Icma.az
close
up
RU
Şahin Mustafayev: Türkiyədə Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır

Şahin Mustafayev: Türkiyədə Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Apardığımız araşdırma nəticəsində türk dövlətlərində professor-müəllim heyəti və tələbələr arasında Orxun Mübadilə Proqramı haqqında son dərəcə az adamın xəbərdar olduğu ortaya çıxdı. Belə ki, bu proqramın istifadəçilərinin ən yüksək göstəricisinin Azərbaycanda olmasına baxmayaraq (9.49%), respondentlərin əksəriyyəti (44.69%) bu proqramdan ümumiyyətlə məlumatsızdır".

Oxu.Az xəbər verir ki, bunu Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən "Türk barometri 2024" - Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: Mövcud reallıqlar və gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.

O bildirib ki, Türkiyədə də Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır (1.87%):

"Bundan əlavə, bütün ölkələrdən olan iştirakçıların əksəriyyəti proqramdan yararlanmayıb. Və ya rəyi soruşulanların 51.44%-nin, yəni yarıdan çoxunun proqram haqqında ümumiyyətlə məlumatı olmadığı üzə çıxıb. Bu məqam proqramın üzv dövlətlərin təhsil və elm ictimaiyyəti tərəfindən kifayət qədər tanınmadığını göstərir və proqramın canlandırılması üçün müvafiq qurumlar tərəfindən lazımi addımların atılmasını zəruri edir".

"Beləliklə, şübhə etmirəm ki, "Türk barometri 2024"ün nəticələri türk dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı kifayət qədər real və dolğun mənzərəni təqdim etməklə bu sahədə ölkələrimiz arasında inteqrasiyanın həyata keçirilməsi üçün olduqca faydalı və informativ bir məlumat bazasını təşkil edir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri