat tərzi, dünyagörüşü sahəsində məsləhət və tövsiyələrə qulaq asmağa məcbur edir. Nəticədə, şüurlu, hər kəs necə deyərlər, gözəl qocalmaq istəyir. Əlbəttə ki, buna nail olmaq üçün üsullar var və burada fiziki məşqlər əsas rol oynayır. Azərbaycanda yoqanın populyarlığından danışarkən ondan başlamalıyıq ki, ölkəmizin siyasəti daim idmana dəstək verir, çempionlarımız bütün dünyada məşhurdur. Bundan əlavə, görün nə qədər kütləvi tədbirlər keçirilir: marafonlar, festivallar, çempionatlar. Möhtərəm Prezidentimizin ailəsi öz örnəyi ilə ruhlandırır, istiqamət verir. Yoqa isə öz effektivliyini sübut etdi və gözəl bir tendensiya kimi üzvi şəkildə cəmiyyətin bir hissəsinə çevrildi. Azərbaycan Yoqa Federasiyasının prezidenti meditasiya və mənəvi təcrübələrlə özü məşğul olan və “mənliyi”ni dərk etmiş insanların əhəmiyyətini və dəyərini dərk edərək bu istiqaməti həqiqətən sevən Leyla xanım Əliyevadır. Bu cür dəstəklə yoqa getdikcə artan izləyicilər tərəfindən inamla tanınır.

Siz tez-tez enerjiyə müraciət edirsiniz. Azərbaycanda yerin hansısa xüsusi enerjisinin olduğunu iddia edə bilərikmi?

- Mayın əvvəlində bir çox aparıcı usta və müəllimləri bir araya gətirən, həm də yüzlərlə iştirakçını cəlb edən genişmiqyaslı yoqa festivalı keçirdik. Odur ki, tezliklə çoxlu yoqa studiyalarımızın olacağını gözləmək tamamilə məntiqlidir, cəmiyyətdə buna tələbat olacaqdır. Bu möhtəşəmdir! Bu, əraziyə xas olan güclü enerji demək olar ki, hər addımda hiss olunur. İnsanların pir adlandırdığı nə qədər güc yerləri var! Meditasiya üçün xüsusi yer axtarmağa belə ehtiyac yoxdur. Sadəcə dəniz sahilində oturun və bu axınları özünüzdən keçirin. Azərbaycan torpağının enerjisi ona sövq edir ki, insan getdikcə daha çox daxilinə nəzər salır və buradakı yerini yenidən nəzərdən keçirir. İstədiyimiz qədər sürətli olmasa da... Əsas odur ki, prosesə start verilib və eqreqorun “təmizlənməsi” baş tutacaq!

Sizcə, insanlar arasında müşahidə olunan ümumi problem nədir və yoqa onun həllinə necə kömək edə bilər?

- Bu gün insanlar həyatda uğurun xarici ifadəsinə çox diqqət yetirirlər. Onlar davamlı olaraq artan maddi rifahın əbədi axtarışına məruz qalıblar. Təəssüf ki, bu gün biz “istehlak cəmiyyəti” dövründə yaşayırıq. Yalnız maddi, hətta eksklüziv bir şeyə sahib olmaq yenə də illüziya xarakteri daşıyır. İnsanlara əsl xoşbəxtlik, harmoniya, dolğunluq bəxş etməyən müəyyən sistem... Müasir insan isə statusa, sonsuz maddi nemətlərə can atır. Rahatlıq harmoniyanın ayrılmaz hissəsidir. Sadəcə problem ondadır ki, insanlar müvazinətini itirir, onun yerini pafos tutur. Sadəcə olaraq, hipotetik əlavə köynək insanı xoşbəxt etməyəcək. Ola bilsin ki, qısa bir anlıq olsun, artıq yox... Deməli, insan özü üçün mütənasib bir ab-hava təşkil edib, özü ilə harmoniyada yaşamalı olduğuna dair postulatını qəbul etməlidir. Sehrli olan insanın daxili dünyasına diqqət yetirərək. Bütün cavablar məhz daxildədir, insanlar isə onları xaricdə axtararırlar, ümumi problemlər - stress, depressiya, həyəcan, gələcəkdən gələn qorxular və keçmişi buraxa bilməmək, panik atak və s. yaradaraq. Və ondan sonra xəstəliklər gəlir, çünki bədən özü “istəkləri” üçün pul qazanmaq cəhdində yükə tab gətirə bilmir. Ona görə də təəccüblü deyil ki, həyatın hansısa məqamında insan özünə sual verir, o yaşayıbmı? Bəs nəyin xətrinə? Və sonda nə qalır? Bu yer üzündə onun neçə ili qalıb?

- Gündəlik tətbiq oluna bilən yoqa ilə bağlı hansı məsləhəti verərdiniz?

- Belinizi düz tutun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see156

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri