Icma.az
close
up
RU
Sahibkarların kredit resurslarına çıxış imkanları və problemlər

Sahibkarların kredit resurslarına çıxış imkanları və problemlər

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün sahibkarların fəaliyyətinin genişlənməsi, davamlılığı və rəqabət qabiliyyətinin artırılması üçün maliyyə resurslarının olması vacibdir. Kreditə çıxış nə qədər əlçatan olsa, sahibkarlıq mühiti bir o qədər inkişaf edir, yeni iş yerləri yaranır və iqtisadi artım sürətlənir.

Ölkədə sahibkarların maliyyələşməsini təşviq edən dövlət mexanizmləri mövcuddur. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə aşağı faizli və güzəştli kreditlərin verilməsi sahibkarların kapital əldə etməsini asanlaşdırır. Amma kredit təşkilatlarının risklərin azaldılması məqsədilə tələb etdikləri girov təminatları bir çox sahibkar üçün maneə yaradır. Xüsusən yeni fəaliyyətə başlayan bizneslərdə girov kimi təqdim edilə biləcək aktivlərin məhdudluğu kredit almağı çətinləşdirir.

Banklardan sahibkarlara əngəl

İqtisadçı Xalid Kərimli deyir ki, banklar kredit portfelini qiymətləndirərkən sahibkarın dövriyyəsini, xərclərini və mənfəətini aydın göstərən maliyyə hesabatlarına ehtiyac duyur. Lakin bir çox mikro və kiçik sahibkar qeyri-formal fəaliyyətə üstünlük verdiyindən, bu şəffaflıq çatışmazlığı kredit əldə etmə prosesini məhdudlaşdırır: "Bu gün Azərbaycanda bizneslərin maliyyə çıxışlarında müəyyən çətinliklər var. Bu, həm obyektiv, həm də iqtisadi çətinliklərdir. Kredit resurslarına çıxışa ən böyük maneə banklar tərəfindən sahibkarlardan tələb edilən girovlardır. Xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarlar bəzən bu girovu təmin edə bilmirlər. Çünki regionlarda əmlakların likvid dəyəri aşağı olur, yaxud da banklar əmlak götürməyə o qədər də maraqlı olmurlar".

Girovun tələb olunması ən böyük maneələrdəndir

İqtisadçının sözlərinə əsasən, kredit resurslarına çıxışda girovun tələb olunması ən böyük maneələrdən biridir. Banklar girov olmadan da kredit verə bilərlər. Bu zaman kredit götürmək istəyən şəxslərlə bağlı məqamlar da ortaya çıxır: "Həmin şəxslərin maliyyə hesabatları qaydasında olmalı, maliyyə hesabatları auditdən keçməli və şirkətin korporativ idarəetməsi yaxşı vəziyyətdə olmalıdır. Təbii ki, regionlarda bir çox hallarda sahibkarlar kustar üsulla fəaliyyət göstərirlər. Əsasən də mikrosahibkarlarda hesabatlar sadə olur, auditdən keçmir. Odur ki, bankların regionlarda bir çox sahibkarlar üçün kredit vermək üçün girovdan başqa alternativi qalmır. Çünki şirkət etibarlı, yaxşı hesabatlılığa malik etibarlı bir qurum olmalıdır. Yaxud da girovu daşınmaz əmlak deyil, biznes aktivləri təşkil etsin".

Sahibkar qazancını gizlədə, hesabatında gəlirini göstərməyə bilər

Ekspert bildirib ki, bu baxımdan banklar sahibkarlara kredit verərkən məcbur qalıb daşınmaz əmlak, sərt girovlar tələb edirlər. Digər bir məqam ondan ibarətdir ki, şəffaflığın zəif olması da sahibkarların kreditə çıxışını məhdudlaşdırır. Sahibkar qazancını gizlədə, hesabatında gəlirini göstərməyə bilər. Nəticədə onun kredit götürmək imkanları məhdudlaşır. Çünki şirkətlərin dövriyyələrinin bir hissəsinin qeyri-şəffaf formalaşdırılması bu sahədə çətinlik yaradır. Bu səbəbdən də dövlət şirkətləri öz qazanclarını rəsmiləşdirməyə çağırır.

Onun söylədiyinə görə, Azərbaycan Biznesinin İnkişaf Fondu müəyyən şərtlərlə güzəştli kreditlər verir. Lakin yenə də müvəkkil banklar girov təminatı - zəmanət təminatı tələb edir. Bununla belə, kredit faiz dərəcələri kifayət qədər əlverişlidir.

