Icma.az
close
up
RU
Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib

Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – RespublikaGünü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib.

Modern.az xəbər verir ki, spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb və tədbir iştirakçılarını və bütün Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə ürəkdən təbrik edib.

Milli Məclisin Sədri çıxışında müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.

Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur.Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır.

Milli Məclisin sədri qeyd edib ki, Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.

Sahibə Qafarova bildirib ki, Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür.

Spiker vurğulayıb ki, qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlətdir”. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır. 

O, qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə deyilsə, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasındaönəmli rol oynayıb. 

Spiker qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. O, əminliklə söyləyib ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək.

Sahibə Qafarova çıxışının sonunda Türkiyə xalqını bir daha Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, Türkiyənin tərəqqisi, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularını ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri