Icma.az
close
up
RU
Sahibə Qafarova seçicilərinə verdiyi vədlərinə sadiqliyi ilə də seçilir

Sahibə Qafarova seçicilərinə verdiyi vədlərinə sadiqliyi ilə də seçilir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ADP sədri Sərdar Cəlaloğlu Milli Məclisin sədri Sahibə Qafarovanı növbəti dəfə hədəf götürərək Slavyan Universitetindən gəldiyinə görə Rusiyanın maraqlarına xidmət etməkdə, onun seçilmədiyini və hansısa güclərin parlamentə sədr gətirməsində ittiham edib. Hətta bunu narahatlıq doğuran məsələ adlandırıb. O daha sonra deyib ki, Slavyan Universiteti dil öyrənmək altında Rusiyanın maraqlarını açıq müdafiə edən bir mərkəzdir. ADP sədrinin səsləndirdiyi fikirlər tamamilə absurd və qərəzlidir. Slavyan Universiteti ali təhsil ocağıdır və təkcə rus dili üzrə mütəxəsislər hazırlamır. Slavyanlar da təkcə ruslardan ibarət deyil. 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycanın Xalq Cümhuriyyətinin qurucuları başda Milli Şuranın sədri M.Ə.Rəsulzadə olmaqla əksəriyyəti rus dilində, rus məktəblərində və universitetlərində təhsil almışdılar. Ancaq onlar Rusiyanın maraqlarına xidmət etmədilər, ağır şərtlər altında və gərgin mübarizə apararaq Azərbaycan xalqına müstəqillik gətirdilər. Rus dilinin, rus mədəniyyətinin Azərbaycanın mədəniyyətnin inkişafında oynadığı müstəsna rolunu inkar etmək olmaz. S.Cəlaloğlunun məntiqi ilə yanaşılsa gərək Qərb Universiteti də, Azərbaycan Dillər Universiteti də Qərbin maraqlarına xidmət edən mərkəz olmalı.
Yaxud hazırda yüksək vəzifələrdə çalışan dövlət məmurları xarici ali təhsil ocaqlarında təhsil alanlara da şübhə edilsin. Çox bəsit və məntiqsiz yanaşmadır. Sahibə Qafarova tutduğu yüksək postda özünü doğrultduğuna və dövlətçiliyə sadiqliyinə görə dəfə Milli Məclisə sədr seçilib. Bütün beynəlxalq tədbirlərdə, səfərlərdə və görüşlərdə ölkəni yüksək səviyyədə təmsil edib. Onu hansısa xarici gücə bağlamaq cəhdi kökündən yanlışdır.
S.Qafarova seçicilərinə verdiyi vədlərinə sadiqliyi ilə də seçilir. Onun mandat aldığı Şəmkir rayonunda məhz S.Qafarovanın birbaşa təşəbbüsü və dəstəyi ilə bir sıra problemlər həllini tapmaqdadır. Bunların arasında 20 ildən artıqdır qəzalı vəziyyətdə olan 600 yerlik Şəmkir rayonu, Mahmudlu kənd orta məktəbinin nəhayət, əsaslı təmir olnması da var. Yaxın perspektivdə digər təhsil ocaqlarının və uşaq bağçalarının da müasir standarlara cavab verəcək vəziyyətə gətiriləcəyi nəzərdə tutulub. Milli Məclisdə öz seçiciləri üçün əlçatan olan və onlarla mütəmadı maraqlanan, istəklərini yerinə yerirməyə çalışan və buna da nail olan ikinci bir deputat şəxsən mən tanımıram. S.Cəlaloğlu bir çox hallarda tənidlə qərəzi qarşırdır, S.Qafarovaya münasibətdə də bu qarışdırma aydın hiss olunur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyul 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri