Icma.az
close
up
RU
Sahil Babayevin gətirdiyi “yenilik”: Əmanət və kredit faizləri dəyişəcəkmi?

Sahil Babayevin gətirdiyi “yenilik”: Əmanət və kredit faizləri dəyişəcəkmi?

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq Maliyyə Nazirliyi yerli banklarda depozit  yerləşdirməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Maliyyə Nazirliyi bu günə kimi bu məqəsədlə 2 dəfə depozit hərracı keçirib.
Qeyd edək ki, depozit hərracları Sahil Babayevin maliyyə naziri təyin olunmasından sonra baş tutub. İlk hərrac 11 aprel, ikinci hərrac isə 24 aprel 2025-ci il tarixində keçirilib.
Belə ki, 11 aprel tarixində Maliyyə Nazirliyi vahid xəzinə hesabındakı 1 milyard manat həcmində sərbəst vəsaiti 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə və 7,21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirib. 24 aprel tarixində isə 500 milyon manat həcmində vəsaiti ölkənin ən iri 5 bankında 32 gün müddətinə, 7,04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirib.
İri banklar artıq dövlətdən ucuz vəsait əldə etdikləri üçün, vətəndaşlardan əlavə əmanət cəlb etməkdə əvvəlki qədər maraqlı olmaya bilərlər. Bu isə həmin bankların əmanətlərə verdiyi faizləri aşağı salmasına səbəb ola bilər. Yəni iri banklara əmanət qoymaq istəyənlər daha aşağı gəlir gözləməlidirlər.
Çünki dövlət vəsaitləri yalnız iri banklara yönəldilib. Bu isə kiçik və orta bankları likvidlik baxımından çətin vəziyyətdə qoya bilər. Belə banklar rəqabətdə qalmaq üçün əmanətçilərə daha yüksək faiz təklif etməyə məcbur qala bilərlər. Yəni kim yüksək faiz axtarırsa, kiçik banklara üz tuta bilər – təbii ki, riskləri nəzərə alaraq.
Dövlət vəsaiti alan bankların likvidliyi artdığı üçün onlar daha rahat şəkildə kredit verə bilərlər. Bu isə xüsusilə iri banklarda kredit faizlərinin bir qədər enməsi ilə nəticələnə bilər. Ancaq bu enişin miqyası və sürəti bazardakı digər amillərdən də asılıdır (inflyasiya, Mərkəzi Bankın siyasəti və s.).
Nəticə olaraq onu deyə bilərik ki, Maliyyə Nazirliyinin depozit hərracları davam edərsə, iri banklarda əmanət faizləri düşə, kredit faizləri isə bir qədər enə bilər. Kiçik banklarda isə əmanət faizləri arta bilər, lakin kredit verməkdə çətinlik çəkə bilərlər.
Bu situasiya həm dövlətin gəlir əldə etməsi, həm də bazarın idarə olunması baxımından effektiv görünür. Lakin yalnız iri banklara üstünlük verilməsi sektor daxilində bərabərsizliyi artırır və bu da gələcəkdə kiçik bankların bazarda mövqeyini zəiflədə bilər.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri