Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq Dövlət Vergi Xidmətinin rəisi
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir: “Sahibkarların rəsmiləşdirmə prosesinin leqallaşdırılması asanlaşır. Bazar mülkiyyətçiləri üzərində vergi uçot nəzarəti tətbiq ediləcək. Ölkə ərazisində kassalaşma prosesinin əsası kimi uçot prosesi düzgün qurulacaq. Tətbiq ediləcək mexanizm qonşu dövlətlərdə də tətbiq edilir. Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək. Bu özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir. Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdən qanunvericilik sahəsində gözləntilər mövcuddur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 20 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