Bu, bank sektorunun problemidir

İqtisadçı ekspert Elşad Məmmədov hesab edir ki, Azərbaycanda sahibkarlığa mane olan bir sıra amillər var. Ən birincisi sahibkarlıqla məşğul olan və buna cəhd göstərən insanların maliyyə resurslarına çıxışının məhdud olmasıdır: "Bu da çox böyük maneədir. Çünki biznes investisiyalarsız mümkün deyil. İnvestisiyaların əsas mənbəyi kimi bazar iqtisadiyyatı şəraitində kredit resursları çıxış edir. Kredit resurslarına çıxış imkanları da ölkədə lazımi səviyyədə təmin olunmayıb. Bu, bank sektorunun, pul-kredit siyasətinin problemlərindəndir. Bu gün təklif olunan kredit faizi yüksəkdir. Digər tərəfdən isə kreditin əldə olunması üçün sahibkarlıqla məşğul olmaq istəyən insanlara girov bazası ilə bağlı çox ağır, çətin tələblər qoyulur. Onların çoxu isə bu tələblərə uyğun girov bazası təqdim edə bilmirlər. Bütün bu problemlər sözügedən məsələdə xüsusi olaraq vurğulanmalıdır. Eyni zamanda bazarın məhdudluğu, idxalın payının çox olması da problemlər sırasındadır və sözsüz ki, vergi yükünün bir qədər azaldılmasına ehtiyac var. Xüsusilə real istehsal ilə məşğul olmağa cəhd göstərən kiçik və orta sahibkarlığa aid biznes fəaliyyəti ilə məşğul olmaq istəyən insanların vergi yükü azaldılmalıdır. Bununla yanaşı, sahibkarlığın maliyyələşməsi üçün investisiyaların artımı baxımından xüsusi kredit şərtlərinin tətbiq edilməsinə ehtiyac var. Bu da ölkəmizdə sahibkarlıq mühitinin xeyli dərəcədə fəallaşmasına şərait yarada bilər".

Kredit vermək riski

İqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, həm əhalinin, həm də sahibkarların ödəniş qabiliyyəti zəiflədiyindən banklar kredit verməkdə tərəddüd edirlər: "Banklar da anlayır ki, hər kəsə kredit vermək risklidir. Sosial-iqtisadi vəziyyət gündən-günə pisləşdiyi üçün bu sahədə banklar da çarəsizdir. Əslində, kredit verilməsində maraqlıdırlar, lakin risk yüksəkdir. Problem təkcə banklarda deyil. Kölgə iqtisadiyyatının yüksək payı da bu sahədə maneələr yaradır. Azərbaycanda çox vaxt insanların və sahibkarların əsas gəliri qeyri-rəsmi olur. Banklar bunu başa düşür, amma Mərkəzi Bankın qaydaları yalnız rəsmi gəlirləri nəzərə almağa imkan verir. Bəzən bu qaydalar pozulur, lakin bu, kütləvi xarakter daşımır".

Kölgə iqtisadiyyatı azaldılmalı, kredit sistemində şəffaflıq artırılmalıdır

Ekspertin fikrincə, bank olmayan kredit təşkilatları (BOKT) bu baxımdan daha çevik davranır. Lakin onların faiz dərəcələri yüksəkdir və ucuz maliyyə resurslarına çıxışları yoxdur: "Onlara nə Mərkəzi Bankdan kredit verilir, nə də insanlar əmanət qoyur. Ona görə də vəsaitləri bahadır. Banklara qarşı isə tələb sərtdir, çünki onlar əmanətçilərin pullarını idarə edirlər. Bu baxımdan Mərkəzi Bank sərt davranır. Amma müəyyən qədər yumşalma olsa, bu, sui-istifadə hallarına da səbəb ola bilər. Problemin aradan qaldırılması üçün kölgə iqtisadiyyatı azaldılmalı, kredit sistemində şəffaflıq artırılmalı və Mərkəzi Bankın tələbləri balanslaşdırılmalıdır".

Sahibkara güzəştli kreditlər verilməsinin yeni mexanizmləri

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilən digər mexanizm fors-major hadisə ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir: "Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq".

Güzəştli kreditləşdirilmənin yeni mexanizmləri hansılardır?

Millət vəkili Vüqar Bayramov deyir ki, sahibkarlar üçün imkanların genişləndirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması hər zaman prioritetdir: "Sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarının artırılması, eyni zamanda daha ucuz maliyyə vəsaitlərinin əldə edilməsi ilə bağlı dəstəyə daha çox ehtiyac var. Çünki bir tərəfdən sahibkarların cəlb etdiyi kredit resurslarının nisbətən bahalı olması, onların fəaliyyətinin genişləndirilməsinə mane olur, digər tərəfdən maliyyəyə çıxış vacib olmaqla sahibkarlar üçün həm də yeni sərmayə qoyuluşlarına və fəaliyyətlərin genişləndirilməsinə gətirib çıxara bilər. Eyni zamanda ixrac imkanlarının artırılması ilə bağlı da daha çox dəstəyin həyata keçirilməsi vacibdir. Çünki xüsusilə əsas məqsəd qeyri-neft sektorunda çalışan sahibkarların ixrac potensialının genişləndirilməsidir. Bu istiqamətdə də dəstəyin artırılmasına ehtiyac var ki, həm də qeyri-neft ixracının artırılması və bütövlükdə ixracatda qeyri-neft sektorunun payının artırılması mümkün olsun".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri