Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Ülvi Quliyevin oğlu sahibkarın səhmlərini əlindən alıb Şikayət

Ülvi Quliyevin oğlu sahibkarın səhmlərini əlindən alıb Şikayət

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

2017-ci ilin iyun ayının 30-da Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay almışam. Səhmdar Cəmiyyətin təxminən 80 faizi S.Mehdiyevdə olub. 80 faizin 25 faizini mən tam qanuni yolla Gəncə ASAN Xidmət 1-də alqı-satqı edərək əldə etmişəm. Ancaq indiyə qədər Milli Depozit Mərkəzi mənim alqı-satqımı tanımır. Mərkəzin süründürməçiliyi səbəbindən mənim paylarım da daxil ərazilər deputat Ülvi Quliyevin oğluna hansısa yollarla satılıb, ərazidə müəssisə də tikilib, artıq istehsalat da başlayıb.

Bu sözləri Tribunainfo.az-a Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay alan Qurbanlı Ramin Qurbanlı oğlu bildirib. O qeyd edib ki, Milli Depozit Mərkəzinin müqavilədə səhv hesab etdiyi bütün hissələri düzəldib, ancaq mərkəz qane olmur və yeni bəhanələr yaradır:

“Alqı-satqıdan sonra mən Kərimov Vaqif Şahmalı oğluna etibarnamə vermişəm və o Bakıya Milli Depozit Mərkəzinə gedib. Mərkəzdə ona deyiblər ki, alqı-satqı müqaviləsində bəzi sözlər düzgün yazılmayıb. Mən nələri ki, düzəltmək lazım idi, onları düzəldib yenidən Milli Depozit Mərkəzinə geri göndərmişəm. Demək, müqavilədə ASAN Xidmət səhmlərin paylanışını kəsr ədədi ilə yazmışdı. Bunu nöqsan kimi qəbul etdilər və mən bunu ASAN Xidmətdə düzəltdirdim. Mən ASAN Xidmətə bu səhvi 4-5 ilə düzəltdirə bilmişəm, düzəltmirdilər. 2024-cü ilin dekabr ayında məktubla müraciət edərək bildirdim ki, mənim səhmlərimin alqı-satqısını tanıyın. Ancaq Milli Depozit Mərkəzi yenidən məndən sənədlər tələb edir. Alqı-satqı vaxtı mən 5 min manat “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə alıcıya vermişəm və alıcı da götürüb. İndi Milli Depozit Mərkəzi həmin ödənişin qəbzini tələb edir, ABB isə qəbzi vermir ki, bizim arxivimiz yoxdur. ASAN Xidmət də o pulu ödəməyimə dair heç bir sənəd vermir. Üstəlik həmin ASC də mənim xəbərim olmadan mənim paylarımı da satıb. Hazırda mənim payım olan ərazidə böyük müəssisə tikilib, artıq istehsal da var”.

Şikayətçi bildirib ki, onun indiyə qədər öz payına sahib çıxa bilməməsinin səbəbi və günahkarı Milli Depozit Mərkəzidir:

“Bütün bu çətinlikləri yaşamağıma səbəb Milli Depozit Mərkəzinin mənim alqı-satqımı tanımamasıdır. MDM-nin fikrincə, guya biz alqı-satqını düzgün aparmamışıq. Belə çıxır ki, Milli Depozit Mərkəzi cənab prezidentin təsis etdiyi ASAN Xidmətin alqı-satqısını tanımır. Bildirirlər ki, orada yazılmalıdı ki, pulu nağd vermisən ya bank yolu ilə vermisən. Əgər bu səhv var idisə elə 2017-ci ildə olan səhvləri düzəldərkən bunu da qeyd edərdiniz, düzəldərdim də. Milli Depozit Mərkəzinin nümayəndəsi mənə deyir ki, guya ABB onlara bildirib ki, mən guya 5 min manatı nağd vermişəm. Mərkəz deyir ki, müqavilədə yazılsın ki, siz pulu nağd vermisiz. Guya biz birjadan kənar alqı-satqı etmişik. Ona görə mən də, satıcı da mərkəzə gedib rüsum ödəməliyik. Rüsumu mən ödəməyə hazıram. Amma səhmləri satan adamı indi haradan tapım?. Ona dəfələrlə demişəm depozit mərkəzinə getməyi. Ancaq adam ora getmək istəmir. Pulunu alıb, niyə getsin ki, ora? Mən orada 14.130 səhmə malikəm. Ancaq ASAN xidmət yazıb ki, 129, 75 səhm. ASAN Xidmət əməkdaşının yol verdiyi səhvin problemini indi mən yaşayıram. Düzdür, bu səhvləri mən min bir əziyyətlə düzəltmişəm. Ancaq səhv düzələndən sonra da axı Milli Depozit İdarəsi mənim səhmlərimi tanımır”.

R.Qurbanlı bildirib ki, onun haqqı olan hissələrin də daxil olduğu ərazini deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə alıb, müəssisə də tikib:

“Rəsmi qaydada alqı-satqısı olan, mənim haqqım olan yer indi başqasına – deputat Ülvi Quliyevin oğluna satılıb. Hissələr mənim ola-ola o adama necə satıla bilər mənim hissələrim? Demək ki, qeyri-qanuni yolla satış olub. Alqı-satqı qanuni olsaydı, onlar məni tapmalı idi. Mən 2017-ci ildən rəsmi formada alqı-satqı ilə aldığım hissələrə sahib çıxa bilmirəm. Mən özümün olan hissələri Milli Depozit Mərkəzinin süründürməçiliyinə görə itirirəm.

Milli Depozit Mərkəzinin mənim səhmlərimi tanımamaq üçün heç bir səbəbi yoxdur. Bəs deputat oğlu necə əldə edib bu əraziləri?
Milli Depozit Mərkəzi mənim səhmlərimi vaxtında tanısaydı, mən bu qədər problem yaşamazdım. İllərdir Depozit Mərkəzi qarşıma şərtlər qoyur. Birini həll edirəm, əlavə nəsə tapıb çıxarır. Əlimdə tam qanuni sənədlərim olduğu halda mənim səhmlərim tanınmır, üstəlik başqasına satılır, yerində müəssisə də inşa edilir. Mərkəz mənim səhmlərimi tanısa, mən sahibkara yaxınlaşıb 25 faiz payımı, haqqımı tələb edə bilərəm”.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri