Icma.az
close
up
RU
Şahin Diniyev: “Bəlkə də bu, “Qarabağ”ın günahıdır ki, bizi belə öyrədib”

Şahin Diniyev: “Bəlkə də bu, “Qarabağ”ın günahıdır ki, bizi belə öyrədib”

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” hər şeyə qadir olan klubdur. Kimlərsə deyir ki, 11 xal lazımdır, məncə, 10 xal da kifayət edəcək. Çünki bundan sonra arxada gələn komandaların çoxu liderlər qrupunda yer alan kollektivlərlə qarşılaşacaq. Bu baxımdan qazanılacaq 3 xal “Qarabağ”ı pley-offa apara bilər. Aparmasa belə, “Qarabağ” oyunu ilə həmin mərhələyə layiq komandadır — həm oyunu, həm də Avropanı təəccübləndirməsi baxımından”.

Bu sözləri millinin sabiq məşqçisi Şahin Diniyev deyib.

59 yaşlı mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasında pley-off şanslarını dəyərləndirib.

Şahin Diniyevin fikrincə, nəticənin necə olmasından asılı olmayaraq, “köhlən atlar”ı uğursuzluğa görə qınamaq düzgün deyil: “Gəlin futbola reallıq prizmasından baxaq. İnsan istinad nöqtəsini bilməsə, inkişaf edə bilməz. Bəzən özümüzü “Ayaks”, “Napoli”, “Liverpul”dan da güclü sayırıq, “Benfika”nı məğlub edəndə bunu böyük uğur kimi qəbul edirik. “Qarabağ” böyük qəhrəmanlıq edərək bizi bir növ nağıl aləminə apardı. İndi isə əksinə danışmağa başlamışıq. Ola bilsin, dediklərim kimlərinsə xoşuna gəlməsin, amma reallıq budur. “Qarabağ”da bəzən oyun alınır, bəzən yox. Deyiblər ki, bir mərmi eyni quyuya iki dəfə düşmür. Əgər məşqçi hansısa əvəzetməni fərqli etsəydi və bunun daha yaxşı nəticə verəcəyini bilsəydi, mütləq edərdi. Biz çox şişirtmişik, guya “Qarabağ”hamını məğlub etməli və mütləq pley-offa vəsiqə qazanmalıdır. İnanın, pley-offa düşsə, sabah ilk səkkizliyə düşməyi, hətta çempionluğu tələb edəcəyik”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.

Şahin Diniyev əlavə edib: “Bəlkə də bu, “Qarabağ”ın günahıdır ki, bizi belə öyrədib. Amma artıq reallıqdan uzaqlaşıb xəyallar qururuq. Bu xəyallar gerçəkləşməyəndə isə mütləq günahkar axtarırıq — futbolçu, məşqçi və ya rəhbərlik. Əslində, günahkar onlar deyil, bizik. Çünki futbolumuzun hələ layiq olmadığı Çempionlar Liqasındayıq. Günahkar axtarırıqsa, özümüzə baxmalıyıq. Onlara təkcə buna görə də təşəkkür etməliyik ki, Çempionlar Liqasının himnini dinləyə bilirik. Daha yaxşısı olsa, hamımız sevinərik. Nəzərə almaq lazımdır ki, “Ayntraxt”la çətin oyun olacaq. Çünki bizim çempionatda fasilə olsa da, Almaniyada yarışlar yüksək tempdə davam edir. Adətən “Qarabağ” mövsümün əvvəlində formaya düşmək üçün xallar toplaya bilir və bu amil onlara problem yarada bilər. Amma “Qarabağ”dan hər şeyi gözləmək də olmaz. Komandaya uğurlar arzulayıram. Bu gün Azərbaycan klubunun Çempionlar Liqasındakı oyunlarından sadəcə həzz almalıyıq”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri