Heç bir ölkədə vətəndaşlığı olmayan şəxs: “Sənədsizəm deyə müalicə oluna bilmirəm“ VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elşad Mikayılov adlı şəxs illərdir heç bir dövlət tərəfindən vətəndaş kimi tanınmır. Ona bir zamanlar yaşadığı istər Rusiyada, istər Ukraynada, istərsə də doğulub boya-başa çatdığı Azərbaycanda rəsmi vətəndaşlıq statusu verilmir.
Pasportunun müddəti bitən və hüquqi olaraq çıxılmaz vəziyyətdə qalan Elşad Mikayılov Baku TV-yə deyib ki, probleminin ictimailəşdirilməsini və aidiyyəti qurumların məsələyə münasibət bildirməsini istəyir.
"Göndərişlə oxumağa Ukraynaya getmişdim. SSRİ dağılandan sonra pasportuma kağız əlavə etdilər ki, rus vətəndaşı kimi qalırsan. Ukraynada birinci çevriliş başlayanda, hamı kimi mən də çöldə qaldım. Azərbaycana gələndə, pasportumun müddətinin qurtarmasına az qalmışdı. Sərhəddə mənə pasportu dəyişib qayıtmalı olduğumu dedilər. Söylədilər ki, bunu etməsən, məni Ukraynaya buraxmayacaqlar".
Şikayətçi əlavə edib ki, iki dəfə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olsa da, probleminin həllinə baxılmayıb: "Mən sizin şəhərinizdə necə qanunsuz yaşayıram?! Niyə bu məsələyə baxan yoxdur?! İnsult keçirmiş adamam, amma sənədsizəm deyə müalicə oluna bilmirəm. Ailəm Ukraynada qalıb. Uşağın 14 yaşı var, ona kömək edə bilmirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















