Şahruddin keçmiş klubuna qayıda bilər YENİ TƏKLİF
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan futbol millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sabiq klubuna qayıda bilər.
Moderator.az Sport24.az-a istinadən xəbər verir ki, "Sumqayıt" 32 yaşlı qolkiperin xidmətində maraqlıdır. "Kimyaçılar" təcrübəli əlcək sahibini heyətinə qatmaq üçün artıq rəsmi təklif də göndəriblər.
Məhəmmədəliyev isə yekun qərarını verməyib. Milli komandanın qapıçısı "Sumqayıt"ın təklifini nəzərdən keçirmək və gələcəyi ilə bağlı qərar vermək üçün vaxt istəyib.
Tərəflər arasında danışıqların nəticəsindən asılı olaraq, Şahrudinin illər sonra "Sumqayıt"a qayıtması mümkün görünür.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2014-2016-cı illərdə "Sumqayıt"ın formasını geyinib. "Kimyaçılar" mövsümlərarası fasilədə anlaşdığı braziliyalı qolkiper Ceymes Almeyda isə toplanış dönəmində aldığı ağır zədə səbəbindən "Sumqayıt"dan ayrılıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin xidmətində "Zirə"nin də maraqlı olduğu deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Avqust 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















