Icma.az
close
up
RU
Sülhməramlı missiya müraciəti olarsa və dövlətimiz qərar verərsə, Azərbaycanın sülhməramlı missiyası Qəzza zolağına gedəcək

Sülhməramlı missiya müraciəti olarsa və dövlətimiz qərar verərsə, Azərbaycanın sülhməramlı missiyası Qəzza zolağına gedəcək

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağında gələcək sabitləşdirmə qüvvələri üçün qoşun tədarük etmək üçün əsas iddiaçılardır, ABŞ müdafiə rəsmisi və keçmiş ABŞ müdafiə rəsmisi davam edən həssas müzakirələri müzakirə etmək üçün anonimlik icazəsi verib. ABŞ-ın hazırkı müdafiə rəsmisi bildirib ki, qüvvələrin tərkibinə dair danışıqlar davam edir və heç bir ölkə qəti öhdəlik götürməyib.Qəzzada sülhməramlı qüvvələrimizin olması bizim üçün və ya bölgə üçün hansı əhəmiyyəti daşıyır?

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan NATO-nun sülhməramlı proqramında iştirak edir və bu proqram üzrə Azərbaycan bir neçə ölkədə son zamanlarda Əfqanıstanda sülhməramlı missiyasını Türkiyə hərbi hissəsinin tərkibində çox uğurla aparıb.

Şair Ramaldanov

“Sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbçiləri sülhməramlıları 25 nəfərlə başlayıb, bugün isə 120 nəfərə çatdırılıb. Bu da NATO-nun Azərbaycan dövlətinə onların sayının artırımaıs ilə bağlı müraciətlərin əsasında olmuşdur. Azərbaycan sülhməramlıları yüksək peşəkarlıq göstərərək öz vəzifəli vəziflərini layiqincə yerinə yetirmişlər. Hətta Əfqanıstanda olanda Azərbaycanın sülhməramlıları haqqında tədris filmi çəkilmişdir. Həmin tədris filmi NATO ölkələrinin hərbi məktəb və akademiyalarında tədris vəsaiti kimi istifadə etmək üçün hazırlanmışdır. Bu səbəbdən də Azərbaycan hərbçiləri harada olursa olsun, sülhməramlı missiyasına aid olan vəzifələri yüksək səviyyədə həm peşəkarlıq, həm də nizam-intizam baxımından həyata keçirirlər”-deyən Şair Ramaldanov qeyd edib ki, Qəzzada Azərbaycan sülhməramlılarının fəaliyyətinə gəldikdə, ola bilsin ki, Azərbaycana da da bununla bağlı müraciət olar.

Hərbi ekspert hesab edir ki, Azərbaycan dövləti bu müraciətə yaranmış vəziyyətə görə də götürülmüş öhdəliklərə görə müəyyən bir qərar verəcək: “Əgər müraciət olarsa və Azərbaycan dövləti orada iştirak etməklə bağlı qərar verərsə, ola bilsin ki, Azərbaycan hərbçiləri orada iştirak edər”.

Şair Ramaldanovun fikrincə, Azərbaycan sülhməramlı missiyaya böyük önəm verir: “Azərbaycanın tərkibində sülhməramlı qüvvələrə aid ayrıca heyət var. Bu heyət mütəmadi olaraq NATO nümayəndələri tərəfindən müəyyən bir şəkildə onların öz vəzifələrinin xüsusiyyətlərini nəzərə alaraq, yerinə yetirilməsi bağlı təlimlər keçirilir. Sülhməramlı heyət təlimlərdə iştirak edir, həm də müəyyən şəkildə yoxlamalardan keçirlər. Ona görə də Azərbaycanın sülhməramlı qüvvələrinin hərbiçiləri hər zaman istənilən vəzifəni yerinə yetirməyə hazırdır. Əgər burada Azərbaycanın adı çəkilirsə, bunun üçün müəyyən əsaslar və niyyət var. Azərbaycan sülhməramlılarının fəaliyyətinə gəldikdə, bu, bizim dövlətin sülhə verdiyi elə önəmdir. Azərbaycan torpaqları işğal altında olan bir dövlət olub və Vətən müharibəsində tarixi ədaləti öz gücü ilə bərpa edib. 4 qətnaməni öz gücü ilə yerinə yetirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edən bir ölkədir”..

Hərbi ekspert bildirib ki, Azərbaycan hərbçiləri Vətən müharibəsində müharibə təcrübəsi olan bir ordudur.

“Beynəlxalq tədbirlərdə Azərbaycan hərbçilərinin təcrübə qazanması da Azərbaycan üçün önəmlidir. Çünki harada olur-olsun, sülhməramlı missiya məhz müharibələrin qarşısında dayanan və iki qarşı tərəfin arasında olan bir xidmətdir. Həmişə təhlükə ilə üzləşirlər. Belə olduğu halda da Azərbaycanın müxtəlif şəraitdə və müxtəlif tapşırıqları sülhməramlı missiya tərkibində yerinə yetirmə təcrübəsi də, bacarığı da Azərbaycan üçün əhəmiyyət daşıya bilər”-deyə Şair Ramaldanov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Oktyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri