Sahibkarlara kompensasiya veriləcək?
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bəs qanun qüvvəyə minməzdən əvvəl bu məhsulların satışı ilə məşğul olan və hazırda mağazalarında mal qalan sahibkarların aqibəti necə olacaq? Qanundan əvvəl idxal edilən bu məhsullara görə onlara hər hansı kompensasiya ödənilməsi nəzərdə tutula bilər?
İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, qanunun nə vaxt qüvvəyə minəcəyi müəyyənləşdirilməlidir. Qanunun qüvvəyə minmə tarixində bu kimi məsələlər açıq şəkildə göstəriləcək:
“Qanunun qüvvəyə minməsi üçün bir neçə mərhələ var. İlk növbədə, layihə Milli Məclisdə üç oxunuşdan keçməlidir ki, bu da müəyyən vaxt tələb edir. Daha sonra qanun Prezident tərəfindən imzalanmalı və rəsmi mətbuat orqanında dərc edilməlidir. Qanun yalnız rəsmi nəşrdə dərc edildikdən sonra qüvvəyə minmiş hesab olunur. Bu səbəbdən proses dərhal baş vermir və müəyyən zaman alır. Eyni zamanda, bu müddət sahibkarlara yeni tələblərə uyğunlaşmaq üçün imkan yaradır. Mövcud məlumata görə isə hər hansı kompensasiya nəzərdə tutulmur”, - deyə X.Kərimli qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 17 Dekabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















